
Bir çox qadınların ailə anamnezində qan bağlılığı olan bir qohumunda süd vəzisi xərçəngi olmuş ola bilər.
Bunların çoxu sadəcə təsadüfdür, qadınların isə ana və ya ata tərəfindən eyni qan bağı qolundan birdən çox süd vəzisi xərçəngi olan yaxını ola bilər. Bu vəziyyətdə ailənin qadınlarının uzun zaman boyunca xərçəngə səbəb olan xəstə geni daşıması ehtimalı mümkündür.
Ailəvi süd vəzisi xərçəngi, bütün süd vəzisi xərçəngləri arasında ancaq 5 % təşkil edir. Bu xəstə geni daşıyan ailələrdəki bütün qadınların qan analizləri ilə mövcud risklərinin qiymətləndirilməsi qoruyucu həkimlik baxımından önəmlidir.
Qısaca süd vəzisi xərçənglərinin kiçik bir hissəsi ailəvidir və əlbəttə irsi yol ilə nəsildən nəslə keçir. Bu genetik keçidə yol açan genlərin tapılması nəticəsində məlum olmuşdur ki, bütün süd vəzisi xərçəngləri arasında yalnızca 5%-i ailədən keçir.
/Sudvezi.Com/