Azərbaycanın ilk tibbi portalı

Sizin reklam burada
Səhiyyə
İdman
Maraqlı
Gözəllik
Sağlamlıq
Elmi kəşflər
Ana və Uşaq
Xalq təbabəti
Həkimə sual
Urologiya
Stomatologiya
Dermatologiya
Pulmonologiya
Otolorinqologiya
Qastroenterologiya
Qidalanma və Dieta
Cinsəl sağlamlıq
Doğuş tarixini tap
Med.Az haqqında
Apteklər
Dərman firmaları
Tibbi avadanlıq
Xəstəxanalar
Uşaq xəstəxanalari
Poliklinikalar
Uşaq poliklinikaları
Doğum evləri
Qadin məsləhətxanaları
Dispanserlər
Tibb mərkəzləri
Kosmetologiya
Sanatoriyalar
Stomatologiya
Təcili yardim
Hospitallar
İdarəetmə orqanları
Saytin xəritəsi
Başlanğic səhifə et
Xəbər göndər
RSS
Dostuna tövsiyyə et
Körpənizə neçə ay ana südü vermisiz?

2 aydan az
2-4 ay
4-6 ay
6-12 ay
12 aydan çox









loading...



Sağlamlıq: Saat dəyişikliyinin orqanizmə zərəri varmı?
| 27 Mart 2010

Saat dəyişikliyinin orqanizmə zərəri varmı? Ölkədə qış və yay vaxtlarına keçid bioritmlərdə müəyyən dəyişikliklərə səbəb olur.

Bu haqqda Milli.Az açıqlamasında həkim-ekspert, professor Adil Qeybulla deyib. Həkim bildirib ki, insanların əvvəlcədən öyrəşdiyi ritmlərdə dəyişikliklər əmələ gəlir. Onun sözlərinə görə, saat və iqlim dəyişikliyinə meylli insanlarda saat qurşağının dəyişməsi ciddi problemlərə səbəb olmur: “Çünki orqanizmin adoptagen reaksiyaları var və onlar orqanizmin xarici mühitə uyğunlaşmasını təmin edir. Bu baxımdan, daha çox xəstə adamlar ritm dəyişikliyinə mənfi reaksiya verir. Amma sağlam orqanizm üçün bunun ciddi təhlükəsi yoxdur”.

Adil Qeybulla hesab edir ki, azyaşlı uşaqlar və orta məktəblərin ibtidai sinif şagirdləri üçün də saat dəyişikliyi ciddi problem yaratmır: “Uşaqlarda da adoptagen reaksiyalar onların orqanizmini xarici mühitə uyğunlaşdırır Məsələn, insan təyyarə ilə başqa bir ölkəyə gedir. O, həm iqlim, həm də saat dəyişikliyi ilə üzləşir və texliklə buna uyğunlaşır. Təbii ki, bədəndə müəyyən təlatümlər olur. Ancaq onlar ciddi narahatlıq törətmir. Yalnız metereomobil adamlar saat dəyişiklyindən əvvəl yeni şəraitə uyğunlaşmaq üçün işlərini düzgün qurmalı, yuxu rejimlərini normallaşdırmalıdırlar. Qış və yay vaxtlarına keçid planlı bir iş olduğu üçün bir ay qabaqdan buna hazırlaşmaq mümkündür”.

Bir sıra ölkələrdə isə yay və qış vaxtlarına keçidin ləğvi barədə təkliflər səslənir. Məsələn, ötən il Rusiya Dövlət Dumasına vaxt dəyişikliyindən imtina ilə bağlı qanun layihəsi təqdim olunub. Belə bir qanun layihəsinin yaranmasına, yay və qış vaxtlarına keçidin vətəndaşların səhhətinə mənfi təsiri barədə məlumatlar səbəb olub. Hesablamalara görə, saatların əqrəblərinin bir saat irəli çəkilməsindən sonra keçən ilk iki həftə ərzində təcili tibbi yardım xidmətinə müraciət edənlərin sayı 12%, bədbəxt hadisələr 29%, miokard infarktından ölüm halları 75%, intiharlar isə 66% artır. Əlavə arqument keimi 1980-1999-cu illər ərzində Rusiyada ölüm hallarının sayı barədə statistika da göstərilir. Bildirilir ki, bu statistikada yay və qış vaxtlarına keçid dövrünün payı 8-10% təşkil edir. Yəni, saat dəyişikliyi nəticəsində hər il Rusiyada 60-70 min insan ölür.

Bakı Təcili Tibbi Yardım Stansiyasının baş həkimi Mürsəl Həmidov isə rusiyalı mütəxəssislərin arqument kimi istifadə etdiyi statistikanı gülünc hesab edir: “Bu statistika saxtadır. Belə bir şey mümkün deyil. Bunu tam əminliklə deyirəm. Təsəvvür edin ki, bir saat tez yatmışıq və ya bir saat tez oyanmışıq. Onda nə baş verir? Saat dəyişikliyinin insan orqanizminə qəti təsiri yoxdur. Əgər söhbət 4-5 saatdan getsə, orqanizmi zəif olan və ya yaşlı insanlarda müəyyən dəyişiklik ola bilər. Amma 1 saatlıq dəyişiklik insan orqanizminə heç bir dəyişiklik gətirmir”.


