"The Daily Mail" xəbər verir ki, Kolorado Universitetinin kardioloqu Tobias Eklenin fikrincə, ürək xəstələri günş işığının çox olduğu palatada yatanda daha tez sağalıblar. Çox yəqin ki, bunun sirri sutkanın işıqlı və qaranlıq dövrləri ilə bağlı orqanizmin "daxili saat"ındadır.
Sutkalıq ritmi beyindəki proteinlər müəyyənləşdirir. Ürəkdə də həmin proteinlər var. Məsələn, "Period 2" proteini ürək tutmalarının nəticələrinin aradan qaldırılmasında mühüm rol oynayır.
Kardiologiya: Bəzi kişilərin ürək xəstəliyinə tutulma riski daha yüksəkdir
Siqaret, sağlam şəkildə qidalanmamaq, yüksək xolestrol ürək xəstəliklərinin ilk səbəblərindəndir. Bu faktorlar arasında genetik ötürmədə böyük rol oynayır.
Xüsusilə kişilərdə. Ürək xəstəliklərinə görə, kişilər qadınlara nisbətən daha çox risk altındadırlar. İngilis elm adamları belə qənaətdədirlər.
Araşdırmaya görə, "kişi xromosomu" ilə bağlı olaraq ürəklə bağlı problemlər atadan oğula keçə bilər.
Kardiologiya: Omega-3 ilə zəngin olan qida ürək xəstəlikləri riskini azaldır
Balıq yemək qadınlarda ürək xəstəlikləri riskinə təsir edir. Türkiyə mətbuatının verdiyi məlumata görə, Omega-3 ilə zəngin olan balıq ürək xəstəlikləri riskini azaldır.
Danimarka araşdımaçılarının 8 il apardığı tədqiqatda yaşları 15-49 olan 50 minə yaxın qadın iştirak edib. Araşdırma zamanı nadir hallarda və ya heç balıq yeməyən qadınlarla müqayisədə müntəzəm bu qidanı qəbul edən zərif cinsin nümayəndələrində ürək-damar xəstəliklərinə yoluxma riskinin 50 faiz az olduğu bəlli olub.
Kardiologiya: Naringi ürək xəstəlikləri üçün faydalıdır
Mandarin təkcə dadlı meyvə, uşaqlığın xatirəsi və Yeni ilin gözləntisi deyil, həm də ürək xəstəliklərindən və diabetdən müdafiə olunmaq üçün gözəl vasitədir. Bu barədə mail.ru saytı məlumat verir.
Qərbi Ontario Universitetindən olan kanadalı alimlər təəccüblə müəyyən ediblər ki, mandarinin tərkibindəki böyük miqdarda nobitelin maddəsi insanın qanında xolesterinin və insulinin səviyyəsini xeyli azaldır.
Kardiologiya: Qış mövsümündə infarkt keçirmə riski digər aylara görə 3 qat artır
Aparılan araşdırmalara görə, qış mövsümündə infarkt keçirmə riski digər aylara görə 3 qat daha çox artır.
Buna səbəb olaraq isə yuxarı tənəffüs yolu infeksiyalarının artması, daha yüksək kalorili olan yeməklərin qəbul edilməsi, qəbul olunanların həzm edilə bilməməsi,
hərəkətsizlik və həddindən artıq soyuq havanın təsirindən damar büzüşmələri göstərilir.
Kardiologiya: Valideynləri ilə yatmaq uşağın ürəyini müdafiə edir
Ekspertlər bunu uşaqlar arasında ölüm riskinin artması ilə əlaqələndirirlər. Lakin Keyptaun Universitetinin əməkdaşı, professor Nils Berqmanın apardığı son tədqiqat pediatrların rəsmi mövqeyini dəyişdirə bilər. Trend-in məlumatına görə, bu barədə RİA Novosti "The Daily Mail" qəzetinə istinadən xəbər verir.
Berqman bəyan edir ki, uşaq üç yaşınadək valideyni ilə yatmalıdır. Müşahidələr göstərir ki, anasının sinəsində yatan körpələr daha çox yatırlar. Bu zaman onların ürəyi stressə üç dəfə az məruz qalır, gələcəkdə isə onlar şəxsiyyətlərarası əlaqələri daha asan qura bilirlər.
Kardiologiya: Ürək üçün ən faydalı ərzaqların siyahısı hazırlanıb
Fiziki aktivliyin çatışmazlığı və balanslaşdırılmamış qida rasionu ilə fərqlənən müasir həyat tərzi isə ürək xəstəliklərinin inkişafı riskini artırır. Lakin dietoloqların sözlərinə görə, rasiona on super-ərzaq daxil etməklə vəziyyəti düzəltmək mümkündür. Bu barədə "Zeenews" yazır.
