
Hamiləlik vaxtı aerobika ilə məşğul olmaq körpə üçün xeyirli ola bilər
Bu nəticəyə Yeni Zelandiya ilə ABŞ-dakı tədqiqatçılar gəliblər.
Çox güman ki, gombul analar dünyaya "iri" körpələr gətirəcəklər. Bu isə onları gələcəkdə təhlükə ilə üz-üzə qoya bilər.
84 nəfər ilk dəfə ana olanlar arasında aparılan araşdırma işi göstərib ki, idman nəticəsində dünyaya gələn körpələr də arıq olur.
Britaniyada hamilə qadınlara yüngül şəkildə idmanla məşğul olmağı məsləhət görürlər.
Son illər Britaniya əhalisi arasında çəkinin artması gombul anaların sayının çoxalmasına gətirib.
Dəlillər var ki, uşağın gələcək metabolizminə bətndəki mühit təsir edir.
Britaniyada həkimlər qadınlara hamiləlik vaxtı həddindən çox yeməməyi və mümkün olduğu an mütəmadi olaraq idmanla məşğul olmağı məsləhət görürlər.