Azərbaycanın ilk tibbi portalı

Ana südü haqqında
Səhiyyə
İdman
Maraqlı
Gözəllik
Sağlamlıq
Elmi kəşflər
Ana və Uşaq
Xalq təbabəti
Həkimə sual
Urologiya
Stomatologiya
Dermatologiya
Pulmonologiya
Otolorinqologiya
Qastroenterologiya
Qidalanma və Dieta
Cinsəl sağlamlıq
Doğuş tarixini tap
Med.Az haqqında
Apteklər
Dərman firmaları
Tibbi avadanlıq
Xəstəxanalar
Uşaq xəstəxanalari
Poliklinikalar
Uşaq poliklinikaları
Doğum evləri
Qadin məsləhətxanaları
Dispanserlər
Tibb mərkəzləri
Kosmetologiya
Sanatoriyalar
Stomatologiya
Təcili yardim
Hospitallar
İdarəetmə orqanları
Saytin xəritəsi
Başlanğic səhifə et
Xəbər göndər
RSS
Dostuna tövsiyyə et
Körpənizə neçə ay ana südü vermisiz?

2 aydan az
2-4 ay
4-6 ay
6-12 ay
12 aydan çox









loading...



Ana və Uşaq: Süd vəzisində agrılar
| 11 Oktyabr 2010

Süd vəzisində agrılar Döş ağrısı (mastalgiya) dedikdə süd vəzisində ağrı da daxil olmaqla istənilən diskomfort nəzərdə tutulur. Süd vəzisində olan ağrılar iki qrupa bölünür. Birinci qrupa aybaşı tsikli ilə bağlı olan döş ağrıları aid edilir. Adətən aybaşı tsiklinin ikinci hissəsində döşdə gərginlik və ağrı əmələ gəlir və tsiklin başlanğıcına yaxınlaşdıqca artır. İkinci qrup döş ağrılarının aybaşı tsikli ilə əlaqəsi yoxdur. Hər 10 qadından 7-sində həyatlarının müəyyən dövründə döş ağrıları qeyd edilir. Hər 3 haldan 2-si aybaşı tsikli ilə bağlı olur, 1-nin isə tsikllə heç bir əlaqəsi olmur.

Aybaşı tsikli ilə bağlı olan ağrılar adi hal hesab edilir və 30-50 yaş arasında olan qadınlarda daha çox rast gəlinir. Menopauza dövründə olan qadınlarda isə bu tip döş ağrıları qeyd edilmir.

Aybaşı tsikli ilə bağlı olan ağrılar qadınların çoxunda mülayim keçir. Amma bəzilərində isə aybaşına 1-2 həftə qalmış başlayır və kəskin olur. Aybaşına 3-5 gün qalmış ağrılar daha dözülməz olur. Period başlayan kimi ağrılar səngiyir. Ağrılar adətən hər iki döşdə qeyd edilir. Ağrılarla paralel döşlərdə böyümə və gərginlikdə qeyd edilir.

Aybaşı tsikli ilə bağlı olan ağrıların səbəbi bəzi qadınlarda süd vəzilərinin hormonal dəyişikliklərə çox həssas olmasıdır. Bu hal patoloji olmasa da qadınların həyat keyfiyyətini azalda bilən faktordur.

Aybaşı tsikli ilə bağlı olamayan ağrılar adətən qadınlarda 40 yaşından sonra meydana çıxır və davamlı xarakter daşıyır. Bəzi hallarda ağrılarda fasilələr ola bilir. Ağrılar bir və ya hər iki döşdə qeyd edilə bilər. Ağrıların səbəbləri aşağıdakılar ola bilər:
- Döş toxumasının özündən qaynaqlanan ağrılar. Heç bir törəmə və zədələnmənin olmadığı döşdə bu ağrıların səbəbi tam bəlli deyil.
- Süd vəzinin altında olan əzələ və ya sümük zədələnməsi.
- İnfeksiya
- Süd vəzinin xərçəngi
- Süd vəzinin xoş xassəli şişləri

Həkimə nə zaman müraciət etməli?

Aybaşı tsikli ilə bağlı olan ağrılar əksər hallarda mülayim keçir və bu ağrılar səbəbindən həkimə müraciət etməyə də bilərsiniz. Hər 10 qadından 3-ündə ağrılar 3-6 aydan sonra təkrarlanmır. Amma bu qadınların bəzilərində ağrılar bir müddətdən sonra təkrarlana bilər. Beləliklə, aybaşı ilə bağlı olan ağrılar “gəlib-gedən” tipli olur.

Aybaşı tsikli ilə bağlı olan ağrılar kəskin olarsa həkimizdən tövsiyyələr ala bilərsiniz. Belə tövsiyyələrdən bəzilərini aşağıda qeyd edirik:
- Süd vəzilərinə dayağın artırılması. Bunun üçün süd vəzilərini yaxşıca sıxa biləcək liftçik geyinmək tövsiyyə olunur. Bəzi qadınlar hesab edirlər ki, aybaşından bir həftə öncə 24 saat ərzində kip liftçiyin geyinilməsi ağrıların səngiməsinə kömək edir.
- Ağrı kəsicilərin istifadəsi. Paracetamol və iboprofen istifadəsi ağrıların azalmasına kömək edir.
- Kaffein qəbulunun azaldılması. Bəzi qadınlar kaffeinin istifadəsinin ağrıları kəskinləşdirməsi qənaətindədirlər.
- Kontraseptivlərin və ya hormonal dərmanların istifadəsi ağrıları artıra bilər.
- Hormonları blok edən dərmanların qəbulu ağrıları azalda bilər. Bunlara danazol, bromocriptine, tamoxifen, goserelin kimi dərmanlar aid edilə bilər.

