Azərbaycanın ilk tibbi portalı

Sizin reklam burada
Səhiyyə
İdman
Maraqlı
Gözəllik
Sağlamlıq
Elmi kəşflər
Ana və Uşaq
Xalq təbabəti
Həkimə sual
Urologiya
Stomatologiya
Dermatologiya
Pulmonologiya
Otolorinqologiya
Qastroenterologiya
Qidalanma və Dieta
Cinsəl sağlamlıq
Doğuş tarixini tap
Med.Az haqqında
Apteklər
Dərman firmaları
Tibbi avadanlıq
Xəstəxanalar
Uşaq xəstəxanalari
Poliklinikalar
Uşaq poliklinikaları
Doğum evləri
Qadin məsləhətxanaları
Dispanserlər
Tibb mərkəzləri
Kosmetologiya
Sanatoriyalar
Stomatologiya
Təcili yardim
Hospitallar
İdarəetmə orqanları
Saytin xəritəsi
Başlanğic səhifə et
Xəbər göndər
RSS
Dostuna tövsiyyə et
Körpənizə neçə ay ana südü vermisiz?

2 aydan az
2-4 ay
4-6 ay
6-12 ay
12 aydan çox









loading...



Maraqli: Evlilikdə psixoloju uyğunluğun rolu
| 18 Mart 2010

Evlilikdə psixoloju uyğunluğun rolu Öncə bir-birinizə psixoloji baxımdan uyğun gəlib-gəlmədiyinizi müəyyənləşdirməlisiniz.
Birlikdə yaşayacağınız haqda çoxdandır ki, düşünürsünüz. Nəyahət, istədiyinizə nail olursunuz. Amma romantik duyğular zamanla itiliyini itirməyə başlayır. Psixoloqlar bunu adaptasiya adlandırırlar. Həyat yoldaşınız nişanlılıq dönəmində tanıdığınız insandan tam fərqli olur. Bundan sonra hər şey dəyişir: sevgi gah azalmağa, gah da itməyə başlayır. Atalar «Tez alışan, tez sönər» deyib. Ona görə də psixoloqlar evlilik üçün təkcə sevginin olmasını kifayət saymırlar. Öncə bir-birinizə psixoloji baxımdan uyğun gəlib-gəlmədiyinizi müəyyənləşdirməlisiniz. Psixoloji uyğunluq bir neçə əsas parametrlə ölçülür. Uyğunluğun ilk göstəricisi biolojidir. Doğulduqdan hamımız fərqli temperamentə sahib oluruq. Bu keyfiyyət insana göz və ya saç rəngi kimi ömürlük verilir, yəni onu dəyişmək qeyri-mümkündür. Əlbəttə, müxtəlif növ temperamentin ahəngi nigahın birləşməsinə böyük təsir göstərir.

Tip 1
Mərhəmətli və fədakar melanxoliklər

Həssas və emosional baxımdan tez təsirlənən insanlar, adətən daxili aləmlərinin hisslərinə qapılıb yaşayırlar. Buna görə onlar üçün psixoloji və fiziki yükü daşımaq çətin olur. Melanxoliklər mərhəmətli və fədakar altruistlərdir. Ailədə isə onlar vəfalı, qayğıkeş ər və ya arvad olurlar. Onlar üçün maddi imkansızlıq böyük önəm kəsb etmədiyindən bu temperamenti çoxları bəyənmir.

Tip 2
Sakit və astagəl fleqmatiklər

Bunlar sakit, ağılla hərəkət edən, astagəl, hər işi yavaş, amma əsaslı görən insanlardır. Onların danışığı da astadır, sanki hər şeyi ölçüb-biçirlər. Əgər qarşınızdakı verdiyiniz suala uzun fasilədən sonra cavab verirsə, deməli o, fleqmatikdir. Bu insan ilk növbədə rahatlıq, sakitlik, səliqə-sahmana dəyər verir. Bəli, onlar astagəldirlər, amma etibarlıdırlar. Belə insandan heç zaman spontan, gözlənilməz hiddət görə bilməzsiniz. Əks tərəfdən bütün əngəllər fleqmatiklə daha sakit və asan keçəcək. Bu insanlarda hər zaman arxalanacağınız çiyin tapacaqsınız. Amma bəzilərinə bu həyat çox darıxdırıcı gəlir.

Tip 3
İnadkar və iradəli xoleriklər

Bu insanlar enerjili və iradəlidirlər. Onlar üçün həyat bir mübarizədir. Hər hansı məqsədlərinə çatmaq üçün güclərini toplayıb qarşılarındakı bütün əngəlləri aradan qaldırırlar. Onların inadkarlığı ətrafdakıları təəccübləndirir. Amma xoleriklər istəklərinə çatandan sonra uzun müddət sevinmir və dincəlmirlər, birbaşa enerjilərini başqa bir şeyə yönəldirlər. Bu zaman onunla sizin arzu və məqsədlərinizin uyğun gəlməsi önəmlidir.

