Azərbaycanın ilk tibbi portalı

Sizin reklam burada
Səhiyyə
İdman
Maraqlı
Gözəllik
Sağlamlıq
Elmi kəşflər
Ana və Uşaq
Xalq təbabəti
Həkimə sual
Urologiya
Stomatologiya
Dermatologiya
Pulmonologiya
Otolorinqologiya
Qastroenterologiya
Qidalanma və Dieta
Cinsəl sağlamlıq
Doğuş tarixini tap
Med.Az haqqında
Apteklər
Dərman firmaları
Tibbi avadanlıq
Xəstəxanalar
Uşaq xəstəxanalari
Poliklinikalar
Uşaq poliklinikaları
Doğum evləri
Qadin məsləhətxanaları
Dispanserlər
Tibb mərkəzləri
Kosmetologiya
Sanatoriyalar
Stomatologiya
Təcili yardim
Hospitallar
İdarəetmə orqanları
Saytin xəritəsi
Başlanğic səhifə et
Xəbər göndər
RSS
Dostuna tövsiyyə et
Körpənizə neçə ay ana südü vermisiz?

2 aydan az
2-4 ay
4-6 ay
6-12 ay
12 aydan çox









loading...



Maraqli: Kişilər niyə ağlamır?
| 26 Aprel 2010

Kişilər niyə ağlamır? Ağlayanda bütün mənfi emosiyalar göz yaşı ilə birgə bədəndən xaric olur və insana rahatlıq gətirir

Sivilizasiya inkişaf etdikcə insan stereotipləri də dəyişir. Məşhur mahnıda «Kişilər ağlamır» deyilir. Qədim Yunanıstanda kişinin göz yaşını göstərməsində eyib heç nə yox idi. Ötən əsrin ortalarında psixoloqlar əmin edirdilər ki, göz yaşları stress və psixosomatik xəstəliklərlə mübarizə aparmağa kömək edir. Sonralar araşdırmalar nəzəriyyəni təsdiqlədi. Bir neçə on illər cəmiyyət güclü və qəhrəman kişi - emosiyasız terminatora pərəstiş edir. Amma kişilər anadan olandan ağlayırlar. Körpələrin göz yaşları gözü infeksiyadan qoruyur. Göz yaşı sosial siqnal kimi ətrafdakıların diqqətini və dəstəyini cəlb etməyə yönəlir. Hətta yanınızda heç kim olmasa belə göz yaşlarınız Allaha müraciət olunmalıdır.

Göz yaşının sağlamlığa faydası çoxdur: gözdən çıxan bioloji aktiv maddələr yaraların tez sağalmasına və ağrını kəsməyə qadirdir. Göz yaşları ilə bərabər təkcə qəm-kədər yox, həm də toksinlər, yəni zəhərli maddələr xaric olunur. Ağlayanda 43, güləndə isə 17 üz əzələsi hərəkət edir. Kişilərin sağlamlığı naminə onları arabir ağlatmaq lazımdır! Kardioloqların fikrincə, ağlamaq ürəyə xeyirdir. Bəzi kişilər hisslərini boğanda ürəkləri zədə alır. Bu da infarkta səbəb olur. Ağlayanda isə bütün mənfi emosiyalar göz yaşı ilə birgə bədəndən xaric olur və insana rahatlıq gətirir. Ona görə də ağlamaq istəyəndə ağlayın. Bu sizi sakitləşdirəcək. Kişilərin dilindən bir sirri açaq - kişilər sevdiyi qadının kədərinə göz yuma bilmirlər. Onlar qadınlara nisbətən 30% daha çox təsirlənə və kədərlənə bilirlər. Gizlin bir yerə çəkilib ağlamağı üstün tutan kişilər “kişilər ağlamaz” yalanının qurbanıdırlar. Psixoloqların fikrincə, oğlan uşaqlarının kiçik yaşlarından belə böyüdülməsi çox yanlışdır. Bu tərzdə tərbiyə alan uşaqlar gələcəkdə sevgilərini və hisslərini ifadə etməkdə çətinlik çəkirlər. Bəzən öz duyğularını ifadə edə bilmədiklərindən kişilərin qadınların köməyinə ehtiyacları olur. Onun kədərli olduğunu görəndə, hər hansı probleminin olub-olmamasını soruşun. Sizin onunla maraqlandığınızı görüb dərdini bölüşməyə istəkli olacaq. Sizin etibarınızı qazanandan sonra isə duyğularını rahatlıqla anlatmağa başlayacaq.

