Kardiologiya: Omega-3 ilə zəngin olan qida ürək xəstəlikləri riskini azaldır
Balıq yemək qadınlarda ürək xəstəlikləri riskinə təsir edir. Türkiyə mətbuatının verdiyi məlumata görə, Omega-3 ilə zəngin olan balıq ürək xəstəlikləri riskini azaldır.
Danimarka araşdımaçılarının 8 il apardığı tədqiqatda yaşları 15-49 olan 50 minə yaxın qadın iştirak edib. Araşdırma zamanı nadir hallarda və ya heç balıq yeməyən qadınlarla müqayisədə müntəzəm bu qidanı qəbul edən zərif cinsin nümayəndələrində ürək-damar xəstəliklərinə yoluxma riskinin 50 faiz az olduğu bəlli olub.
Kardiologiya: Naringi ürək xəstəlikləri üçün faydalıdır
Mandarin təkcə dadlı meyvə, uşaqlığın xatirəsi və Yeni ilin gözləntisi deyil, həm də ürək xəstəliklərindən və diabetdən müdafiə olunmaq üçün gözəl vasitədir. Bu barədə mail.ru saytı məlumat verir.
Qərbi Ontario Universitetindən olan kanadalı alimlər təəccüblə müəyyən ediblər ki, mandarinin tərkibindəki böyük miqdarda nobitelin maddəsi insanın qanında xolesterinin və insulinin səviyyəsini xeyli azaldır.
Kardiologiya: Qış mövsümündə infarkt keçirmə riski digər aylara görə 3 qat artır
Aparılan araşdırmalara görə, qış mövsümündə infarkt keçirmə riski digər aylara görə 3 qat daha çox artır.
Buna səbəb olaraq isə yuxarı tənəffüs yolu infeksiyalarının artması, daha yüksək kalorili olan yeməklərin qəbul edilməsi, qəbul olunanların həzm edilə bilməməsi,
hərəkətsizlik və həddindən artıq soyuq havanın təsirindən damar büzüşmələri göstərilir.
Kardiologiya: Valideynləri ilə yatmaq uşağın ürəyini müdafiə edir
Ekspertlər bunu uşaqlar arasında ölüm riskinin artması ilə əlaqələndirirlər. Lakin Keyptaun Universitetinin əməkdaşı, professor Nils Berqmanın apardığı son tədqiqat pediatrların rəsmi mövqeyini dəyişdirə bilər. Trend-in məlumatına görə, bu barədə RİA Novosti "The Daily Mail" qəzetinə istinadən xəbər verir.
Berqman bəyan edir ki, uşaq üç yaşınadək valideyni ilə yatmalıdır. Müşahidələr göstərir ki, anasının sinəsində yatan körpələr daha çox yatırlar. Bu zaman onların ürəyi stressə üç dəfə az məruz qalır, gələcəkdə isə onlar şəxsiyyətlərarası əlaqələri daha asan qura bilirlər.
Kardiologiya: Ürək üçün ən faydalı ərzaqların siyahısı hazırlanıb
Fiziki aktivliyin çatışmazlığı və balanslaşdırılmamış qida rasionu ilə fərqlənən müasir həyat tərzi isə ürək xəstəliklərinin inkişafı riskini artırır. Lakin dietoloqların sözlərinə görə, rasiona on super-ərzaq daxil etməklə vəziyyəti düzəltmək mümkündür. Bu barədə "Zeenews" yazır.
E vitamini və doymamış yağ turşuları ilə zəngin olan zeytun bu ərzaqlar arasındadır. Zeytun təzyiq və xolesterinin göstəricilərini aşağı salmağa kömək edir. Ondakı fenol birləşmələrinin yüksək qatılığı isə iltihabı aradan qaldırır, trombların yaranmasının qarşısını alır və oksidləşdirici stressdən müdafiə edir.
Kardiologiya: Gözdəki törəmələr infarkt riskindən xəbər verir
Danimarka alimlərinə görə göz qapağındakı sarımtıl rəngli törəmələr infarkt və digər ürək xəstəlikləri riskinin əlamətidir.
Elmi dildə ksantelazma adlanan bu törəmələr piy əlavələrinin boşluqlara toplanması nəticəsində əmələ gəlir. BMJ jurnalinda dərc edilmiş elmi tədqiqatın nəticələrinə istinadən gözlərində ksantelazma olan pasiyentlərin infarkt keçirmək riski 48 faiz artır. Əsasən xolesterindən ibarət ksantelazma vücudda piyləşmə səviyyəsinin yüksək olmasından xəbər verir. Damarların iç üzünün xolesterin layı ilə örtülməsi onları daraldaraq qan dövriyyəsini çətinləşdirir.
Kardiologiya: Hipertoniya xəstələri dərmanları nə vaxt içməlidir?
