Kardiologiya: İnfarktla zədələnmiş ürək bərpa olunur
İngilis həkimləri bunun yeni üsulunu tapdılar. İngiltərə həkimlərinin ürəyin infarkt miokardı ilə zədələnmiş zonalarını gövdə hüceyrələrlə bərpa etmək sahəsində əldə etdikləri nəticələr sevindiricidir. Yeni texnologiya Londonun 2 xəstəxanasında tətbiq olunub. Məsələ belədir ki, xəstəxanaya gətirilən infarktlı xəstənin sümük iliyindən götürülən hüceyrələr arteriyaya vurulur. Arteriya ilə hərəkət edən hüceyrələr ürək əzələlərinə çatmaqla ordakı ölü hüceyrələri əvəzləyir. Nəticədə ürəyin zədələnmiş hissəsi bərpa edilir. Burda əsas iş yubanmadan hərəkətə keçməkdən, yəni ürək tutmasında birinci 6 saat ərzində müdaxilə etməkdən ibarətdir. Həftəlik yazır ki, bu texnologiyanın insan organizminin zədələnmiş digər organlarının bərpası sahəsində tətbiqi məsələsi işlənib hazırlanmaqdadır.
ABŞ-da nəşr olunan “Cell” jurnalında dərc olunan bir məqalədə göstərilir ki, həkimlər siçanlar üzərində apardığı bir tədqiqat zamanı infarkt olmuş siçanlara NRG1 adlı zülal vermişlər və nəticədə zülalın ürək əzələ sistemini və ürəyin fəaliyyətini yaxşılaşdırdığı ortaya çıxmışdır. Tədqiqatın rəhbəri Bernhard Kuhn zülalın insanlar üzərində də müsbət təsirə malik olacağını lakin tam əmin olmaq üçün təcrübənin başqa canlılar üzərində də aparılmasına ehtiyac olduğunu vurğulamışdır. NRG1 adlı bu zülalın həmçinin ürək çatışmamazlığı və ya anadangəlmə ürək problemi olan insanlar üzərində də müsbət təsiri olacağına ümüd edilir.
Kardiologiya: Ürək xəstələri isti havalarda nə etməlidir?
Bildiyimiz kimi artıq yavaş-yavaş isti yay günləri özünü göstərir. Mütəxəssislər isti havaların ən çox ürək xəstələrinə mənfi təsir etdiyini bildirir isti hava şəraitində sağlıq müəssələrinə müraciət edənlərin çox hissəsinin ürək xəstələri olduğu bildirilir. Həkimlər ürək xəstələrinin isti hava şəraitində ilkin olaraq qidalanmalarında bəzi dəyişikliklər etməli olduğunu yağlı yeməklərdən uzaq olmağı bunun yerinə isə daha çox meyvə tərəvəz kimi qida məhsullarına üstünlük verməyin faydalı olacağını vurğulayırlar. Ürək dəqiqədə 60-80 dəfə vuran və gündə 8 - 10 min litr qan dövr edən bir mexanizmə malikdir. Bu mexanizmin normal işləməsi üçün ürək və damar sisteminin açıq olması lazımdır. Bunun üçün isə müntəzəm idman və düzgün qidalanma əsas şərtlərdəndir. İsti havalarda ürək xəstələrinin aşağıdakı qida məhsullarından istifadəsi məsləhət görülür.
ABŞ-ın Michigan Universitetinin Ürək-Damar Xəstəlikləri Mərkəzinin araşdırmaları nəticəsində müəyyən olunmuşdur ki, üzüm insan orqanizminə xüsusən də ürək-damar sistemi xəstəlikləri üçün çox xeyirlidir.
Laboratoriya şəraitində 18 həftəlik bir müddətdə siçovullar üzərində aparılan araşdırmalarda bir neçə siçovulu duzlu yeməklərlə yemləyərək bir neçəsinə isə yalnız üzüm vermişlər və bir müddət sonra müəyyən olunmuşdur ki, duzlu yeməklərlə qidalanan siçovullarda yüksək qan təzyiqi olduğu halda üzümlə qidalananlarda isə ürəyin funksiyası yaxşıdır və qan təyziqi aşağıdır.
