Azərbaycanın ilk tibbi portalı

Ana südü haqqında
Səhiyyə
İdman
Maraqlı
Gözəllik
Sağlamlıq
Elmi kəşflər
Ana və Uşaq
Xalq təbabəti
Həkimə sual
Urologiya
Stomatologiya
Dermatologiya
Pulmonologiya
Otolorinqologiya
Qastroenterologiya
Qidalanma və Dieta
Cinsəl sağlamlıq
Doğuş tarixini tap
Med.Az haqqında
Apteklər
Dərman firmaları
Tibbi avadanlıq
Xəstəxanalar
Uşaq xəstəxanalari
Poliklinikalar
Uşaq poliklinikaları
Doğum evləri
Qadin məsləhətxanaları
Dispanserlər
Tibb mərkəzləri
Kosmetologiya
Sanatoriyalar
Stomatologiya
Təcili yardim
Hospitallar
İdarəetmə orqanları
Saytin xəritəsi
Başlanğic səhifə et
Xəbər göndər
RSS
Dostuna tövsiyyə et
Körpənizə neçə ay ana südü vermisiz?

2 aydan az
2-4 ay
4-6 ay
6-12 ay
12 aydan çox









loading...



Səhiyyə: Bakıda musiqi və rəsmlə müalicə mərkəzi açılıb

Bakıda musiqi və rəsmlə müalicə mərkəzi açılıb Azərbaycanda ilk dəfə art-terapiya vasitəsilə insanların müalicəsinə başlanılıb.
Bunu Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzinin direktoru Zəfər Əliyev bildirib. Onun sözlərinə görə, art-terapiyanın məqsədi istənilən incəsənət növləri ilə insanların psixikasına müəyyən qədər təsir göstərməklə onları müalicə etməkdir.
Art-terapiya psixi pozuntusu olan xəstələrin müalicəsində istifadə edilir. Mərkəz bu ilin yanvar ayının 10-dan fəaliyyətə başlayıb.
Psixi Sağlamlıq Mərkəzinin psixoloq, art-terapevti Elnarə Baxışlı bildirib ki, art-terapiyanın bir sıra növləri mövcuddur və art terapiya müasir fitoterapiyanın növlərindən biri hesab olunur. Bu müalicə növünün məqsədi pasiyentləri danışdırmadan onların problemlərini üzə çıxarmaq və onların stress, halını yüngülləşdirməkdir.

Şərhlər: 0 | Ətraflı    
Səhiyyə: Azərbaycanda anadangəlmə əlil uşaqların sayı artıb

Azərbaycanda anadangəlmə əlil uşaqların sayı artıb Azərbaycanda 0-3 yaşlarında anadangəlmə əlil uşaqların sayı 2011-ci ildə 37 faiz artıb. Bu barədə Milli Məclisin (MM) Sosial siyasət Komitəsinin iclasında Komitə sədri Hadı Rəcəbli məlumat verib. O, bunun ciddi və düşündürücü göstərici olduğunu bildirib.

İclasda iştirak edən respublikanın baş pediatrı Nəsib Quliyev və deputat Yaqub Mahmudov 0-3 yaşlarında anadangəlmə əlil uşaqların sayının artması ilə bağlı rəqəmlərdən narahatlıqlarını ifadə ediblər. Deputat deyib ki, Azərbaycanda "Yeyinti məhsullarının tərkibinin zənginləşdirilməsi haqqında" qanun qəbul edilməlidir.

Şərhlər: 0 | Ətraflı    

Səhiyyə: Azərbaycanda ilk dəfə iki orqanın eyni vaxtda transplantasiyası həyata keçirilib

Azərbaycanda ilk dəfə iki orqanın eyni vaxtda transplantasiyası həyata keçirilib Azərbaycanda ilk dəfə olaraq, qaraciyər və böyrəyin transplantasiyası eyni anda həyata keçirilib. Bunu Azərbaycan Səhiyyə Nazirliyinin Mərkəzi Neftçilər Xəstəxanasının baş həkimi Həbib Yüzbaşıyev deyib.

Onun sözlərinə görə, hər iki orqanın transplantasiyası bir əməliyyatla yerinə yetirilib. Cərrah-həkim Mircəlal Kazımi, Eldar Əhmədov, Elnur Fərəcovun iştirakı ilə keçirilən əməliyyat 24 saat davam edib.


Şərhlər: 0 | Ətraflı    
Səhiyyə: Şəkərli diabet xəstələri üçün pulsuz təlimlər keçirilir

Şəkərli diabet xəstələri üçün pulsuz təlimlər keçirilirSəhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) fəaliyyət göstərən diabet məktəbində fevralın 20-dən 25-dək şəkərli diabet xəstələri üçün pulsuz təlimlər keçirilir.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, fevralın 27-dən martın 3-dək isə risk qrupuna aid əhali üçün pulsuz təlimlər təşkil olunacaqdır.

