
İlkin məlumatlara əsasən, 2011-ci ilin əvvəlinə ölkədə 33 min həkim və 63,5 min orta tibb işçisi çalışan 760 xəstəxana və 1.694 ambulatoriya-poliklinika müəssisəsi fəaliyyət göstərir. Əhalinin hər 10 min nəfərinə 37 həkim və 71 orta tibb işçisi düşür. Bunu, AzərTAc-a Dövlət Statistika Komitəsinin sədri Arif Vəliyev bildirmişdir.
Komitə sədri onu da əlavə etmişdir ki, ölkə idmançıları 2010-cu ili uğurla başa vurmuşlar. Müxtəlif beynəlxalq yarışlardan qazanılmış 675 medalın 206-sı Olimpiya idman növləri üzrə olan medallardır. Gənc idmançılarımız Yeniyetmələrin Birinci Yay Olimpiya Oyunlarında böyük uğurla çıxış etmiş və 204 ölkə arasında 11-ci yeri tutmuşlar.
/AzərTac/