Kişilər hansı halda ağlayırlar?

Arzuları puç olanda - Özlərini və hisslərini ifadə edə bilmədikdə baş verənlərə ağlayaraq reaksiya verirlər. Bununla da mənfi duyğuları özlərindən kənarlaşdırmış olurlar.

Yaxınları vəfat edəndə - Onlar köməksiz qalacaqlarını hiss edirlər. Yaxınlarının ölümü ilə barışmaq kişilərə heç də asan başa gəlmir. Onlar uzun müddət tənhalığa qapanır, real həyatdan uzaqlaşırlar.

Eşqə düşəndə - Sevgi elə bir duyğudur ki, heç kəs ona qalib gələ bilmir. Hətta ən güclü görünənlər belə eşq qarşısında diz çökürlər. Kişilər sevdikləri insana hisslərini aça bilməyəndə göz yaşına boğula bilərlər.

Sevdiklərindən ayrılanda - Bu zaman kişilər üçün dünya bitmiş olur. Yadda saxlayın ki, tərk edilmə ağrısı yalnız qadınları incitmir. Kişilərdən fərqli olaraq, qadınlar tərk ediləndə çəkinmədən ağlaya və kədərlərini başqaları ilə bölüşə bilirlər. Kişilər isə tərk edildikləri haqda heç kəslə danışmırlar, özlərinə qapanırlar. Sakit bir yerə çəkilib ağlamaqla sakitləşirlər.

Ata olanda - Kişilər istədikləri qədər soyuqqanlı görünmək istəsələr də, ata olduqlarını bildikləri an sevincdən ağlayırlar. Hər kişi nəslini davam etdirəcək bir oğlu olduğunu biləndə xoşbəxt olur. Sevinc göz yaşları da bu xoşbəxtliyin bir parçasıdır.

İşini itirəndə - Kişilərin işsiz qalması həyatlarında çox ciddi problemlər yaradır. Öz iş həyatını qurmaq üçün gecəsini gündüzünə qatıb əzmlə çalışan kişilər işlərini itirdikdə göz yaşı tökə bilərlər. Ailə qayğısı, yeni bir iş tapmaq və s. kimi problemlər kişiləri stresə salır. Hər hansı bir problemin qarşısında aciz qalmaq istəməyən kişilər işdən qovulanda bir müddət özlərinə gələ bilmirlər.

Azarkeş olduqları komanda uduzanda. Kişilər futbola vurğun olurlar. Komandalarının məğlubiyyəti onları məyus edir. Üstəlik də çarəsiz qalırlar və heç bir şey edə bilmirlər. Bu vaxt onlar yumruqlarını bərk sıxıb, gözlərindən yaş da axıda bilərlər.

İtləri öləndə - Kişilər sadiq heyvanın onları həyatda qeyri-şərtsiz sevən tək varlıq olduğunu düşünürlər. Vəfalı dostunun yoxluğu onlara çox pis təsir edə bilər.

Qeyd edək ki, qadınların kişilərə nisbətən daha uzunömürlü olmaları vaxtında ağlaya bilmələri ilə də izah olunur.

