
Həkimlər qadınlarda klimaksın nə zaman baş verəcəyini dəqiq deməyə yaxındırlar.
İranda 266 qadın arasında aparılmış 12 illik araşdırma AMH adlı hormonun səviyyəsini ölçməklə klimaksın hansı yaşda baş verəcəyini dəqiq deməyin mümkün olduğunu göstərib.
Digər tədqiqatlar da bunu təsdiqləsə, bu, qadınlara nə vaxta kimi uşaq doğa bilmələrinə dair kömək edə bilər.
Ekspertlər deyirlər ki, bəzi qadınlarda klimaks erkən baş verdiyindən, bu onlar üçün xüsusilə yararlı bilgi ola bilər.
İrandakı araşdırma zamanı yaşları 20-49 arasında olan qadınların qan nümunələri öyrənilib və onlar fiziki müayinələrdən keçiriliblər.
Müayinələr 12 il ərzində 3 ildən bir aparılıb.
Bundan sonra alimlər klimaksın dəqiq vaxtını hesablamaq üçün riyazi düstur üzərində işləyiblər.
Orta hesabla proqnozlaşdırılan və faktiki klimaks zamanı arasında fərq 4 aya bərabər olub. Bəzi hallarda düstur klimaksın vaxtını tam dəqiq, bəzən isə 4 il xəta ilə proqnozlaşdırıb.
Araşdırmanın rəhbəri, Tehranın Şahid Beheşti Tibb Universitetinin əməkdaşı, doktor Fahimə Ramezani deyib ki, bu tədqiqatın nəticələri həkimlərə qadınların reproduktiv statusu haqqında daha realistik proqnoz verməyə kömək edəcək.
/BBCAzeri.Com/