E vitamini və doymamış yağ turşuları ilə zəngin olan zeytun bu ərzaqlar arasındadır. Zeytun təzyiq və xolesterinin göstəricilərini aşağı salmağa kömək edir. Ondakı fenol birləşmələrinin yüksək qatılığı isə iltihabı aradan qaldırır, trombların yaranmasının qarşısını alır və oksidləşdirici stressdən müdafiə edir.
Kardiologiya: Gözdəki törəmələr infarkt riskindən xəbər verir
Danimarka alimlərinə görə göz qapağındakı sarımtıl rəngli törəmələr infarkt və digər ürək xəstəlikləri riskinin əlamətidir.
Elmi dildə ksantelazma adlanan bu törəmələr piy əlavələrinin boşluqlara toplanması nəticəsində əmələ gəlir. BMJ jurnalinda dərc edilmiş elmi tədqiqatın nəticələrinə istinadən gözlərində ksantelazma olan pasiyentlərin infarkt keçirmək riski 48 faiz artır. Əsasən xolesterindən ibarət ksantelazma vücudda piyləşmə səviyyəsinin yüksək olmasından xəbər verir. Damarların iç üzünün xolesterin layı ilə örtülməsi onları daraldaraq qan dövriyyəsini çətinləşdirir.
Kardiologiya: Hipertoniya xəstələri dərmanları nə vaxt içməlidir?
Ürəkləri normada olmayan insanların dərmanları nə zaman qəbul etmələri çox mühümdür.
"The Globe and Mail" bildirir ki, kanadalı alimlər ürək çatışmazlığı və yüksək qan təzyiqinin müalicəsi üçün istifadə olunan APF ingibitorlarının yatmazdan əvvəl qəbulunu məsləhət bilirlər.
Yəni həmin dərmanlar gündüz içilərsə, onların effekti plasebodan artıq olmayacaq.
Kardiologiya: Arterial hipertenziya ( Yüksək qan təzyiqi)
Arterial hipertenziya (hipertoniya) qan təzyiqinin davamlı olaraq 140/90 mm civə sütunu və ondan yüksək olmasıdır. Qan təzyiqi - bu qanınızın damarlarda hərəkət sürəti nəticəsində damar divarına göstərdiyi təsir qüvvəsidir . O nə qədər yüksək olsa, bir o qədər damarlarınıza mənfi təsir edir. Damarlara əlavə təsir onun zədələnməsinə gətirib çıxarır. Birincili və ikincili arterial hipertenziya ayırd edilir.
Birincili hipertenziya damarlarda xolesterin (piy) çökməsi səbəbindən yaranan aterosklerozun nəticəsidir. İkincili hipertenziya isə böyrək və endokrin xəstəliklərinin bir əlaməti və ya oral (yəni həb şəkilində qəbul edilən) kontraseptivlərin (hamiləliyin qarşısını alan dərmanlar) qəbulunun əlavə təsiri kimi yarana bilər. Birincili olaraq qan təzyiqinin yüksəlməsi ümumi qan təzyiqindən əziyyət çəkən xəstələrin 90-95 %-ni təşkil edir.
Kardiologiya: Qadınlarda infarkt riskini hansı içki azaldır?
Alimlər qəhvənin bilinməyən daha bir faydasını üzə çıxarıblar. Türkiyənin "Milliyət" qəzetinin verdiyi məlumata görə, xüsusilə qadınların gün ərzində içdiyi 2-3 fincan qəhvə infarkt riskini aşağı salır.
İsveçrədə aparılan araşdırmanın nəticəsinə, səhərlərin əvəzedilməz içkisi bu riski 25 faizə kimi azaldır.
Tədqiqat zamanı 10 il ərzindı 35 min qadın tədqiq edilib. Tədqiqatda iştirak edən qadınlardan 1680-i əvvəllər infarkt keçirib.
DİQQƏT!!! Saytda yerləşdirilən bütün materiallar yalnız tanıtım xarakteri daşıyır və özünümüalicə məqsədilə istifadə oluna bilməz! Saytda yerləşdirilən xəbərlərə, şərhlərə və sağlamlığa dəyə biləcək mümkün zərərlərə görə Med.Az administrasiyası heç bir məsuliyyət daşımır !
Powered by Azerimed
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.