/Milli.Az/

Reytinq:
 (səs sayı: 0)
Çap et

Forumda müzakirə et

Dostuna tövsiyyə et

Oxunub: 716 dəfə

06.02.2012
Ürəyi olmayan insan

03.02.2012
Həkimlər xəbərdarlıq edir: Şəkər siqaret və içki qədər təhlükəlidir

02.02.2012
Komada olan xəstələrin nə demək istədiklərini öyrənmək olacaq?

01.02.2012
Əsəbi insanlar tez kökəlir

01.02.2012
Hər gün qoz yemək insanı cavanlaşdırar

31.01.2012
Süddən müntəzəm istifadə hafizəni saxlamağa kömək edir

27.01.2012
Qrip dioqnozunu daha sürətli müəyyən etmək mümkün olacaq

25.01.2012
Əfqanıstanlı qadın 6 uşaq dünyaya gətirib

24.01.2012
Məktəb dərsi oğlanı xəstə etdi

23.01.2012
Kofe şəkərli diabetdən qoruyur

21.01.2012
Boliviya sakini 16 il bədənində tibbi qayçı gəzdirib

17.01.2012
Qırmızı qabda yemək arıqlamağa kömək edir

16.01.2012
Dikdabanlar xəstəliyinə çarə tapılır

13.01.2012
Dəm qazı ilə zəhərlənmə zamanı ilk yardımı necə göstərməli?

13.01.2012
Xına xərçəngin qarşısını alır

12.01.2012
İnsanı sərxoşluqdan xilas etmənin yolu tapılıb

11.01.2012
2012 ci ilin ən faydalı tərəvəzləri hansılardır?

10.01.2012
Yerimək qaçmaqdan daha yorucudur

09.01.2012
45-49 yaş arasında beyində yaddaş, idrak və qavrama bacarıqları azalır

07.01.2012
Britaniyalı alimlər "Hepatit C" - yə qarşı vaksin hazırlayıblar

06.01.2012
Misirli alimlər xərçəng hüceyrələrinin böyüməsini dayandırmağa nail olublar

05.01.2012
Qadınlar xəstəliklərə qarşı daha dözümsüzdür

04.01.2012
15 dəqiqə idman ömrü uzadır

30.12.2011
Hamiləlik zamanı həddindən çox qırmızı ət qəbul etmək ziyandır

29.12.2011
Yağlı yemək beyni dağıdır

28.12.2011
Alimlər xolesterinin səviyyəsini azaltmaq üçün qoyun ətindən istifadəni məsləhət görürlər

27.12.2011
İpək iynələr vasitəsilə inyeksiyalar ağrısız olacaq

26.12.2011
Əsəb sakitləşdirici dərmanlar narkotik effekti yaradır

23.12.2011
Kompyuterdən və işıqdan düzgün istifadə etməmək sağlamlığa ziyandır

22.12.2011
Az qidalanmaq beyni gənc saxlayır

22.12.2011
İkinci dəfə nigaha girmək ömrü uzadır

21.12.2011
Quş qripi yenidən qayıdır

20.12.2011
Uşaqlıqdan qalan 2 böyük xüsusiyyət

20.12.2011
Siçanlarda yaddaşı möhkəmləndirən gen tapılıb

19.12.2011
Çox şirni yemək insanı vaxtından əvvəl qocaldır

16.12.2011
Ofisdə hansı xəstəliklərə yaxalanma ehtimalı var?

15.12.2011
Mikrodalğalı soba mikrobları məhv edir

15.12.2011
Respublikanın baş pediatrı anaları diqqətli olmağa çağırdı

14.12.2011
Beynin qocalmaması üçün nə etmək lazımdır?

12.12.2011
Pəhriz saxlayaraq cavanlaşın

«    Fevral 2012    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
 
» Ürəyi olmayan insan
» Qırmızı qabda yemək arıqlama&# ...
» Əsəbi insanlar tez kökəlir
» 2012 ci ilin ən faydalı tərəvə ...
» Dəm qazı ilə zəhərlənm ...
» İnsanı sərxoşluqdan xilas etmə ...
» Xına xərçəngin qarşıs ...
» 45-49 yaş arasında beyində yaddaş, ...
» Yerimək qaçmaqdan daha yorucudur
» Kofe şəkərli diabetdən qoruyur
Copyright 2008-2010 © Med.Az
Azərbaycanin ilk tibbi portali
Reklam yerləşdirmək istəyirsinizsə bizə yazın
DİQQƏT!!! Saytda yerləşdirilən bütün materiallar yalnız tanıtım xarakteri daşıyır və özünümüalicə məqsədilə istifadə oluna bilməz!
Saytda yerləşdirilən xəbərlərə, şərhlərə və sağlamlığa dəyə biləcək mümkün zərərlərə görə
Med.Az administrasiyası heç bir məsuliyyət daşımır !
Powered by Azerimed
Məlumat internet səhifələrində istifadə edildikdə
müvafiq keçidin qoyulması mütləqdir.