Kardiologiya: Qan laxtalanması ürək tutmasına səbəb olur
Qan və qan laxtalanması nədir? Qan damarlarda axaraq daim hərəkətdə olan mayedir. Qan ürəyin fəaliyyətinin mexanizmini nizamlayan vasitədir.
Qan tərkibi ibarətdir: • Tərkibində orqanizmi oksigenlə təmin edən və bədəndəki karbon dioksidi xaric edən hemoqlobinlər olan qırmızı qan hüceyrələrindən. • İnfeksiyanın qarşısını alan ağ qan hüceyrələrindən. • Bədənin funksiyası üçün əhəmiyyətli olan tərkibində zülal olan qan plazmasından.
Kardiologiya: Cinsi əlaqə ürək xəstəliyinə səbəb olur!
Harvard Tibb Mərkəzinin araşdırmaları nəticəsində məlum olmuşdur ki, cinsi əlaqə bəzi kişilərdə ürək tutmasına səbəb olur. Əgər kişidə ürək-damar xəstəliyi varsa bu cinsi əlaqə zamanı təhlükəli ola bilər bele hallarda cinsi əlaqə zamanı həkim nəzarətindən istifadə etmək məsləhət görülür. Laboratoriya şəraitində on kişi üzərində aparılan tədqıqat zamanı müəyyən olunmuşdur ki, cinsi əlaqə zamanı ürək döyünmələrində, qan təzyiqində və oksigen istehlakında bəzi dəyişikliklər meydana gəlir bu da cinsi əlaqədən iki saat sonra belə ürək tutması riskini daşıyir.
Bədəndəki qan damarlarının bir qisiminin və ya hamısının sərtləşməsi nəticəsində, elastikliyini itirməsinə; xalq arasında damar əhənglənməsi tibb dilində isə Arterio Skleroz və ya Atheremo deyilir. Səbəbi, qan damarlarının iç qatlarındaki hüceyrələrin elastikliyini itirib, zəifləməsi və ya qandakı yağlı maddələrin yığın edərək, damarı darlaşdırmasıdır. Əlamətləri baş gicəllənməsi, baş ağrısı, titrətmə, gedərkən səndəlləmə, düşünmə və öyrənmə gücündə zəifləmə, əsəbilik və ya damarın sərtləşdiyi bölgələrdə ağrılar ilə müşahidə olunur. İlk ifadə olunanlar görüldüyündə tədbir alınacaq olsa, qorxulacaq bir şey yoxdur. Xəstənin sevinc və cəsarətini itirməməsi və həkimin tövsiyələrini yerinə gətirməsi yaxşılaşmada atılacaq ilk əhəmiyyətli addımdır.
Talasemiya nədir ? Talasemiya hemoqlobin istehsalı zamanı yaranan zülal çatışmamazlığıdır. Bu zülal qırmızı qan hüceyrəsində tapılıb. Bu oksigeni ağciyərlərdən bütün bədən hissələrinə nəql edir və qana qırmızı rəng verir. Yetkinlərdə hemoqlobin 4 elementin birləşməsindən yaranır. Bu elementlər “zülal zənciri” kimi adlandırılır. Burada 2 tip zülal zənciri var. Onlardan 1-i “β zənciri” və biridə “α zənciri” adlanır. A hemoqlabin molekulu adətən 2 α zəncirindən və 2 β zəncirindən düzəlir. Talasemiya tutan insanlarda hemoqlabin zəncirindən biri olmur. Nəticədədə qırmızı qanda olan hüceyrələr talasemiyaya tutulur və düzgün fəaliyyət göstərmir.
DİQQƏT!!! Saytda yerləşdirilən bütün materiallar yalnız tanıtım xarakteri daşıyır və özünümüalicə məqsədilə istifadə oluna bilməz! Saytda yerləşdirilən xəbərlərə, şərhlərə və sağlamlığa dəyə biləcək mümkün zərərlərə görə Med.Az administrasiyası heç bir məsuliyyət daşımır !
Powered by Azerimed
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.