Azərbaycanın ilk tibbi portalı

Ana südü haqqında
Səhiyyə
İdman
Maraqlı
Gözəllik
Sağlamlıq
Elmi kəşflər
Ana və Uşaq
Xalq təbabəti
Həkimə sual
Urologiya
Stomatologiya
Dermatologiya
Pulmonologiya
Otolorinqologiya
Qastroenterologiya
Qidalanma və Dieta
Cinsəl sağlamlıq
Doğuş tarixini tap
Med.Az haqqında
Apteklər
Dərman firmaları
Tibbi avadanlıq
Xəstəxanalar
Uşaq xəstəxanalari
Poliklinikalar
Uşaq poliklinikaları
Doğum evləri
Qadin məsləhətxanaları
Dispanserlər
Tibb mərkəzləri
Kosmetologiya
Sanatoriyalar
Stomatologiya
Təcili yardim
Hospitallar
İdarəetmə orqanları
Saytin xəritəsi
Başlanğic səhifə et
Xəbər göndər
RSS
Dostuna tövsiyyə et
Körpənizə neçə ay ana südü vermisiz?

2 aydan az
2-4 ay
4-6 ay
6-12 ay
12 aydan çox









loading...



Kardiologiya: Arterial hipertenziya ( Yüksək qan təzyiqi)
| 18 Aprel 2011

Arterial hipertenziya ( Yüksək qan təzyiqi) Arterial hipertenziya (hipertoniya) qan təzyiqinin davamlı olaraq 140/90 mm civə sütunu və ondan yüksək olmasıdır.
Qan təzyiqi - bu qanınızın damarlarda hərəkət sürəti nəticəsində damar divarına göstərdiyi təsir qüvvəsidir .
O nə qədər yüksək olsa, bir o qədər damarlarınıza mənfi təsir edir. Damarlara əlavə təsir onun zədələnməsinə gətirib çıxarır. Birincili və ikincili arterial hipertenziya ayırd edilir.

Birincili hipertenziya damarlarda xolesterin (piy) çökməsi səbəbindən yaranan aterosklerozun nəticəsidir.
İkincili hipertenziya isə böyrək və endokrin xəstəliklərinin bir əlaməti və ya oral (yəni həb şəkilində qəbul edilən) kontraseptivlərin (hamiləliyin qarşısını alan dərmanlar) qəbulunun əlavə təsiri kimi yarana bilər. Birincili olaraq qan təzyiqinin yüksəlməsi ümumi qan təzyiqindən əziyyət çəkən xəstələrin 90-95 %-ni təşkil edir.

Qan təzyiqi iki rəqəmlə ifadə olunur. Birinci qeyd olunan rəqəm sistolik təzyiq adlanır. Sistolok təzyiq – qanın ürəyin yığılma mərhələsində meydana gəlmiş gücüdür.
İkinci rəqəm – diastolik təzyiqdir. Bu, qanın ürəyin boşalma anındakı gücünü göstərir.

Qan təzyiqinin normal göstəriciləri:

İdeal arterial təzyiq 120/80 mm c.s.-dan aşağı olmalıdır.

121-139/80-89 mm c.s. hipertenziyaönü təzyiqdir. Yəni, bu şəxslər daimi təzyiqlərinə nəzarət etməlidirlər.

140/90 mm c.s.-dan yuxarı olan təzyiq yüksək qan təzyiqi, daha doğrusu hipertenziya xəstəliyidir!

Arterial qan təzyiqinin yüksəlməsindən Yer kürəsi əhalisinin 15%-i əziyyət çəkir. İnsan ölümünün 50%-dən çoxunun səbəbi isə yüksək qan təzyiqinin ağırlaşmalarıdır (infarkt, insult, xroniki ürək çatışmazlığı ).

Yüksək qan təzyiqi ürək infarktının, beyin insultunun (paralic), böyrəyin, damarların, görmə qabiliyyətinin itirilməsinin əsas səbəblərindəndir!

