Otağın sadə, səliqəli və rahat olması əhvali-ruhiyyəyə, insanın psixoloji vəziyyətinə öz təsirini göstərir. Bu mənada valideynlər böyüdüb boya-başa çatdıracaqları körpələri üçün gözəl oyuncaqlarla yanaşı, rahat otaqlar da arzulayırlar...
Dünyaya yeni gəlmiş körpəsi üçün otaq hazırlamaq və bu otağı yeni əşya və ya mebellə bəzəmək hər bir valideynin arzusudur. Bəzən isə valideynlər otağın gözəl görünməsi üçün o otağı lazım olandan çox "bəzəyirlər". Əslində isə körpə otağını lazımsız əşyalarla və ya mebellərlə bəzəmək düzgün deyil. Çünki bu, ən azı körpəyə yorucu təsir bağışlayır.
Ana və Uşaq: Analar körpələrə ilk 6 ayda ana südü verməlidir
Türkiyənin Yozgat Bozok Qadın Doğum və Uşaq Xəstəlikləri Xəstəxanasının uşaqların inkişafı üzrə eksperti Özben Daşqın anaların körpələrinə ilk 4-6 ay ana südündən vermələrinin vacib olduğunu söyləyir. (Cihan)
Xanım Daşqın ana südünün körpələrin inkişafında son dərəcə mühüm olduğunu ifadə edərək bildirib: "Körpələrə ilk 4-6 ay ana südü və ya ana südünün olmadığı vəziyyətlərdə əmzikli uşaq yeməkləri verilməlidir. Daha sonra artıq körpənin ehtiyacları qarşılanmadığı üçün əlavə qidalara keçid edilməlidir. Burada əhəmiyyətli olan 4-6 ay arasında passiv əlavə qida, 6-cı aydan etibarən isə aktiv əlavə qidadır. Bu, Dünya Səhiyyə Təşkilatı da daxil olmaqla bütün qidalanma və səhiyyə təşkilatlarının birgə fikridir".
Ana və Uşaq: Morqa atılmış körpəni ölümdən anası xilas edib
Türkiyənin "Milliyet" qəzeti bildirir ki, aprelin 3-də ölkənin şimalındakı "Perrando de Resistencia" hospitalında hamiləliyin 6-cı ayında olan qadın erkən doğub. Həkimlər doğulmuş qızın ölü olduğunu deyərək körpəni morqa yollayıblar.
Ana Analiya Buter isə uşağını son dəfə görmək istədiyini deyib. Uzun çək-çevirdən sonra qadına morqa girməyə icazə verilib. Buter morqda 12 saat qalmış körpəsinin iniltisini eşidib, dərhal həkimləri çağırıb.
Ana və Uşaq: Mobil telefonlar körpələrdə hiperaktivlik yaradır?
Hamilə qadınlar mobil telefonlardan ümumiyyətlə, imtina etsələr, yaxşı olar. Yel Universitetinin alimlərinin dediklərinə görə, mobil telefondan istifadə zamanı aparatın yaydığı şüalanma ananın doğacağı uşaqda sonradan davranış problemləri yarada bilər. "The Daily Mail" xəbər agentliyi bildirir ki, mobil telefonun elektromaqnit şüalanması beyinin iknişafına təsir edir, uşaqda hiperaktivlik, xoflanma və yaddaşın zəifləməsi problemləri yaradır.
Çox vaxt uşaq yeməkdən doysa belə, əl çəkmirik və onu daha çox yeməyə məcbur edirik. Bu isə uşağın çəkisinin artmasına və arzuolunmaz dərəcədə kökəlməsinə səbəb olur.
Bu isə əslində gənc orqanizmin müxtəlif xəstəliklərə yoluxmasına gətirib çıxarır.
Bu baxımdan valideynin uşağı təkidlə yeməyə məcbur etməsi doğru deyil.
Ana və Uşaq: Körpənin zehnini fəallaşdırmaq üsulları barədə
Keçmişdə uşağın təfəkkürünün necəliyinə diqqət edilməzdi. Keçmişdə təfəkkürü genetik bir amil kimi qəbul edirdilər. Ancaq bu gün bu amillə yanaşı, uşağı əhatə edən mühit də təsiredən bir meyar kimi qəbul edilir. Bu günün tədqiqatçılarıın nəzərinə görə valideynin uşağın təfəkkürünün formalaşmasında təsiri böyükdür.
Valideynlər üçün ən sadə yol odur ki, körpənin zehnini müxtəlif vasitələrlə təhrik edərək, onun təfəkkürünün inkişafında aparıcı rol oynasınlar. Bu, o mənadadır ki, genetik amillərlə yanaşı, uşağın böyüdüyü mühit və fəza, qidalanma keyfiyyətinin onun sağlam olmasında rolu böyükdür. Bu məsələ körpənin ilk günlərində və aylarında başqa amillərdən daha mühümdür. Valideynin uşağın hərtərəfli inkişaf etməsindəki rolu böyükdür. Məsələn, valideyn uşağın təfəkkürünü qaldırmaq üçün uşağa müxtəlif oyunlar öyrədir.
