
Yeni araşdırma işinə əsasən gündəlik olaraq kiçik dozada aspirin içmək bağırsaq xərçənginin yaranması təhlükəsini dörddə bir dəfə azaldır.
Əvvəlki tədqiqatlar göstərib ki, eyni effekti böyük dozada aspirin içməklə də əldə etmək olar.
Amma bunlar daxili qanaxma kimi pis nəticələrə gətirib.
Lancet dərgisinin internet səhifəsində yazan alimlər bildiriblər ki, yeni tapıntı sağlam adamların 50 yaşlarında ikən kiçik dozada aspirin içməsinin ziyanlı olmaması kimi iddiaların xeyrinədir.
/BBCAzeri.Com/