
Bəzən şampun, saç kremi və s. vasitələr düzgün seçilsə də, saçları əvvəlki vəziyyətinə, daha doğrusu, sağlamlığına, gözəl görünüşünə qaytarmaq çətin olur.
Çünki saçların canlı, sağlam olması, təkcə kosmetik məhsullardan deyil, qidalanmadan da asılıdır. Rejimsiz, düzgün qidalanmamaq, orqanizmə lazım olan vitaminlər qəbul etməmək saçlara da təsir göstərir.
Ən sağlam və parıltılı saçlara sahib olmaq üçün "Omeqa-3" yağları, zülallar, B-12 vitamini və dəmir baxımından zəngin olan qidalar qəbul etmək lazımdır. Bunlar orqanizmdə çatışmadıqda saçlar, baş dərisi cansız və quru olur.
Paxla, mərci saçlar üçün, həqiqətən də, çox faydalıdır və bunları həftədə ən azı üç dəfə yemək tövsiyə olunur.
Selenium, sink başın dərisi üçün faydalıdır. Orqanizmdə sink çatışmadıqda saç tökülür. Bu baxımdan qoz, badam, yer fındığı əsl sink qaynağıdır.
Əsl zülal mənbəyi kimi isə yumurtanı seçə bilərsiniz. Dediyimiz kimi, menyunuzda daha çox taxıl məhsullarına üstünlük verin.
Saçların inkişafını təmin edən kalsium yağlılıq dərəcəsi aşağı olan süd və süd məhsullarındadır.
/Xezerxeber.Com/