Təlim zamanı şəkərli diabet haqqında məlumat, özünənəzarət vasitələrindən istifadə qaydaları, düzgün qidalanma, diabetin fəsadları və s. mövzularla bağlı bilik və bacarıqlar əldə olunacaqdır.

Şərhlər: 0 | Ətraflı    
Səhiyyə: Azərbaycanda bəzi dərmanların satışına qadağa qoyuldu

Azərbaycanda bəzi dərmanların satışına qadağa qoyuldu Dünyanın bir çox ölkələrində, o cümlədən Azərbaycanda “Rozeqlikazon” və “Sibutramin” dərmanlarının satışı qadağan edilib.
Bu barədə Səhiyyə Nazirliyinin Dərman Vasitələrinin Analitik Ekspertiza Mərkəzindən məlumat verilib.

Hər iki dərmanın ləğvi onların orqanizmə mənfi fəsadları ilə bağlıdır.
Artıq səhiyyə naziri Oqtay Şirəliyev bu dərmanların ölkə ərazisində istifadəsinin dayandırılması və satışdan yığışdırılması barədə əmr verib.

Şərhlər: 0 | Ətraflı    
Səhiyyə: Dünyada QİÇS-dən ölənlərin sayında azalma müşahidə olunur

Dünyada QİÇS-dən ölənlərin sayında azalma müşahidə olunur BMT dünyanın səhiyyə baxımdan ən böyük bəlalarından olan QİÇS-ə dair yeni hesabat təqdim edib.
Qurumun HİV/QİÇS Proqramı nikbin statistik hesabatla çıxış edərək, QİÇS-dən ölənlərin və yoluxanların sayının kəskin şəkildə azaldığını bəyan edib.
Hesabata əsasən qeyd edilən yoluxucu xəstəlikdən ölənlərin sayı 2005-ci ilə nisbətən 21% aşağı düşüb.
İnkişaf etməkdə olan ölkələrdə tibbi müayinə və müalicənin gücləndirilməsi, o cümlədən müvafiq tibbi preparatların xəstələrə vaxtında çatdırılmasını HİV/QİÇS-dən ölüm hallarının azalmasına təsir edən əsas amillər kimi qeyd edilib.

Şərhlər: 0 | Ətraflı    
Səhiyyə: Azərbaycanda cari ilin ilk 6 ayı ərzində 23 nəfər QİÇS dən dünyasını dəyişib

Azərbaycanda cari ilin ilk 6 ayı ərzində 23 nəfər QİÇS dən dünyasını dəyişib Gürcüstan Xəstəliklərə Nəzarət Milli Mərkəzinin məlumatına görə, son bir həftədə ölkədə QİÇS virusundan 3 nəfər ölüb.
Xəstəlikdən ölənlərin 2 nəfəri kişi, biri qadındır. Onların hər üçünün yaş həddi 50-dən aşağıdır. Mütəxəssislər Gürcüstanda QİÇS-ə yoluxma hallarında artım müşahidə olunduğunu bildirirlər.

Azərbaycanda da vəziyyət heç də ürəkaçan deyil. 2011-ci ilin ilk 6 ayı ərzində Azərbaycanda İİV-ə yoluxması yeni aşkar olunan insanların sayı 303 təşkil edib. Onlardan 298-i (98,3%) Azərbaycan vətəndaşı, 5 nəfəri (1,7%) isə əcnəbi vətəndaşdır. Bu dövr ərzində İİV-infeksiyasından 23 nəfər Azərbaycan vətəndaşı dünyasını dəyişib.

Şərhlər: 0 | Ətraflı    
Səhiyyə: Xızı Mərkəzi Rayon Xəstəxanasında könüllü qanvermə aksiyası keçirilmişdir

Xızı Mərkəzi Rayon Xəstəxanasında könüllü qanvermə aksiyası keçirilmişdir Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə 13 oktyabr 2010-cu il tarixində Xızı Mərkəzi Rayon Xəstəxanasında könüllü qanvermə aksiyası keçirilmişdir.

Aksiya zamanı 135 nəfər könüllü olaraq qan vermişdir. Tədarük olunan qan və qandan hazırlanan preparatlardan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan bütün xəstələrin müalicəsində istifadə olunacaqdır.

Aksiyada iştirak edən bütün insanlara dərin təşəkkürümüzü bildiririk!

