Azərbaycanın ilk tibbi portalı

Ana südü haqqında
Səhiyyə
İdman
Maraqlı
Gözəllik
Sağlamlıq
Elmi kəşflər
Ana və Uşaq
Xalq təbabəti
Həkimə sual
Urologiya
Stomatologiya
Dermatologiya
Pulmonologiya
Otolorinqologiya
Qastroenterologiya
Qidalanma və Dieta
Cinsəl sağlamlıq
Doğuş tarixini tap
Med.Az haqqında
Apteklər
Dərman firmaları
Tibbi avadanlıq
Xəstəxanalar
Uşaq xəstəxanalari
Poliklinikalar
Uşaq poliklinikaları
Doğum evləri
Qadin məsləhətxanaları
Dispanserlər
Tibb mərkəzləri
Kosmetologiya
Sanatoriyalar
Stomatologiya
Təcili yardim
Hospitallar
İdarəetmə orqanları
Saytin xəritəsi
Başlanğic səhifə et
Xəbər göndər
RSS
Dostuna tövsiyyə et
Körpənizə neçə ay ana südü vermisiz?

2 aydan az
2-4 ay
4-6 ay
6-12 ay
12 aydan çox









loading...



Oftalmalogiya: Gözlərimizi kompüter və televizordan necə qoruyaq?

Gözlərimizi kompüter və televizordan necə qoruyaq? İnsan həyatı üçün önəmli orqanlardan biri olan göz eyni zamanda bir çox funksiyanı yerinə yetirir. Ətraf mühitdə olan informasiyanın 90 faizini göz vasitəsilə alan insanlar üçün bu, dünyaya açılan bir pəncərədir. Belə bir önəmli orqanı qorumaq, ətraf təsirlərdən mühafizə etmək isə hər bir insanın özü üçün mühüm şərtdir.

Kompüterdən istifadə edərkən göz qırpma sayı azalır

İnsanlar gözlə bağlı müxtəlif ağrılardan şikayətlənirlər. Bunlar əsasən göz yorğunluğu, gözlərdə və göz ətraflarında ağrı, gözlərdə yanma, nəyinsə gözə batması, quruluq hissi, qaşınma, qızartı, sulanma, bulanıq görmə, fokuslama çətinliyi, gözləri qıyaraq baxma, işığa qarşı həssaslıq, göz qapaqlarında iltihab, baş ağrısı və s. kimi amillərdir.

Şərhlər: 0 | Ətraflı    
Oftalmalogiya: Nevroloqlar aspirinin göz xəstəliklərinə səbəb olduğunu iddia edirlər

Nevroloqlar aspirinin göz xəstəliklərinə səbəb olduğunu iddia edirlər Aspirindən ürək xəstəliklərinin profilaktikası üçün istifadə etməyə məcbur olan insanlar, yaş ötdükcə görmə qabiliyyətindən məhrum olmağa başqalarından iki dəfə çox risk etmiş olurlar. Bu barədə RBK xəbər verir. Bunu Niderlandın Nevrologiya İnstitutunun və Amsterdamdakı Akademik Tibb Mərkəzinin bir qrup həkimi aydınlaşdırıb.

Doktor Pol de Konqun rəhbərlik etdiyi alimlər Norveç, Britaniya, Fransa, İtaliya, İspaniya, Yunanıstan və Estoniyada 65 yaşdan yuxarı 47 min nəfərin sağlamlığı və həyat tərzi barədə məlumat toplayıblar. Araşdırmanın 839 iştirakçısı hər gün aspirin qəbul edib. Onlardan 39-da alimlər "yaş makulyar degenerasiya" adlanan ağır göz xəstəliyi aşkar ediblər.

Şərhlər: 0 | Ətraflı    

Oftalmalogiya: Göz sağlamlığında doğru bilinən səhvlər

Göz sağlamlığında doğru bilinən səhvlər Texnikanın həyatımızın hər sahəsinə müdaxilə etməsi insan orqanizminə də təsirsiz ötüşmür. Belə təsirlərdən çox ziyan görən insan orqanlarından biri də gözlərdir. Çox adam gündəlik görülən işlərdən, səsləndirilən fikirlərdən hansının doğru olub-olmadığını bilmir.
Məsələn, yaxından televizora baxmaq gözə ziyandır? Yer kökü yemək göz nurunu artırır? kimi suallara düşünmədədn "hə" cavabını verəcək. Ancaq xalq arasında yayılan, lakin doğru olmayan çox bilgi gözə qulluqla bağlı insanların səhv addım atmasına səbəb ola bilər.