Ürəkləri normada olmayan insanların dərmanları nə zaman qəbul etmələri çox mühümdür.
"The Globe and Mail" bildirir ki, kanadalı alimlər ürək çatışmazlığı və yüksək qan təzyiqinin müalicəsi üçün istifadə olunan APF ingibitorlarının yatmazdan əvvəl qəbulunu məsləhət bilirlər.
Yəni həmin dərmanlar gündüz içilərsə, onların effekti plasebodan artıq olmayacaq.
Kardiologiya: Arterial hipertenziya ( Yüksək qan təzyiqi)
Arterial hipertenziya (hipertoniya) qan təzyiqinin davamlı olaraq 140/90 mm civə sütunu və ondan yüksək olmasıdır. Qan təzyiqi - bu qanınızın damarlarda hərəkət sürəti nəticəsində damar divarına göstərdiyi təsir qüvvəsidir . O nə qədər yüksək olsa, bir o qədər damarlarınıza mənfi təsir edir. Damarlara əlavə təsir onun zədələnməsinə gətirib çıxarır. Birincili və ikincili arterial hipertenziya ayırd edilir.
Birincili hipertenziya damarlarda xolesterin (piy) çökməsi səbəbindən yaranan aterosklerozun nəticəsidir. İkincili hipertenziya isə böyrək və endokrin xəstəliklərinin bir əlaməti və ya oral (yəni həb şəkilində qəbul edilən) kontraseptivlərin (hamiləliyin qarşısını alan dərmanlar) qəbulunun əlavə təsiri kimi yarana bilər. Birincili olaraq qan təzyiqinin yüksəlməsi ümumi qan təzyiqindən əziyyət çəkən xəstələrin 90-95 %-ni təşkil edir.
Kardiologiya: Qadınlarda infarkt riskini hansı içki azaldır?
Alimlər qəhvənin bilinməyən daha bir faydasını üzə çıxarıblar. Türkiyənin "Milliyət" qəzetinin verdiyi məlumata görə, xüsusilə qadınların gün ərzində içdiyi 2-3 fincan qəhvə infarkt riskini aşağı salır.
İsveçrədə aparılan araşdırmanın nəticəsinə, səhərlərin əvəzedilməz içkisi bu riski 25 faizə kimi azaldır.
Tədqiqat zamanı 10 il ərzindı 35 min qadın tədqiq edilib. Tədqiqatda iştirak edən qadınlardan 1680-i əvvəllər infarkt keçirib.
Kardiologiya: Qışda infarktolma ehtimalı daha çoxdur
Araşdırmalar qış aylarında infarktolma ehtimalının digər fəsillərlə müqayisədə üç dəfə artdığını göstərir.
Ürəyi xəstə olanların qışda da gecə corab geyməsinin vacibliyini ifadə edən mütəxəssislər ayaq-damar tutulmaları olanlara da soyuq havada yun corab geyməyi məsləhət görürlər.
Mütəxəssislər həmçinin bildirirlər ki, qış aylarında səhər saatları ürək çatışmazlığı və yüksək təzyiqi olanlar üçün ən təhlükəli saatlardır.
Digər tərəfdən, qış aylarında taxıllı qidalara, həmçinin meyvə-tərəvəzlərə daha çox üstünlük vermək və ağır kalorili qidalardan imtina etmək lazımdır.
Kardiologiya: Gün ərzində 2 saatdan çox ekran qarşısında oturmaq infarkt riskini artırır
London Universitetində işləyən Emanuel Stamatakis və qrupunun apardığı araşdırmada, 4512 şotlandiyalı iştirak edib. 4 il ərzində davam edən araşdırmada, iştirakçılardan gündə neçə saat televizor və ya DVD izlədikləri, işdən kənar neçə saat kompüterdən istifadə etdikləri, ya da video oyunu oynadıqları haqda sorğu keçirilib. Türkiyə mediasının verdiyi məlumata görə, 4 il ərzində iştirakçılardan 325 nəfər ürək xəstəliklərindən və infarktından ölüb, 215 nəfər infarkt keçirib.
Kardioloqlar insanlara qızardılmış balıqdan uzaq olmağı məsləhət görür.
Amerika kardioloqlar assosiasiyasının mütəxəssislərinin 21 mindən artıq insan arasında apardıqları tədqiqat qızardılmış balığın insulta yol açdığını göstərib.
Alimlər balığın qızardılmış deyil, digər formalarda bişirilərək yeyilməsini məsləhət görürlər.
DİQQƏT!!! Saytda yerləşdirilən bütün materiallar yalnız tanıtım xarakteri daşıyır və özünümüalicə məqsədilə istifadə oluna bilməz! Saytda yerləşdirilən xəbərlərə, şərhlərə və sağlamlığa dəyə biləcək mümkün zərərlərə görə Med.Az administrasiyası heç bir məsuliyyət daşımır !
Powered by Azerimed
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.