Şərhlər: 0 | Ətraflı    
Səhiyyə: Azərbaycanda əhalinin 40 faizi yüksək qan təzyiqindən əziyyət çəkir

Azərbaycanda əhalinin 40 faizi yüksək qan təzyiqindən əziyyət çəkir Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) dünya ölkələrində qeyri-keçici xəstəliklərin (diabet, xərçəng, ürək xəstəliyi, insult) yayılmasına dair illik hesabatını açıqlayıb.
APA-nın Birləşmiş Millətlər Təşkilatının saytına istinadən verdiyi məlumata görə, hər il 60 yaşına çatmamış milyonlarla insan bu xəstəliklərdən dünyasını dəyişir. ÜST-nin yeni hesabatı 193 ölkəni əhatə edib.
Sənədin Azərbaycana aid bölməsində bildirilir ki, indi ölkədə dünyasını dəyişən şəxslərin 85 faizi məhz diabet, xərçəng, ürək və ağ ciyər xəstəliyi, insult və digər qeyri-keçici xəstəliklərdən ölür.


Şərhlər: 0 | Ətraflı    
Səhiyyə: Azərbaycan dərmanlara davamlı vərəmin geniş yayıldığı ölkələr sırasındadır

Azərbaycan dərmanlara davamlı vərəmin geniş yayıldığı ölkələr sırasındadır Dünya Səhiyyə Təşkilatı ( DST) Rusiya, Ukrayna və Azərbaycanı bir sıra digər Şərqi Avropa ölkələri ilə yanaşı dərmanlara davamlı vərəmin ən geniş yayıldığı ölkələr sırasına daxil edib.

Dərmanlara davamlı vərəmin adi vərəmdən fərqi dərmanlar vasitəsilə müalicəsinin demək olarkı mümküns olmasıdır.
Vərəm xəstəliyinə tutulma statikası baxımından Qərbi Avropada ən ağır vəziyyət Britaniya paytaxtı Londonda yaranıb.

DST bildirir ki, hər il Avropada dərmanlara qismən və geniş sürətdə davamlılıq göstərən vərəm növünə 81 mindən artıq adam yoluxur.

Şərhlər: 0 | Ətraflı    
Səhiyyə: Sabah Azərbaycanda səhiyyə sərgisi öz işinə başlayır

Sabah Azərbaycanda səhiyyə sərgisi öz işinə başlayır Sentyabr ayının 13-dən 15-dək Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində 17-ci illik Azərbaycan beynəlxalq səhiyyə sərgisi ("BIHE") keçiriləcək. Tibb və səhiyyə sahəsində regionun yeganə nüfuzlu ekspo-tədbiri olan "BIHE" sərgisi dövlət qurumlarının nümayəndələri, tibbi təyinatlı avadanlıq və ləvazimatların istehsalçıları, təcrübə keçən həkimlər və tibb sənayesinin mütəxəssisləri üçün əhəmiyyətli görüş yerinə çevrilmişdir. Beynəlxalq səhiyyə sərginin sentyabr ayında keçirilməsi artıq bir ənənəyə çevrilib və təkcə paytaxtda deyil, həm də Azərbaycanın regionlarında səhiyyə islahatlarının həyata keçirilməsi fonunda xüsusi aktuallıq kəsb edir. Bu tədbirin yüksək statusunu təsdiq edən amillərdən biri "BIHE" sərgisinin Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Azərbaycan Stomatoloji Assosiasiyası, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) dəstəyi ilə keçirilməsidir. Artıq 5 ildir ki, "BIHE" sərgisi Ümumdünya sərgi sənayesi assosiasiyasının (UFI) keyfiyyət nişanına malikdir.

Şərhlər: 0 | Ətraflı    
Səhiyyə: Yaşı 65-i keçmiş 3500-ə yaxın səhiyyə işçisi vəzifəsindən azad olunub

Yaşı 65-i keçmiş 3500-ə yaxın səhiyyə işçisi vəzifəsindən azad olunub Azərbaycan qanunvericiliyinə uyğun olaraq ölkənin səhiyyə sistemində fəaliyyət göstərən yaşı 65-i keçmiş 7100 nəfərdən təqribən 3000-3500 nəfəri (50 faiz) işdən azad edilib. Bunu Ümumdünya Səhiyyə Təşkilatının regional komitəsinin Bakıda təşkil olunacaq 61-ci sessiyası ilə bağlı keçirilən mətbuat konfransında Azərbaycan səhiyyə nazirinin müavini Elsevər Ağayev bildirib.

Qanunun tətbiqi zamanı bəzi meyarların nəzərə alındığını bildirən Elsevər Ağayev ucqar kənd yerlərində və ehtiyac olan yerlərdə yaşı 65-i keçmiş şəxslərin işləməsinə hələlik imkan verildiyini söyləyib.