Ana və Uşaq: Hamiləlik zamanı həddindən çox qırmızı ət qəbul etmək ziyandır
Hamiləlik zamanı həddindən çox qırmızı ət qəbul etmək doğulacaq oğlan uşaqlarında sonsuzluğa səbəb ola bilər. Türkiyəli mütəxəssis Mutar Berksoy bu barədə bildirib.
Türkiyə mətbuatının verdiyi məlumata görə, çox ət körpənin spermasının keyfiyyətinə təsir edir, az miqdarda karbohidrat isə artıq çəki, şəkər xəstəliyi riskini artırır.
Ana olmağa namizəd qadınların qidalanması körpələrin DNT-də önəmli dəyişikliklərə yol açır.
ABŞ-ın Minnesota Universitetindən Dr.Jeffry A.Simpson körpələrin 12-18 aylıq olarkən, anayla əlaqəli təcrübələrində şəxslərin 20 il sonra emosional əlaqələrinə təsir göstərdiyini müəyyənləşdirib.
Simpson, körpəylə necə davranıldığının, nə qədər şəfqət görüb sevildiyinin körpənin yaddaşında yerləşdiyini vurğulayıb. Alim, insanların mövcud vəziyyətlərinin yükünü daşımaq üçün əllərindən gəldiyi qədər keçmişdə olanlarla bağlı uyğun yol axtardığını da qeyd edib.
Ana və Uşaq: Respublikanın baş pediatrı anaları diqqətli olmağa çağırdı
Əksər analar üçün qaçılmaz məqamlardan biri də uşağın iştahasızlığıdır. Müəyyən müddətə qədər uşaq ananın verdiyi hər bir yeməyi həvəslə yeyir. Birdən o, hətta sevdiyi yeməkdən belə imtina etməyə başlayır. Uşağınızın səhhəti barədə nəticə çıxarmağa tələsməyin. İştahanın təsadüfi və davamlı olmayan müddətə azalmasını çox da narahatlıqla qəbul etməyin. Uşaq hər hansı bir kəskin xəstəliyə tutulan zaman iştahası müvəqqəti olaraq azalır. Bu zaman ona verilən yeməyi zorla, axıra qədər yeməsini təkid etmək məsləhət deyil. Uşağa daha çox meyvə, tərəvəz, su, müxtəlif şirələr (xüsusilə yüksək hərarət zamanı) və daha yüngül, yarımduru yeməklər vermək məsləhətdir.
Alimlər bətndəki embrionun kök hüceyrə göndərməklə ananın səhhətini yaxşılaşdırdığını müəyyən ediblər.
ABŞ-ın Nyu-York şəhərindəki Mont Sinai universitetində aparılan araşdırmada alimlər dişi siçanlarla bütün bədən hüceyrələrində yaşıl rəngli floresan işığı yayan protein buraxması üçün gen dəyişikliyinə məruz qalmış erkək siçanları cütləşdiriblər. Alimlər bununla ana bətnindəki döl toxumalarının ayırd edilməsinə nail olublar. Daha sonra hamilə siçanın infarkt keçirməsini təmin edən alimlər iki həftə sonra ürək toxumalarını müayinə etdikləri zaman ananın qəlbində dölə aid yaşıl rəngli hüceyrələr aşkar ediblər. Araşdırma zamanı bu hüceyrələrin yeni ürək hüceyrələrinə çevrilərək, ananın ürəyini "müalicə etdiyi" müşahidə edilib.
Tez yatan və tez qalxan uşaqlar daha zəif olur və fiziki olaraq hərəkətli olurlar.
Bu araşdırma Şimali Avstraliya Universiteti tərəfindən 9 - 16 yaş arası 2200 uşaq üzərində aparılıb. Araşdırmada uşaqların yatma və qalxma saatları, çəkiləri və boş vaxtlarını istifadə etmə formaları ilə müqayisə aparılıb.
Saat 21:20-dən əvvəl yatan uşaqlar, səhər 07:00-dan əvvəl oyanırlar.
DİQQƏT!!! Saytda yerləşdirilən bütün materiallar yalnız tanıtım xarakteri daşıyır və özünümüalicə məqsədilə istifadə oluna bilməz! Saytda yerləşdirilən xəbərlərə, şərhlərə və sağlamlığa dəyə biləcək mümkün zərərlərə görə Med.Az administrasiyası heç bir məsuliyyət daşımır !
Powered by Azerimed
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.