Yüksək qan təzyiqinin əlamətləri

Təəssüf ki, bir çox hallarda qan təzyiqinin yüksəlməsi yaş artıqca tədricən baş verir, orqanizm yüksələn qan təzyiqinə isə zaman keçdikcə uyğunlaşır.
Yəni , orqanizm bu təzyiqə öyrəşir. Bu isə el arasında səhv olan bir terminə səbəb olub - "işlək qan təzyiqi" ("rabochiy təzyiq"). Bu cəfəngiyyatdan başqa bir şey deyildir! Çünki orqanizmin təzyiqə öyrəşməsi xəstənin şikayətinin olmamasına gətirib çıxarır. Amma yüksək təzyiq öz "qara işini" görür. Bir də eşidirsən ki, filankəsi infark və ya paralic "vurdu" ya da filankəs yatdı, durmadı.
Qısaca, bir çox hallarda təzyiq yüksəlməsi heç bir əlamətlə xəstəni narahat etmir, ya da insanlar bu kimi - arabir baş ağrıları, baş hərlənməsi, qulaqlarda səs, ürək nahiyəsində ağırlıq hissiyatı, küt ürək ağrıları , göz qabağında kiçik qara, sayrışan qara nöqtələr və s.
Bu isə bizi "fil qulağında yatmağa" vadar edir.

Kimlər risk qrupuna daxildir?

İrsi faktor - əgər sizin yaxın qohumlarınızdan (baba,nənə, ata, ana,bacı, qardaş və s.) kimsə, qan təzyiqinin yüksəlməsindən əziyyət çəkirsə, sizin də xəstələnmək şansınız yüksəkdir.

Cinsi faktor - kişilər qadınlara nisbətən daha tez arterial təzyiqin yüksəlməsinə meyillidir (30-50 yaş). 50 yaşdan sonra qadınlarda menopauza (aybaşının kəsilməsi) başlanması ilə əlaqədar qadınların da bu xəstəliyə düçar olma riski artır.

Yaş faktoru – 30 yaşdan yuxarı kişilər və 50 yaşdan yuxarı qadınlar digər risk faktorları olduğu halda təzyiqlərinə vaxtaşırı nəzarət etsələr pis olmaz.

Stress və psixi gərginlik – müasir dövrdə həyatımızın bir hissəsinə çevrilməklə bir çox xəstəliklərin əmələ gəlməsində vacib əhəmmiyyət kəsb edir.

Nə etməli ?

1. Artiq çəkidən azad olun. Bədən çəkisinin az miqdarda aşağı salınması belə qan təzyiqini normalaşdıra bilər.
2. Siqareti tərgidin. Siqaret çəkmə qan təzyiqinin qalxmasına və damar divarının zədələnməsinə səbəb ola bilər. Siqareti tərgitməklə hipertenziya nəticəsində ölüm riskini dərman qəbuluna nisbətən daha çox azaltmış olursunuz.
3. Spirtli içki qəbulunu minimuma endirin.
4. Daha az duz qəbul edin. Bəzən duzun miqdarını azaltmaq qan təzyiqinin normallaşmasına səbəb ola bilər.
5. Stressdən uzaq olmağa çalışın. Stress damar divarının spazmına və bu zaman da qan təzyiqinin qalxmasına və ürəyin daha güclü işləməsinə səbəb ola bilər.
6. Heyvani mənşəli yağların qəbulunu (kərə yağı) kəskin azaldın. Əvəzində bitki mənşəli (günəbaxan, zeytun, qarğıdalı və s.) yağlardan istifadə edin. Bitki yağlar nəinki, infarkt, insult riskini azaldır, eyni zamanda xərçəng xəstəliyinin də profilaktikasında da əvəzedilməz rola malikdir.
7. Fiziki aktiv olun. Unutmayın, gün ərzində 30 dəqiqə idmanla (açıq havada idman yerişi, asta qaçış, üzgüçülük, və s.) məşğul olmaqla qan təzyiqinizi dərmansiz 15-20 mm c.s.-nu endirə bilərsiniz.
8. Müalicə rejimində düzgün yuxu rejimi və gümrahlıq əsas amillərdəndir. Qan təzyiqinin yüksək olduğu zamanlarda yuxusuzluqdan və gecə işlərindən kənar olmaq və yuxu rejimini bərpa etmək lazımdır.
9. Əgər sizdə artıq yüksək qan təzyiqi varsa, yuxarıda göstərilən məsləhətlərdən əlavə, vaxtaşırı təzyiqinizi ölçün. Daimi kardioloq nəzarətində olun ( həkim məsləhət gördüyü tezlikdə). Təyin etdiyi dərmanları vaxtlı-vaxtında qəbul edin.