/"Aysel" jurnalı/

Reytinq:
 (səs sayı: 2)
Çap et

Forumda müzakirə et

Dostuna tövsiyyə et

Oxunub: 1048 dəfə

03.02.2012
Həkimlər xəbərdarlıq edir: Şəkər siqaret və içki qədər təhlükəlidir

02.02.2012
Komada olan xəstələrin nə demək istədiklərini öyrənmək olacaq?

01.02.2012
Əsəbi insanlar tez kökəlir

01.02.2012
Hər gün qoz yemək insanı cavanlaşdırar

31.01.2012
Süddən müntəzəm istifadə hafizəni saxlamağa kömək edir

27.01.2012
Qrip dioqnozunu daha sürətli müəyyən etmək mümkün olacaq

25.01.2012
Əfqanıstanlı qadın 6 uşaq dünyaya gətirib

24.01.2012
Məktəb dərsi oğlanı xəstə etdi

23.01.2012
Kofe şəkərli diabetdən qoruyur

21.01.2012
Boliviya sakini 16 il bədənində tibbi qayçı gəzdirib

17.01.2012
Qırmızı qabda yemək arıqlamağa kömək edir

16.01.2012
Dikdabanlar xəstəliyinə çarə tapılır

13.01.2012
Dəm qazı ilə zəhərlənmə zamanı ilk yardımı necə göstərməli?

13.01.2012
Xına xərçəngin qarşısını alır

12.01.2012
İnsanı sərxoşluqdan xilas etmənin yolu tapılıb

11.01.2012
2012 ci ilin ən faydalı tərəvəzləri hansılardır?

10.01.2012
Yerimək qaçmaqdan daha yorucudur

09.01.2012
45-49 yaş arasında beyində yaddaş, idrak və qavrama bacarıqları azalır

07.01.2012
Britaniyalı alimlər "Hepatit C" - yə qarşı vaksin hazırlayıblar

06.01.2012
Misirli alimlər xərçəng hüceyrələrinin böyüməsini dayandırmağa nail olublar

05.01.2012
Qadınlar xəstəliklərə qarşı daha dözümsüzdür

04.01.2012
15 dəqiqə idman ömrü uzadır

30.12.2011
Hamiləlik zamanı həddindən çox qırmızı ət qəbul etmək ziyandır

29.12.2011
Yağlı yemək beyni dağıdır

28.12.2011
Alimlər xolesterinin səviyyəsini azaltmaq üçün qoyun ətindən istifadəni məsləhət görürlər

27.12.2011
İpək iynələr vasitəsilə inyeksiyalar ağrısız olacaq

26.12.2011
Əsəb sakitləşdirici dərmanlar narkotik effekti yaradır

23.12.2011
Kompyuterdən və işıqdan düzgün istifadə etməmək sağlamlığa ziyandır

22.12.2011
Az qidalanmaq beyni gənc saxlayır

22.12.2011
İkinci dəfə nigaha girmək ömrü uzadır

21.12.2011
Quş qripi yenidən qayıdır

20.12.2011
Uşaqlıqdan qalan 2 böyük xüsusiyyət

20.12.2011
Siçanlarda yaddaşı möhkəmləndirən gen tapılıb

19.12.2011
Çox şirni yemək insanı vaxtından əvvəl qocaldır

16.12.2011
Ofisdə hansı xəstəliklərə yaxalanma ehtimalı var?

15.12.2011
Mikrodalğalı soba mikrobları məhv edir

15.12.2011
Respublikanın baş pediatrı anaları diqqətli olmağa çağırdı

14.12.2011
Beynin qocalmaması üçün nə etmək lazımdır?

12.12.2011
Pəhriz saxlayaraq cavanlaşın

10.12.2011
Qadınlar daha çox qışda qocalır

«    Fevral 2012    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
 
» Misirli alimlər xərçəng hüceyr ...
» Qırmızı qabda yemək arıqlama&# ...
» Britaniyalı alimlər "Hepatit C" - yə qar ...
» 2012 ci ilin ən faydalı tərəvə ...
» Dəm qazı ilə zəhərlənm ...
» Xına xərçəngin qarşıs ...
» İnsanı sərxoşluqdan xilas etmə ...
» 45-49 yaş arasında beyində yaddaş, ...
» Yerimək qaçmaqdan daha yorucudur
» Qadınlar xəstəliklərə qarş ...
Copyright 2008-2010 © Med.Az
Azərbaycanin ilk tibbi portali
Reklam yerləşdirmək istəyirsinizsə bizə yazın
DİQQƏT!!! Saytda yerləşdirilən bütün materiallar yalnız tanıtım xarakteri daşıyır və özünümüalicə məqsədilə istifadə oluna bilməz!
Saytda yerləşdirilən xəbərlərə, şərhlərə və sağlamlığa dəyə biləcək mümkün zərərlərə görə
Med.Az administrasiyası heç bir məsuliyyət daşımır !
Powered by Azerimed
Məlumat internet səhifələrində istifadə edildikdə
müvafiq keçidin qoyulması mütləqdir.