Şərhlər: 0 | Ətraflı    

21.05.2012
Britaniyalı alimlər kartofu ən vitaminli tərəvəz hesab edirlər

21.05.2012
Dar geyim insanlarda xərçəngə yol aça bilər

18.05.2012
Hansı rəngdə olan meyvə və ya tərəvəz daha xeyirlidir?

18.05.2012
Hər gün eşitdiyimiz sakit səslər eşitmə qabiliyyətimizi zəiflədir

16.05.2012
Siqaret nadir xəstəlik olan beyin şişi riskini azaldır

15.05.2012
Yumurta səhər yeməyi üçün ən yaxşı seçimdir

14.05.2012
Yaponlar süni ürək yaratdılar

12.05.2012
İstirahət günü dincəlməyənlər kökəlir

11.05.2012
Qidanı az çeynəmək diabetə səbəb olur

11.05.2012
ABŞ-da HİV əleyhinə ilk preparatın buraxılışı müzakirə olunur

08.05.2012
Körpənin otağı daha rahat olmalıdır

07.05.2012
Dünyanın ən kök adamı: belimin ölçüsü də 1,4 metrdir

07.05.2012
Az yağlı süd və süd məhsulları insultdan qoruyur

07.05.2012
340 qramlıq körpə doğulub

05.05.2012
Alimlər yaraları sağaldan cihaz hazırlayıblar

04.05.2012
Azərbaycanda 4 qolu, 4 ayağı olan uşaq doğuldu

04.05.2012
Energetik içkilər dişləri zədələyir?

02.05.2012
Ürəyi çöldə olan 3 yaşlı uşaq

02.05.2012
Azərbaycanda su çiçəyi ilə bağlı açıqlanan rəqəmlər həyəcan doğurur

01.05.2012
Döş xərçəngi diaqnozunda irəliləyiş

01.05.2012
İşıq ürək ağrılarını azaldır

30.04.2012
İnsanı mikroblar kökəldir?

27.04.2012
Arıqlamaq üçün unikal vasitə icad olunub (VIDEO)

26.04.2012
Analar körpələrə ilk 6 ayda ana südü verməlidir

25.04.2012
6 həftəyə bədən quruluşunu necə yaxşılaşdırmaq olar?

24.04.2012
Tərbiyəni genlər müəyyənləşdirir?

23.04.2012
İnsan beynində dindarlıq və Allah qorxusu hisslərini yaradan bölgə tapıldı

23.04.2012
Mədənin 6 əsas düşməni

20.04.2012
Xərçəng şişlərinin toxumalarından beyin xərçənginə qarşı peyvənd hazırlanıb

20.04.2012
Göy rəngli insan

19.04.2012
Kök və kök suyunun 10 faydası

18.04.2012
İnsanı ağıllı edən gen tapıldı

17.04.2012
Antibiotiklərdən müntəzəm istifadə piylənməyə səbəb ola bilər

17.04.2012
Pakistanda 6 ayaqlı körpə dünyaya gəlib

16.04.2012
Mentollu siqaret daha təhlükəlidir

13.04.2012
Bakıda musiqi və rəsmlə müalicə mərkəzi açılıb

12.04.2012
Növbəli iş diabet və piylənmə riskini artırır

12.04.2012
Azərbaycanda anadangəlmə əlil uşaqların sayı artıb

11.04.2012
Morqa atılmış körpəni ölümdən anası xilas edib

11.04.2012
Dişlərin rentgen şüasından keçirilməsi beyində şişə səbəb ola bilər

«    May 2012    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
» Döş xərçəngi diaqnozunda ir ...
» İşıq ürək ağrılar ...
» 340 qramlıq körpə doğulub
» İnsan beynində dindarlıq və Allah q ...
» 6 həftəyə bədən quruluşun ...
» Arıqlamaq üçün unikal vasitə i ...
» Mədənin 6 əsas düşməni
» Azərbaycanda 4 qolu, 4 ayağı olan uş ...
» Ürəyi çöldə olan 3 yaşl&# ...
» Tərbiyəni genlər müəyyənl ...
Copyright 2008-2010 © Med.Az
Azərbaycanin ilk tibbi portali
Reklam yerləşdirmək istəyirsinizsə bizə yazın
DİQQƏT!!! Saytda yerləşdirilən bütün materiallar yalnız tanıtım xarakteri daşıyır və özünümüalicə məqsədilə istifadə oluna bilməz!
Saytda yerləşdirilən xəbərlərə, şərhlərə və sağlamlığa dəyə biləcək mümkün zərərlərə görə
Med.Az administrasiyası heç bir məsuliyyət daşımır !
Powered by Azerimed
Məlumat internet səhifələrində istifadə edildikdə
müvafiq keçidin qoyulması mütləqdir.