Şərhlər: 0 | Ətraflı    
Oftalmalogiya: İngiltərəli alimlər göz xəstəliklərinə qarşı yeni üsul tapıblar

İngiltərəli alimlər göz xəstəliklərinə qarşı yeni üsul tapıblar Travma ve infeksiyadan görmə qabiliyyətində problem yaşayanlar artıq göz alması transplantasiyasına getməyəcək.

Yeni müalicə üsulu olduqca asandır. Gözə yeləşdirilən alət sayəsində öncə müalicənin ediləcəyi yer müəyyən edilir.

Ardından gözün üst qismini örtən incə bir film təbəqəsi olan göz alması 60 dərəcəyədək isidilir. Bu proses göz təbəqəsi olan göz almasını kiçildərək əvvəlki hala qaytarır.

Şərhlər: 0 | Ətraflı    
Oftalmalogiya: Xanımlar diqqət: süni kiprik və linzalar korluğa səbəb ola bilər

Xanımlar diqqət: süni kiprik və linzalar korluğa səbəb ola bilər "The Times of İndia" nın yaydığı məlumatda bildirilir ki, Tayland oftalmoloqlarının apardıqları araşdırma zamanı kontakt linzalar və süni kipriklərin səhhət üçün çox zərərli olduğu aşkarlanıb.

Onların hesablamalarına görə, dünyada hər il on minlərlə qadın məhz süni kipriklərə görə görmə qabiliyyətini itirir.

Səbəb isə kontakt linzaların gözün selikli qişasında və bəbəkdə müxtəlif infeksiyaların "məskən salması" riskini dəfələrlə artırmasıdır.


Şərhlər: 0 | Ətraflı    
Oftalmalogiya: Göz linzaları qanda şəkərin miqdarını ölçəcək

Göz linzaları qanda şəkərin miqdarını ölçəcək Yeni yaradılan linza sensoru qlükozaya reaksiya verən elektrodlardan ibarətdir.
Linzalar görməni yaxşılaşdırmaq üçün nəzərdə tutulan vasitədir. Ancaq indi kontakt linzalar yalnız "eynək" kimi deyil, həm də mini laboratoriya kimi işləyəcək. Onlar heç bir əlavə avadanlıq tələb etmədən video-displey efekti yaradacaqlar.

Yeni nəsil linzaları mikroelektronikalar və gözdə qıcıqlanma yaratmayan materialların birləşməsindən yaradılıb. Onu amerikalı alimlər ərsəyə gətiriblər. Hələ 2008-ci ildə Vaşinqton Universitetinin professoru Babək Pərviz 2008-ci ildə qırmızımtıl linzanın prototipini yaratmışdı.
Bundan sonra isə o, diabet xəstələrində şəkərin miqdarını ölçən linzaları işləyib hazırlayıb.

Şərhlər: 0 | Ətraflı    
Oftalmalogiya: 3D eynəkləri gözə ziyandır

3D eynəkləri gözə ziyandır Bu eynəklərlə uzun müddət filmə tamaşa etmək baş hərlənməsi, göz yorğunluğu və ətrafa uyğunlaşma problemi kimi şikayətlərə səbəb olur.
Üç ölçülü filmlərə baxmaq üçün istifadə olunan 3D eynəklər göz xəstəliyi olanlar üçün təhlükəlidir. Mütəxəssislər bildirib ki, bu eynəklərlə uzun müddət filmə tamaşa etmək baş hərlənməsi, göz yorğunluğu və ətrafa uyğunlaşma problemi kimi şikayətlərə səbəb olur. Bundan başqa kino-teatr kimi ümumi yerlərdə bir çox insan tərəfindən istifadə olunan eynəklərin mikrob daşıyıcısı olduğu da bildirilir.

Şərhlər: 0 | Ətraflı    
Oftalmalogiya: Korlaşmanın qarşısı alınacaq

Korlaşmanın qarşısı alınacaq Alimlərin icad etdiyi yeni dərman korlaşmanın qarşısını alacaq.
Alimlər yeni göz dərmanı icad ediblər. Bu dərmanın köməyi ilə yaşın artmasıyla əlaqədar olan görmədə zəifləmənin qarşısı alına biləcək.
Dərman göz alması damarlarının parlamasının qarşısını alan ilk preparatdır.

Dərmanı hazırlayan şirkətin mütəxəssislərinin sözlərinə görə, 30 yaşından yuxarı hər 200 şəxsdən biri bu xəstəlikdən əziyyət çəkdiyini deyiblər.
Ümumilikdə bu xəstəlikdən 200 min insan əziyyət çəkir.