Tip 4
Şən və mehriban sanqviniklər

Onlar şən və mehriban, səs-küylü qonaqlıqları sevən insanlardır. Özünə və hisslərə qapılma onlar üçün yad xüsusiyyətdir. Amma özlərini böyük məclisin gözü kimi hiss etmək məhz onlarlıqdır. Belə insanların həmişə çoxlu dostu və tanışı olur. İnsanları onların şən olması, istənilən pessimist insanı dəstəkləyən, ruhdan düşməyən yüksək xarakteri cəlb edir. Onlar da xoleriklər kimi, bütün güclərini məqsədlərinə çatmağa sərf edirlər, amma ilk uğursuzluğa qədər. Çətinliklə mübarizədə sanqvinik hərəkət istiqamətini dəyişməyə üstünlük verir.

Psixoloji uyğunluq
«Sanqvinik-sanqvinik» və «xolerik-xolerik» uyğunluğu psixoloqlar tərəfindən pis proqnoz edilir. Bu halda hər iki tərəf evdə ağa olduğunu sübut etməyə çalışacaq. Birincilik və istədiyi kimi davranma hüququ uğrunda mübarizə ailə münasibəti üçün dağıdıcı xarakter daşıyır. Həyati hadisələrə münasibət tezliyinin müxtəlifliyi «sanqvinik-fleqmatik» cütlüyünə çətinliklər yaradacaq. Amma əgər tərəflər dözümlü olub bir-birindən mümkünsüz şeylər tələb etməsələr, münasibətləri alınar. Temperament anadangəlmə xarakter olduğuna görə onu dəyişmək qeyri-mümkündür, boşuna vaxt itirməyin. Amma çoxları, xüsusilə cavan cütlüklər ilk günlərdən qarşılarına sevdiyi insanın xarakterini dəyişmək məqsədini qoyurlar. Bu halda melanxoliklər üçün daha rahatdır. Onlar istənilən temperamentə uyğunlaşa bilirlər. Amma xoleriklə bir az çətin olacaq. Bu halda anadangəlmə altruist (başqalarının qayğısına qalan) xüsusiyyət ona nigahı qoruyub-saxlamağa kömək edəcək. İki insanın uyğunlaşmasında «tamamlama prinsipi» də böyük önəm kəsb edir. Bu zaman ən önəmlisi - ailənin hər bir üzvünün digərinin psixoloji ehtiyacını nə dərəcədə ödəməsidir. Kim ki ailədə daim lider olmağa və qərar qəbul etməyə öyrəşibsə, onun münasibəti məsuliyyətli qərar qəbul etməyən insanla yaxşı olacaq. Qayğı göstərməyi və bu yolla sevgisini bildirməyə çalışan insanla daima müdafiəyə ehtiyacı olan insanın münasibəti də yaxşı alınacaq.

İstiqamət nöqtəsi
İki insanın uyğunlaşmasına təsir göstərən daha bir önəmli məsələ şəxsiyyətə ümumi meyildir. Bu üç tipdə olur: özünə, başqalarına və işə meyil. Özünə istiqamətlənən adam bütün enerjisini şəxsi istəklərinin həyata keçməsinə sərf edir. Ətrafdakı bütün insanlar isə bunun üçün bir vasitədir. Bu insanlar əsl manipulyatorlardır. Başqalarına istiqamətlənən insan onlar üçün nə isə etməkdən böyük məmnunluq duyur. Belə insanlar ünsiyyətdə olduqları adamın vəziyyətinə görə davranışlarını asanlıqla dəyişir, başqasının dərdinə, eləcə də sevincinə şərik ola bilirlər. Onlarla ailə həyatı sakit və xoşdur, ən əsası onların nəinki ailə üzvlərinə, hər kəsə yönələn altruist coşqunluğunu qırmağa çalışmamaqdır. İşə istiqamətlənən insanın ailəsində hər şey sevgi və hisslərə deyil, qayda-qanunlara əsaslanır. O, işinə mane olan istənilən romantik hissi bir kənara qoya bilər. Belə insanla həyat maraqsız olsa da, evdə tam bolluq olur.

Kim olduğunu müəyyən et
İsveçrəli psixoloq və psixiatr Karl Qustav Yunq xarakterlərin tipologiyasını işləyib hazırlayaraq insanları (hiss, intuisiya, təfəkkürünə görə) psixoloji funksiyalarına görə iki yerə bölüb. Bu bölgü sadə görünsə də, insan psixologiyasının mürəkkəb və bir-birinə əks münasibətinə əsaslanır.

