Azərbaycanın ilk tibbi portalı

Ana südü haqqında
Səhiyyə
İdman
Maraqlı
Gözəllik
Sağlamlıq
Elmi kəşflər
Ana və Uşaq
Xalq təbabəti
Həkimə sual
Urologiya
Stomatologiya
Dermatologiya
Pulmonologiya
Otolorinqologiya
Qastroenterologiya
Qidalanma və Dieta
Cinsəl sağlamlıq
Doğuş tarixini tap
Med.Az haqqında
Apteklər
Dərman firmaları
Tibbi avadanlıq
Xəstəxanalar
Uşaq xəstəxanalari
Poliklinikalar
Uşaq poliklinikaları
Doğum evləri
Qadin məsləhətxanaları
Dispanserlər
Tibb mərkəzləri
Kosmetologiya
Sanatoriyalar
Stomatologiya
Təcili yardim
Hospitallar
İdarəetmə orqanları
Saytin xəritəsi
Başlanğic səhifə et
Xəbər göndər
RSS
Dostuna tövsiyyə et
Körpənizə neçə ay ana südü vermisiz?

2 aydan az
2-4 ay
4-6 ay
6-12 ay
12 aydan çox









loading...



LOR: Sinusit nədir?
| 12 Oktyabr 2010

Sinusit nədir? Burun ətrafı ciblərin iltihabına ümumi olaraq sinusitlər deyilir. Bu ciblər dörd cüt olur: haymor (əng), alın, əsas və xəlbir cibləri. Haymor cibləri ən böyük olub, həcmi 30 kub santimetrə çatır. Onlar əng nahiyəsinin dərinliyində yerləşir. Haymor cibinin forması 3 üzlü piramidanı xatırladır. Onun ən vacib hissəsi burunla əlaqədar olan iç divarıdır. Burada cibdən burun boşluğuna açılan dəlik vardır. Haymor cibinin dib hissəsi üst-arxa azı dişlərinin kökləri ilə yaxın yerləşmişdir.

Bəzən isə köklər hətta boşluğun içində də yerləşə bilərlər, bu zaman onların üzərini yalnız selikli qişa örtür. Haymor cibinin iltihabına haymorit deyilir.

Səbəbləri və Növləri

Haymorit – əng cibinin iltihabı, əsasən kəskin rinitin, qripin, qızılcanın, skarlatinanın və s. infeksion xəstəliklərin ağırlaşması kimi meydana çıxır. Digər çox rast gəlinən səbəbə üst çənədə olan dörd ədəd dişin kökünün iltihabını (odontogen haymorit) aid etmək olar. Kəskin haymorit hətta kəskin respirator virus infeksiyasının (KRVİ) fonunda baş verdiyinə görə bu xəstəliyi ayaqda keçirmək təhlükəlidir. Əgər iltihabi proses daha çox inkişaf edirsə, bir qayda olaraq bir neçə cibin iltihabı – polisinusit baş verir.
Uzun müddət davam edən zökəm əlamətlərinə əng nahiyəsində ağrı, gərginlik və təzyiq hissi, alın, təpə və gicgah nahiyələrinə yayılan və nəhayət üzün bir yarısını tutan ağrılar qoşulur. Belə ki, zökəm 7 gündən artıq davam edərsə və ağrılarla yanaşı burundan qatı ifrazat gələrsə, bu ciblərdə iltihabın başladığının göstəricisidir. Ona görə də “sadə zökəmə” etinasız yanaşmaq lazım deyil. Zökəm xəstəliyi hətta səngiyəndə belə sağlamlığa ziyan vura bilər, çünki xronik formaya, sinusitə keçə və digər ağırlaşmalara səbəb ola bilər.

Simptomları

Burun tənəffüsü pozulur, ifrazat gəlməyə başlayır, gözdən yaş axması, işıqdanqorxma, iybilmənin zəifləməsi olur. İlk günlər tempratur qalxır, ümumi hal pisləşir və titrəmə olur. Bəzən haymorit olan tərəfdə üz və aşağı göz qapağı şişkinləşir, ağrılı olur. Bir çox xəstələrdə gün ərzində eyni vaxtda kəskin ağrılar müşahidə olunur.