Şərhlər: 0 | Ətraflı    
Oftalmalogiya: Kompüterlə bağlı göz şikayətləri çoxalıb

Kompüterlə bağlı göz şikayətləri çoxalıb Yazmaq, oxumaq, müxtəlif əl işi və kompüter kimi 30-40 cm-dən daha az məsafədə olan fəaliyyətlər gözü çox yorur.
Kompüterdən meydana gələn göz xəstəliklərində 100% çoxalma qeydə alınıb. Göz mütəxəssisləri belə şikayətləri olanlara mümkün qədər kompüter ekranından uzaq olmağı məsləhət görür. Bu istiqamətdəki şikayətlərə bağlı ən çox meydana gələn xəstəliyin isə göz ağrısı və göz sulanması olduğu qeyd edilib.


Şərhlər: 1 | Ətraflı    
Oftalmalogiya: Konyuktivit

Konyuktivit Gözun selikli qişasının iltihabı konyunktivit adlanır. Bu xəstəlik gözun qızarması, qıcıqlanması, ”yad cisim” hissiyyatı ilə özünü biruzə verir və həmçinin səhərlər göz qapaqlarının yapışması və müxtəlif xarakterli ifrazat ilə (irin, selik və s.) müşahidə olunur. Bunlardan başqa, göz qapaqlarının və selikli qişanın şişməsi, yaşaxma və işıqa həssaslıq müşahidə oluna bilir. Konyunktivitlər müxtəlif mikroflora ilə törədilir: bakteriyalar, göbələklər, rikketsiyalar və viruslar (həmçinin allergik konyunktivitlər də mövcuddur). Törədici mikrofloradan, orqanizmin müqavimətindən və xəstənin yaşından asılı olaraq konyunktivitlər müxtəlif şəkildə özünü göstərirlər. Müalicə olunmamış konyunktivit xroniki formaya keçir, keratit, buynuz qişanın xorası ilə nəticələnə bilir. Hətta gözün və görmə qabiliyyətinin itməsinə də qətirib çıxara bilir.

Şərhlər: 0 | Ətraflı    
Oftalmalogiya: Astiqmatizm

Astiqmatizm Astiqmatizm – gözün optik sisteminin defekti: gözün şüasındırma quvvəsinin əsas meridianlarda eyni olmaması. Astiqmatizmin əsas səbəbi buynuz qişanin qeyri sferik olmasıdır, yənı ki əsas meridianlarda əyrilik radiuslarının fərqli olmaları. Gözdə iki əsas, bir birinə perpendikulyar meridian var. Bunlardan biri ən güclü şuasındırma qabiliyyətinə malikdi, ikincisi isə ən zəif. Bu meridianların şuasındırma quvvəsində fərq böyük olduğu halda, torlu qişada əşyaların təsviri aydın alınmır. Əksər hallarda astiqmatizm anadan gəlmə olur. Bəzən, o gözdə aparılan əməliyyatlardan və ya buynuz qişanın xəstəliklərindən və travmalarından sonra əmələ gəlir. Həqiqətdə buynuz qişa heç zaman sferik olmur. Adətən, vertikal meridianda əyrilik radiusu horizontal meridiandan daha az olur. Normal (fizioloji) astiqmatizmin miqdarı 0,5-0,75 dioptriyadan çox olmur.

Şərhlər: 0 | Ətraflı    
Oftalmalogiya: Linzalara necə qulluq etməliyik?

Linzalara necə qulluq etməliyik? Son dövrlərdə optik və ya adi linzalar olduqca dəbə minib. Bəziləri rəngli linzalara üstünlük versələrdə, digərləri əksinə sadəliyi üstün tutaraq qara və qəhvəyi rəngli linzalardan istifadə edirlər. Bəs görməyimizi asanlaşdıran, digər tərəfdən gözəlliyimizə gözəllik qatan linzalara necə qulluq etməliyik?
Əvvəlcə onu bildirək ki, linzalarla çox ehtiyatlı davranmalıyıq. Belə ki, bizim gözlərimizi sığortalayan, onlarla birbaşa əlaqədə olan, görmə qabiliyyətimizi maksimum dərəcədə yaxşılaşdıran məhz linzalardir. Adətən linza alınarkən onun yanında təmizləyici su, dəsmal və linzaları yerləşdirmək üçün xüsusi qab olur.

