Burun qanaxması zədələnmə, qan laxtalanmasının pozulması, hipertoniya və digər xəstəliklər nəticəsində və ya güclü fiziki gərginlikdən ola bilər.
Burun qanaxmasının əsas səbəbi burun boşluğu selikli qişasının tamlığının pozulmasıdır. Burun qanaxmasının mümkün olan səbəblərini yerli və ümumiolaraq iki yerə ayırırlar.
Burun qanaxmasına gətirən yerli proseslərə aiddir:
Allergik rinit — burunun selikli qişasının xəstəliyidir, orqanizmin allergenlərə həddən artıq hissiyyatlı (sensibil) olmasıdır.
Allergik rinitin baş verməsində şokolad, kakao, balıq, apelsin, bal, yumurta, çiyələk və s. qida məhsulları əsas rolu oynayırlar. Nəzarətsiz olaraq buruna tökülən damarbüzüşdürücü vasitələr, antibiotiklər və digər dərmanlar allergiya törədə bilərlər.
Bitki tozcuqları burunun allergik iltihabını yarada bilərlər. Məişətdə geniş istifadə olunan kimya məhsulları (yuyucu tozlar, mebel yağları, rənglər, aerozollar), həmçinin, güclü allergendirlər.
Burun ətrafı ciblərin iltihabına ümumi olaraq sinusitlər deyilir. Bu ciblər dörd cüt olur: haymor (əng), alın, əsas və xəlbir cibləri. Haymor cibləri ən böyük olub, həcmi 30 kub santimetrə çatır. Onlar əng nahiyəsinin dərinliyində yerləşir. Haymor cibinin forması 3 üzlü piramidanı xatırladır. Onun ən vacib hissəsi burunla əlaqədar olan iç divarıdır. Burada cibdən burun boşluğuna açılan dəlik vardır. Haymor cibinin dib hissəsi üst-arxa azı dişlərinin kökləri ilə yaxın yerləşmişdir.
Bəzən isə köklər hətta boşluğun içində də yerləşə bilərlər, bu zaman onların üzərini yalnız selikli qişa örtür. Haymor cibinin iltihabına haymorit deyilir.
Desibel səs vahididir və səsin şiddəti desibellə ölçülür qısa olaraq DB yazılır. Normal səs səviyyəsi nə qədər olmalıdır ? Araşdırmalarla müəyyən edilmişdir ki 0 db səs insan qulağının eşidə biləcəyi səs ən aşağı səs 180 db isə roket atarkən roketin verdiyi səsdir. Desibel ölçüsü loqoritmik olaraq artar və azalar. Məsələn 20 db 10 db-dən 10 dəfə 30 db isə 10 db-dən 100 dəfə çox şiddətlidir. Səs səviyyəsinə görə aşağıdakı kimi müəyyən olunur.
ABŞ-da LOR (qulaq, burun, boğaz) mütəxəssislərinin keçirdiyi ənənəvi toplantıda aparılan yeni bir araşdırma müzakirə edildi. Tədqiqata əsasən mütəxəssislər üstü açıq və yüksək sürətə malik avtomobillərin karlığa səbəb olduğu qənaətinə gəlmişlər. Mütəxəssislər bildirir ki, üstü açıq avtomobillə saatda 80-120 km sürətlə hərəkət edən zaman qulaqlar olduqca gurultulu və müntəzəm bir səsə məruz qalır. Tədqiqata əsasən üstü açıq bir avtomobil saatda 80-100 km sürətlə gedərkən avtomobildəki insanın məruz qaldığı səsin həcmi 88-90 desibelə çatır ki, bu da karlığa səbəb olan 85 desibel limitindən yuxarıdı. Mütəxəssislər bu kimi hallarda eşitmənin tədricən zəiflədiyini və bunun bir neçə il sonra tamamən karlığa gətirib çıxardığını bildirirlər.
Ortaqulaq iltihablanması, otitis media. Ortaqulaq iltihablanması burun boşluğu və ya boğazdan ortaqulağa açılan kanallardan (tuba auditiva, pharyngotympanic tube) yüksələn bakteriya və ya viruslar tərəfindən iltihablanmağa səbəb olur. Ortaqulağ qulaq pərdəsi ilə iç qulaq arasında içi hava dolu olan bir orqandır. Nadir olaraq da qulaq pərdəsinin cırılması nəticəsi, buradan bakteriya və viruslar içəri girərək iltihablanmağa səbəb ola bilər. Ortaqulağ iltihablanması böyük ağrı və irinlənmələrin axışına səbəb olur. Əgər iltihablar, qulaq pərdəsinin arxasında toplanib sərtləşsə eşitmənin keyfiyyəti aşağı düşər və ağrıdan insan yata bilməz. Burada sərtləşən iltihablar qulaq pərdəsini deşər və burdan iltihablar çölə axar.
Xroniki tonzillit - damaq badamcıqlarının xroniki iltihabıdır. Xəstəlik təkrar anginalar və digər xroniki iltihab xəstəlikləri (rinit, faringit, qaymorit və s.) nəticəsində inkişaf edir. Proses əsasən badamcıqların çökəklərində inkişaf edir. Çökəklərdə bakteriyalar, leykositlər və bəzən qida kütlələri ilə birgə qatılaşan və yığışan epiteliyalar çirkli və ya üfunətli kəsmikvari kütləyə çevrilirlər.
Xorultu bir səs fenomenidir və sıxılmış tənəffüs yollarından hava cərəyanının keçməsində udlağın yumşaq hissəciklərinin bir-birinə toxunması nəticəsində baş verir. Əhalinin yaşlı hissəsinin 30 %-i, 60 yaşdan yuxarı isə 60 %-i xoruldayır.
Frontit - alın cibinin kəskin iltihabıdır. Kəskin və xroniki formaları vardır. Alın cibinin kəskin iltihabı kəskin rinit, etmoidit, qrip, qızılca, orqanizmin həddən artıq soyuması ilə bağlı ola bilər.[/font]
Frontit - alın cibinin kəskin iltihabıdır. Kəskin və xroniki formaları vardır. Alın cibinin kəskin iltihabı kəskin rinit, etmoidit, qrip, qızılca, orqanizmin həddən artıq soyuması ilə bağlı ola bilər
Stomatit — ağız boşluğunun selikli qişasının iltihabı xəstəliyidir. Selikli qişanın zədələnmə dərəcəsindən asılı olaraq səthi — kataral, aftoz, və dərin — xoralı, nekrotik stomatitləri olur.
Eşitmənin zəifləməsi səsqəbuledici və ya səsötürücü aparatın zədələnməsi simptomudur. 60 yaşından sonra demək olar ki, hamıda eşitmə zəifləyir. 70 yaşından sonra eşitmənin daha da pisləşməsi baş verir.
DİQQƏT!!! Saytda yerləşdirilən bütün materiallar yalnız tanıtım xarakteri daşıyır və özünümüalicə məqsədilə istifadə oluna bilməz! Saytda yerləşdirilən xəbərlərə, şərhlərə və sağlamlığa dəyə biləcək mümkün zərərlərə görə Med.Az administrasiyası heç bir məsuliyyət daşımır !
Powered by Azerimed
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.