
Xərçəng xəstələrinə şad xəbər... Azərbaycan aliminin icad etdiyi qida məhlulu bu xəstəlikdən əziyyət çəkənlərin dərdlərinə son qoya bilər.
Elmi-təcrübə və sınaq laboratoriyasında xərçəng və şəkərli diabet hüceyrələrini məhv edən qida məhlulu icad olunub. Alim Çimnaz Aliyeva 1988-ci ilden bəri, tam 23 ildir bu qarışığın hazırlanması üzərində işləyirdi.
Çimnaz xanımın sözlərinə görə, məhlul xəstəliyin ilk etaplarında qəbul olunduqda xərçəngin yayılmasının tam qarşısı alına bilər....
Tamamilə təbii komponentlərdən təşkil olunan Məhlul profilaktik təsirə malik olduğundan, onu həkimlə məsləhətləşmədən də istifadə etmək mümkün olacaq.
Qarışıqlar, toxumaların atom-molekulyar tərkibini qidalandıraraq xərçəng hüceyrələrini məhv edən, mürəkkəb xüsusiyyətlərə malik vitamin birləşməsi və fermentlərdən hazırlanıb.
Xərçəngin əlacı olacaq məhlulu alim ilk dəfə öz üzərində sınaqdan keçirib.
O, indi bunun patentini almak üçün Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Patent şöbəsinə təqdim edib...
/Xezerxeber.Com/