Şərhlər: 0 | Ətraflı    

21.05.2012
Britaniyalı alimlər kartofu ən vitaminli tərəvəz hesab edirlər

21.05.2012
Dar geyim insanlarda xərçəngə yol aça bilər

18.05.2012
Hansı rəngdə olan meyvə və ya tərəvəz daha xeyirlidir?

18.05.2012
Hər gün eşitdiyimiz sakit səslər eşitmə qabiliyyətimizi zəiflədir

16.05.2012
Siqaret nadir xəstəlik olan beyin şişi riskini azaldır

15.05.2012
Yumurta səhər yeməyi üçün ən yaxşı seçimdir

14.05.2012
Yaponlar süni ürək yaratdılar

12.05.2012
İstirahət günü dincəlməyənlər kökəlir

11.05.2012
Qidanı az çeynəmək diabetə səbəb olur

11.05.2012
ABŞ-da HİV əleyhinə ilk preparatın buraxılışı müzakirə olunur

08.05.2012
Körpənin otağı daha rahat olmalıdır

07.05.2012
Dünyanın ən kök adamı: belimin ölçüsü də 1,4 metrdir

07.05.2012
Az yağlı süd və süd məhsulları insultdan qoruyur

07.05.2012
340 qramlıq körpə doğulub

05.05.2012
Alimlər yaraları sağaldan cihaz hazırlayıblar

04.05.2012
Azərbaycanda 4 qolu, 4 ayağı olan uşaq doğuldu

04.05.2012
Energetik içkilər dişləri zədələyir?

02.05.2012
Ürəyi çöldə olan 3 yaşlı uşaq

02.05.2012
Azərbaycanda su çiçəyi ilə bağlı açıqlanan rəqəmlər həyəcan doğurur

01.05.2012
Döş xərçəngi diaqnozunda irəliləyiş

01.05.2012
İşıq ürək ağrılarını azaldır

30.04.2012
İnsanı mikroblar kökəldir?

27.04.2012
Arıqlamaq üçün unikal vasitə icad olunub (VIDEO)

26.04.2012
Analar körpələrə ilk 6 ayda ana südü verməlidir

25.04.2012
6 həftəyə bədən quruluşunu necə yaxşılaşdırmaq olar?

24.04.2012
Tərbiyəni genlər müəyyənləşdirir?

23.04.2012
İnsan beynində dindarlıq və Allah qorxusu hisslərini yaradan bölgə tapıldı

23.04.2012
Mədənin 6 əsas düşməni

20.04.2012
Xərçəng şişlərinin toxumalarından beyin xərçənginə qarşı peyvənd hazırlanıb

20.04.2012
Göy rəngli insan

19.04.2012
Kök və kök suyunun 10 faydası

18.04.2012
İnsanı ağıllı edən gen tapıldı

17.04.2012
Antibiotiklərdən müntəzəm istifadə piylənməyə səbəb ola bilər

17.04.2012
Pakistanda 6 ayaqlı körpə dünyaya gəlib

16.04.2012
Mentollu siqaret daha təhlükəlidir

13.04.2012
Bakıda musiqi və rəsmlə müalicə mərkəzi açılıb

12.04.2012
Növbəli iş diabet və piylənmə riskini artırır

12.04.2012
Azərbaycanda anadangəlmə əlil uşaqların sayı artıb

11.04.2012
Morqa atılmış körpəni ölümdən anası xilas edib

11.04.2012
Dişlərin rentgen şüasından keçirilməsi beyində şişə səbəb ola bilər

«    May 2012    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
» Döş xərçəngi diaqnozunda ir ...
» İşıq ürək ağrılar ...
» 340 qramlıq körpə doğulub
» İnsan beynində dindarlıq və Allah q ...
» 6 həftəyə bədən quruluşun ...
» Arıqlamaq üçün unikal vasitə i ...
» Mədənin 6 əsas düşməni
» Azərbaycanda 4 qolu, 4 ayağı olan uş ...
» Ürəyi çöldə olan 3 yaşl&# ...
» Tərbiyəni genlər müəyyənl ...
Copyright 2008-2010 © Med.Az
Azərbaycanin ilk tibbi portali
Reklam yerləşdirmək istəyirsinizsə bizə yazın
DİQQƏT!!! Saytda yerləşdirilən bütün materiallar yalnız tanıtım xarakteri daşıyır və özünümüalicə məqsədilə istifadə oluna bilməz!
Saytda yerləşdirilən xəbərlərə, şərhlərə və sağlamlığa dəyə biləcək mümkün zərərlərə görə
Med.Az administrasiyası heç bir məsuliyyət daşımır !
Powered by Azerimed
Məlumat internet səhifələrində istifadə edildikdə
müvafiq keçidin qoyulması mütləqdir.