
Limonun qabığı dəri xərçənginə qarşı güclü vasitədir.
Limonun qabığında C vitamini vardır.
Aparılan araşdırmalar nəticəsində məlum olmuşdur ki, limon qabıqlarında olan “D-limonene” adlı maddə dərinin dərmanıdır.
D-limonene sitrus meyvələri yağında olan və şişin inkişafına mane olmaqla dəri xərçənginə tutulmaq ehtimalını aşağı salan bir birləşmədir.
Limonun qabıqlarını çaya, sürtgəcdən keçirməklə makaron sousuna, salata, keks və peçenyelərə qata bilərsiniz. Bu, dəri üçün də faydalıdır. Lakin qabıqlar günəş şüası altında qaldıqda tərkibindəki C vitamini oksidləşir ki, bu da sağlamlıq üçün təhlükəlidir.
Limon qabığı sinir sisteminə müsbət təsir edir, bakteriyaları öldürür və ürəyi rahatladır, qaraciyər və öd kisəsi üçün faydalıdır, mədə turşuluğunu, başağrısını aradan qaldırır.
/Zaman.Az/