Aybaşı tsikli ilə bağlı olmayan ağrılar zamanı təxirəsalınmadan həkimə müraciət etməlisiniz. Çünki bu ağrıların əsasında çox ciddi səbəblər dura bilər. Həkiminiz bu səbəbləri müəyyən edəndən sonra uyğun müalicə taktikası müəyyən edəcəkdir.

/Etibb.Org/

Reytinq:
 (səs sayı: 3)
Çap et

Forumda müzakirə et

Dostuna tövsiyyə et

Oxunub: 1648 dəfə

21.05.2012
Britaniyalı alimlər kartofu ən vitaminli tərəvəz hesab edirlər

21.05.2012
Dar geyim insanlarda xərçəngə yol aça bilər

18.05.2012
Hansı rəngdə olan meyvə və ya tərəvəz daha xeyirlidir?

18.05.2012
Hər gün eşitdiyimiz sakit səslər eşitmə qabiliyyətimizi zəiflədir

16.05.2012
Siqaret nadir xəstəlik olan beyin şişi riskini azaldır

15.05.2012
Yumurta səhər yeməyi üçün ən yaxşı seçimdir

14.05.2012
Yaponlar süni ürək yaratdılar

12.05.2012
İstirahət günü dincəlməyənlər kökəlir

11.05.2012
Qidanı az çeynəmək diabetə səbəb olur

11.05.2012
ABŞ-da HİV əleyhinə ilk preparatın buraxılışı müzakirə olunur

08.05.2012
Körpənin otağı daha rahat olmalıdır

07.05.2012
Dünyanın ən kök adamı: belimin ölçüsü də 1,4 metrdir

07.05.2012
Az yağlı süd və süd məhsulları insultdan qoruyur

07.05.2012
340 qramlıq körpə doğulub

05.05.2012
Alimlər yaraları sağaldan cihaz hazırlayıblar

04.05.2012
Azərbaycanda 4 qolu, 4 ayağı olan uşaq doğuldu

04.05.2012
Energetik içkilər dişləri zədələyir?

02.05.2012
Ürəyi çöldə olan 3 yaşlı uşaq

02.05.2012
Azərbaycanda su çiçəyi ilə bağlı açıqlanan rəqəmlər həyəcan doğurur

01.05.2012
Döş xərçəngi diaqnozunda irəliləyiş

01.05.2012
İşıq ürək ağrılarını azaldır

30.04.2012
İnsanı mikroblar kökəldir?

27.04.2012
Arıqlamaq üçün unikal vasitə icad olunub (VIDEO)

26.04.2012
Analar körpələrə ilk 6 ayda ana südü verməlidir

25.04.2012
6 həftəyə bədən quruluşunu necə yaxşılaşdırmaq olar?

24.04.2012
Tərbiyəni genlər müəyyənləşdirir?

23.04.2012
İnsan beynində dindarlıq və Allah qorxusu hisslərini yaradan bölgə tapıldı

23.04.2012
Mədənin 6 əsas düşməni

20.04.2012
Xərçəng şişlərinin toxumalarından beyin xərçənginə qarşı peyvənd hazırlanıb

20.04.2012
Göy rəngli insan

19.04.2012
Kök və kök suyunun 10 faydası

18.04.2012
İnsanı ağıllı edən gen tapıldı

17.04.2012
Antibiotiklərdən müntəzəm istifadə piylənməyə səbəb ola bilər

17.04.2012
Pakistanda 6 ayaqlı körpə dünyaya gəlib

16.04.2012
Mentollu siqaret daha təhlükəlidir

13.04.2012
Bakıda musiqi və rəsmlə müalicə mərkəzi açılıb

12.04.2012
Növbəli iş diabet və piylənmə riskini artırır

12.04.2012
Azərbaycanda anadangəlmə əlil uşaqların sayı artıb

11.04.2012
Morqa atılmış körpəni ölümdən anası xilas edib

11.04.2012
Dişlərin rentgen şüasından keçirilməsi beyində şişə səbəb ola bilər

«    May 2012    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
» Döş xərçəngi diaqnozunda ir ...
» İşıq ürək ağrılar ...
» 340 qramlıq körpə doğulub
» İnsan beynində dindarlıq və Allah q ...
» 6 həftəyə bədən quruluşun ...
» Arıqlamaq üçün unikal vasitə i ...
» Mədənin 6 əsas düşməni
» Azərbaycanda 4 qolu, 4 ayağı olan uş ...
» Ürəyi çöldə olan 3 yaşl&# ...
» Tərbiyəni genlər müəyyənl ...
Copyright 2008-2010 © Med.Az
Azərbaycanin ilk tibbi portali
Reklam yerləşdirmək istəyirsinizsə bizə yazın
DİQQƏT!!! Saytda yerləşdirilən bütün materiallar yalnız tanıtım xarakteri daşıyır və özünümüalicə məqsədilə istifadə oluna bilməz!
Saytda yerləşdirilən xəbərlərə, şərhlərə və sağlamlığa dəyə biləcək mümkün zərərlərə görə
Med.Az administrasiyası heç bir məsuliyyət daşımır !
Powered by Azerimed
Məlumat internet səhifələrində istifadə edildikdə
müvafiq keçidin qoyulması mütləqdir.