Diaqnostikası

Diaqnozu dəqiqləşdirmək üçün rentgenoqrafiya və ya kompyuter tomoqrafiyası aparmaq lazım gəlir. Rentgenoqramda ciblərdə kölgəlik görünür. Bundan əlavə haymor cibi xüsusi iynənin köməyilə yerli anesteziya olunaraq sınaq üçün punksiya edilir. Bu zaman onun möhtəviyyatının xarakteri müəyyən olunur.

Müalicəsi

İlkin mərhələdə fizioterapevtik prosedurlar, antibiotiklər irinin əmələ gəlməsinin qarşısını ala bilər. Antibiotiklərlə birlikdə antihistamin preparatları, damarbüzücü maddələr və spreylər təyin olunur. Həmçinin, sınaq punksiyası zamanı cibdə irin aşkar olunarsa, irinin açılıb təmizlənməsi sağalmanı tezləşdirəcək və xəstəni ağrılardan xilas edəcək.

Lakin nəzərə almaq lazımdır ki, damarbüzücü dərmanlardan yalnız kəskin dövrdə, 5-7 gündən artıq olmamaq şərtilə istifadə etmək olar. Onların uzunmüddətli istifadəsi dərman asılılığına, medikamentoz zökəmin əmələ gəlməsinə və burunun selikli qişasındakı damarların bir növ iflicinə və ya selikli qişanın atrofiyasına gətirib çıxarır. Nəticədə burun daim tutulur və çox zaman cərrahi müdaxiləsiz bu vəziyyətdən çıxmaq mümkün olmur. Buna görə də burun damcıları istifadə olunarkən onları təyinatı üzrə qəbul etmək lazımdır.

Burunətrafı ciblərin iltihabı öz növbəsində pnevmoniya, xroniki bronxit, bronxial astma və s. kimi xəstəliklərin inkişafına təkan verə bilər. Bu ciblərin baş beyinə və göz yuvalarına yaxın yerləşməsi beyin qişalarının prosesə qoşulmasına və böyük beyin damarlarının trombozuna gətirib çıxara bilər. Beyin sümüklərində osteomielit, beyinin və beyin qişalarının iltihabı (meningit), abses və empiyema ən qorxulu və proqnozu ciddi olan ağırlaşmalardan hesab olunur. Belə olarsa xəstəliyin proqnozu ciddiləşir və bu zaman cərrahi müalicə qaçılmaz olur. Belə əməliyyatlara ümumi olaraq sinus cərrahiyyəsi deyilir.

Reytinq:
 (səs sayı: 1)
Çap et

Forumda müzakirə et

Dostuna tövsiyyə et

Oxunub: 1650 dəfə
Müəllif: Elmas_el (almaz_66@inbox.ru)
Bu xeber lap yerine dГјshdГј. Cox teshekkГјrler. Amma bunu temizlenmesi cox aqrili olduqunu deyirler. Bele bir Гјsul varmi ki, insan bunu hiss etmesin? Yani lazer yolu ile bu mГјmkГјnmГј? Xahish edirem bu barede de bildiresiniz. CГјnki men de bu xestelikden eziyyet cekirem. Qabaqcadan minnetdarliqimi bildirirem.

