
Son illər Azərbaycanda ürək xəstəliklərindən əziyyət çəkənlərin sayında ciddi artım müşahidə olunur. Əgər əvvəllər ürək damar xəstəliyi üçün qorxulu yaş həddi 55-60 arası idisə, indi bu rəqəm xeyli aşağı düşüb. Kişilər 40-60, qadınlar isə 50-65 yaşında artıq bu xəstəliyin qurbanına çevrilirlər.
Statistik göstəricilər ürək xəstəliyindən ölənlərin sayının ildən ilə artdığını və daha cavan yaş həddinə keçdiyini təsdiqləyir. Səhiyyə Nazirliyinin məlumatına görə, 2010-cu ildə ölkəmizdə ürək qan-damar xəstəliklərindən əziyyət çəkən 258 min 870 nəfər qeydiyyata alınıb. Bunlardan 15 min 806 nəfəri 0-13 yaş arası, 3780 nəfəri 14-17 yaş arası, 19 min 791 nəfəri 18-29 yaş arası, 219 min 493 nəfəri isə 30 və daha yuxarı yaşda olanlardır. Nazirliyin məlumatında 2010-cu ildə ölkəmizdə 29 min 460 nəfərin ürək-damar xəstəliklərindən dünyasını dəyişdiyi açıqlanıb.
Ümumdünya Səhiyyə Təşkilatının apardığı tədqiqatlara görə, Azərbaycan bu sahədə MDB ölkələri arasında ilk yerlərdən birini tutur. Ötən ilin əvvəlindən bəri respublikamızda ürək-damar cərrahiyyəsi ilə bağlı 4 ilə mindən artıq əməliyyat keçirilib ki, onların 40%-i Bakının, 20%-i Sumqayıt və Gəncənin, qalanları isə digər rayon və şəhərlərin payına düşür.
/Xezerxeber.Com/