
Döş xərçəngi ilə bağlı aparılan yeni tədqiqat qadınların döş xərçəngi müayinəsinə olan şübhələrin əsaslı olmadığını aşkar edib.
Tədqiqat bu müayinənin əsassız təşviş və narahatlıqlara səbəb olaraq, hətta zəruri olmayan müalicəni qəbul etməyə vadar etməsinə baxmayaraq, bunların həyatları xilas edilən insanların sayı ilə müqayisədə əhəmiyyətsiz olduğunu bidirib.
Döş xərçənginin ultrasəs müayinəsi kifayət qədər ziddiyyətlidir. Şübhəsiz, bu üsulla təhlükəli şişləri vaxtında müəyyən etmək mümkündür, lakin mammoqramlar, yəni döş toxumalarının ultrasəs müayinəsi həm də ziyansız və xoşxassəli digər toxuma kütlələrini də qeydə alır.
Bu isə qadınların əsassız təşviş və narahatlıqlarına səbəb olur, hətta ehtiyacı olmayan müalicə qəbul etməyə də vadar edir.
Bu tədqiqatda 50 yaşdan yuxarı olan 80 min qadının ultrasəs müayinəsi nəticələri nəzərdən keçirilib. Və aşkarlanıb ki, ilkin mərhələdə hətta zərərsiz şişlərə qoyulan aşırı diaqnoz, ən azı iki insan həyatının xilası edilməsini mümkün edib.
Tədqiqatçıların fikrincə, ultrasəs müayinəsi az sayda qadınların əsassız müalicəsi ilə müşaiyət edilsə də, bunun nəticəsində daha çox sayda insan ölümdən xilas olur.
/BBCAzeri.Com/