
Hər gün ən qısa müddətdə belə, velosiped sürmək ürək xəstəliklərinin əmələ gəlmə riskini xeyli azaldır.
İngiltərə mətbuatının verdiyi məlumata görə, bunu britaniyalı alimlər müəyyənləşdirib.
Tədqiqat göstərib ki, həftədə velosipedlə 30 kilometr yol qət etməklə ürək xəstəliklərinin yaranma riskini düz 50% azaltmaq mümkündür. Velosiped sürmək ürək-damar sisteminin durumunu xeyli yaxşılaşdırır. Bu gəzinti zamanı müxtəlif qrup əzələlər işləyir və bu, yalnız ürəyə deyil, digər orqanların fəaliyyətinə də müsbət təsir göstərir.
Velosiped sürməklə artıq çəkidən də asanlıqla xilas olmaq mümkündür. 1 saat velosiped sürən şəxs təxminən 300 kilokalori atır.
Hər gün yarım saat velosiped sürmək 11 kiloqram piyi əritməyə imkan verir.
/Milli.Az/