/Qafqazinfo.Az/

Reytinq:
 (səs sayı: 1)
Çap et

Forumda müzakirə et

Dostuna tövsiyyə et

Oxunub: 1395 dəfə

21.05.2012
Britaniyalı alimlər kartofu ən vitaminli tərəvəz hesab edirlər

21.05.2012
Dar geyim insanlarda xərçəngə yol aça bilər

18.05.2012
Hansı rəngdə olan meyvə və ya tərəvəz daha xeyirlidir?

18.05.2012
Hər gün eşitdiyimiz sakit səslər eşitmə qabiliyyətimizi zəiflədir

16.05.2012
Siqaret nadir xəstəlik olan beyin şişi riskini azaldır

15.05.2012
Yumurta səhər yeməyi üçün ən yaxşı seçimdir

14.05.2012
Yaponlar süni ürək yaratdılar

12.05.2012
İstirahət günü dincəlməyənlər kökəlir

11.05.2012
Qidanı az çeynəmək diabetə səbəb olur

11.05.2012
ABŞ-da HİV əleyhinə ilk preparatın buraxılışı müzakirə olunur

08.05.2012
Körpənin otağı daha rahat olmalıdır

07.05.2012
Dünyanın ən kök adamı: belimin ölçüsü də 1,4 metrdir

07.05.2012
Az yağlı süd və süd məhsulları insultdan qoruyur

07.05.2012
340 qramlıq körpə doğulub

05.05.2012
Alimlər yaraları sağaldan cihaz hazırlayıblar

04.05.2012
Azərbaycanda 4 qolu, 4 ayağı olan uşaq doğuldu

04.05.2012
Energetik içkilər dişləri zədələyir?

02.05.2012
Ürəyi çöldə olan 3 yaşlı uşaq

02.05.2012
Azərbaycanda su çiçəyi ilə bağlı açıqlanan rəqəmlər həyəcan doğurur

01.05.2012
Döş xərçəngi diaqnozunda irəliləyiş

01.05.2012
İşıq ürək ağrılarını azaldır

30.04.2012
İnsanı mikroblar kökəldir?

27.04.2012
Arıqlamaq üçün unikal vasitə icad olunub (VIDEO)

26.04.2012
Analar körpələrə ilk 6 ayda ana südü verməlidir

25.04.2012
6 həftəyə bədən quruluşunu necə yaxşılaşdırmaq olar?

24.04.2012
Tərbiyəni genlər müəyyənləşdirir?

23.04.2012
İnsan beynində dindarlıq və Allah qorxusu hisslərini yaradan bölgə tapıldı

23.04.2012
Mədənin 6 əsas düşməni

20.04.2012
Xərçəng şişlərinin toxumalarından beyin xərçənginə qarşı peyvənd hazırlanıb

20.04.2012
Göy rəngli insan

19.04.2012
Kök və kök suyunun 10 faydası

18.04.2012
İnsanı ağıllı edən gen tapıldı

17.04.2012
Antibiotiklərdən müntəzəm istifadə piylənməyə səbəb ola bilər

17.04.2012
Pakistanda 6 ayaqlı körpə dünyaya gəlib

16.04.2012
Mentollu siqaret daha təhlükəlidir

13.04.2012
Bakıda musiqi və rəsmlə müalicə mərkəzi açılıb

12.04.2012
Növbəli iş diabet və piylənmə riskini artırır

12.04.2012
Azərbaycanda anadangəlmə əlil uşaqların sayı artıb

11.04.2012
Morqa atılmış körpəni ölümdən anası xilas edib

11.04.2012
Dişlərin rentgen şüasından keçirilməsi beyində şişə səbəb ola bilər

«    May 2012    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
» Döş xərçəngi diaqnozunda ir ...
» İşıq ürək ağrılar ...
» 340 qramlıq körpə doğulub
» İnsan beynində dindarlıq və Allah q ...
» 6 həftəyə bədən quruluşun ...
» Arıqlamaq üçün unikal vasitə i ...
» Mədənin 6 əsas düşməni
» Azərbaycanda 4 qolu, 4 ayağı olan uş ...
» Ürəyi çöldə olan 3 yaşl&# ...
» Tərbiyəni genlər müəyyənl ...
Copyright 2008-2010 © Med.Az
Azərbaycanin ilk tibbi portali
Reklam yerləşdirmək istəyirsinizsə bizə yazın
DİQQƏT!!! Saytda yerləşdirilən bütün materiallar yalnız tanıtım xarakteri daşıyır və özünümüalicə məqsədilə istifadə oluna bilməz!
Saytda yerləşdirilən xəbərlərə, şərhlərə və sağlamlığa dəyə biləcək mümkün zərərlərə görə
Med.Az administrasiyası heç bir məsuliyyət daşımır !
Powered by Azerimed
Məlumat internet səhifələrində istifadə edildikdə
müvafiq keçidin qoyulması mütləqdir.