Almaz

13 Oktyabr 2010 08:46

21.05.2012
Britaniyalı alimlər kartofu ən vitaminli tərəvəz hesab edirlər

21.05.2012
Dar geyim insanlarda xərçəngə yol aça bilər

18.05.2012
Hansı rəngdə olan meyvə və ya tərəvəz daha xeyirlidir?

18.05.2012
Hər gün eşitdiyimiz sakit səslər eşitmə qabiliyyətimizi zəiflədir

16.05.2012
Siqaret nadir xəstəlik olan beyin şişi riskini azaldır

15.05.2012
Yumurta səhər yeməyi üçün ən yaxşı seçimdir

14.05.2012
Yaponlar süni ürək yaratdılar

12.05.2012
İstirahət günü dincəlməyənlər kökəlir

11.05.2012
Qidanı az çeynəmək diabetə səbəb olur

11.05.2012
ABŞ-da HİV əleyhinə ilk preparatın buraxılışı müzakirə olunur

08.05.2012
Körpənin otağı daha rahat olmalıdır

07.05.2012
Dünyanın ən kök adamı: belimin ölçüsü də 1,4 metrdir

07.05.2012
Az yağlı süd və süd məhsulları insultdan qoruyur

07.05.2012
340 qramlıq körpə doğulub

05.05.2012
Alimlər yaraları sağaldan cihaz hazırlayıblar

04.05.2012
Azərbaycanda 4 qolu, 4 ayağı olan uşaq doğuldu

04.05.2012
Energetik içkilər dişləri zədələyir?

02.05.2012
Ürəyi çöldə olan 3 yaşlı uşaq

02.05.2012
Azərbaycanda su çiçəyi ilə bağlı açıqlanan rəqəmlər həyəcan doğurur

01.05.2012
Döş xərçəngi diaqnozunda irəliləyiş

01.05.2012
İşıq ürək ağrılarını azaldır

30.04.2012
İnsanı mikroblar kökəldir?

27.04.2012
Arıqlamaq üçün unikal vasitə icad olunub (VIDEO)

26.04.2012
Analar körpələrə ilk 6 ayda ana südü verməlidir

25.04.2012
6 həftəyə bədən quruluşunu necə yaxşılaşdırmaq olar?

24.04.2012
Tərbiyəni genlər müəyyənləşdirir?

23.04.2012
İnsan beynində dindarlıq və Allah qorxusu hisslərini yaradan bölgə tapıldı

23.04.2012
Mədənin 6 əsas düşməni

20.04.2012
Xərçəng şişlərinin toxumalarından beyin xərçənginə qarşı peyvənd hazırlanıb

20.04.2012
Göy rəngli insan

19.04.2012
Kök və kök suyunun 10 faydası

18.04.2012
İnsanı ağıllı edən gen tapıldı

17.04.2012
Antibiotiklərdən müntəzəm istifadə piylənməyə səbəb ola bilər

17.04.2012
Pakistanda 6 ayaqlı körpə dünyaya gəlib

16.04.2012
Mentollu siqaret daha təhlükəlidir

13.04.2012
Bakıda musiqi və rəsmlə müalicə mərkəzi açılıb

12.04.2012
Növbəli iş diabet və piylənmə riskini artırır

12.04.2012
Azərbaycanda anadangəlmə əlil uşaqların sayı artıb

11.04.2012
Morqa atılmış körpəni ölümdən anası xilas edib

11.04.2012
Dişlərin rentgen şüasından keçirilməsi beyində şişə səbəb ola bilər

«    May 2012    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
» Döş xərçəngi diaqnozunda ir ...
» İşıq ürək ağrılar ...
» 340 qramlıq körpə doğulub
» İnsan beynində dindarlıq və Allah q ...
» 6 həftəyə bədən quruluşun ...
» Arıqlamaq üçün unikal vasitə i ...
» Mədənin 6 əsas düşməni
» Azərbaycanda 4 qolu, 4 ayağı olan uş ...
» Ürəyi çöldə olan 3 yaşl&# ...
» Tərbiyəni genlər müəyyənl ...
Copyright 2008-2010 © Med.Az
Azərbaycanin ilk tibbi portali
Reklam yerləşdirmək istəyirsinizsə bizə yazın
DİQQƏT!!! Saytda yerləşdirilən bütün materiallar yalnız tanıtım xarakteri daşıyır və özünümüalicə məqsədilə istifadə oluna bilməz!
Saytda yerləşdirilən xəbərlərə, şərhlərə və sağlamlığa dəyə biləcək mümkün zərərlərə görə
Med.Az administrasiyası heç bir məsuliyyət daşımır !
Powered by Azerimed
Məlumat internet səhifələrində istifadə edildikdə
müvafiq keçidin qoyulması mütləqdir.