Ekstravert - açıq, sözü üzə deyən, aktiv, artıq dərəcədə ünsiyyətcil, çoxlu dost-tanışı olan, təkliyi sevməyən, səyahət etməyi xoşlayan, sağlamlığı ilə az maraqlanan, həyatdan zövq almağa çalışan adamdır. O, adətən bütün kompaniyanın sevimlisinə çevrilir, lətifə danışmağı xoşlayır, müxtəlif tədbir və şənliklərin təşkilatçısı olur, gündəlik həyatda subyektiv fikrə deyil, şəraitə əsaslanır.

İntrovert - daxilən sakit, özünəqapalı, ətraf aləmdən təcrid olunmuş, hadisələri diqqətlə analiz edən, hərəkətlərdə ikinci məna axtaran adamdır. Onun az dostu olur, çünki yeni əlaqələr yaratmaq onun üçün çətindir, tənhalıq ona yaxındır, vərdişlərini dəyişməyə alışmayıb. İntrovert vasvası, hər şeydən şübhələnən adamdır. Sağlamlığı haqda daim düşünür.

Ambovert - bu özündə həm ekstravert, həm də introvertin xarakterini birləşdirən adamdır.

/ANS PRESS/

Reytinq:
 (səs sayı: 1)
Çap et

Forumda müzakirə et

Dostuna tövsiyyə et

Oxunub: 1143 dəfə

06.02.2012
Ürəyi olmayan insan

03.02.2012
Həkimlər xəbərdarlıq edir: Şəkər siqaret və içki qədər təhlükəlidir

02.02.2012
Komada olan xəstələrin nə demək istədiklərini öyrənmək olacaq?

01.02.2012
Əsəbi insanlar tez kökəlir

01.02.2012
Hər gün qoz yemək insanı cavanlaşdırar

31.01.2012
Süddən müntəzəm istifadə hafizəni saxlamağa kömək edir

27.01.2012
Qrip dioqnozunu daha sürətli müəyyən etmək mümkün olacaq

25.01.2012
Əfqanıstanlı qadın 6 uşaq dünyaya gətirib

24.01.2012
Məktəb dərsi oğlanı xəstə etdi

23.01.2012
Kofe şəkərli diabetdən qoruyur

21.01.2012
Boliviya sakini 16 il bədənində tibbi qayçı gəzdirib

17.01.2012
Qırmızı qabda yemək arıqlamağa kömək edir

16.01.2012
Dikdabanlar xəstəliyinə çarə tapılır

13.01.2012
Dəm qazı ilə zəhərlənmə zamanı ilk yardımı necə göstərməli?

13.01.2012
Xına xərçəngin qarşısını alır

12.01.2012
İnsanı sərxoşluqdan xilas etmənin yolu tapılıb

11.01.2012
2012 ci ilin ən faydalı tərəvəzləri hansılardır?

10.01.2012
Yerimək qaçmaqdan daha yorucudur

09.01.2012
45-49 yaş arasında beyində yaddaş, idrak və qavrama bacarıqları azalır

07.01.2012
Britaniyalı alimlər "Hepatit C" - yə qarşı vaksin hazırlayıblar

06.01.2012
Misirli alimlər xərçəng hüceyrələrinin böyüməsini dayandırmağa nail olublar

05.01.2012
Qadınlar xəstəliklərə qarşı daha dözümsüzdür

04.01.2012
15 dəqiqə idman ömrü uzadır

30.12.2011
Hamiləlik zamanı həddindən çox qırmızı ət qəbul etmək ziyandır

29.12.2011
Yağlı yemək beyni dağıdır

28.12.2011
Alimlər xolesterinin səviyyəsini azaltmaq üçün qoyun ətindən istifadəni məsləhət görürlər

27.12.2011
İpək iynələr vasitəsilə inyeksiyalar ağrısız olacaq

26.12.2011
Əsəb sakitləşdirici dərmanlar narkotik effekti yaradır

23.12.2011
Kompyuterdən və işıqdan düzgün istifadə etməmək sağlamlığa ziyandır

22.12.2011
Az qidalanmaq beyni gənc saxlayır

22.12.2011
İkinci dəfə nigaha girmək ömrü uzadır

21.12.2011
Quş qripi yenidən qayıdır

20.12.2011
Uşaqlıqdan qalan 2 böyük xüsusiyyət

20.12.2011
Siçanlarda yaddaşı möhkəmləndirən gen tapılıb

19.12.2011
Çox şirni yemək insanı vaxtından əvvəl qocaldır

16.12.2011
Ofisdə hansı xəstəliklərə yaxalanma ehtimalı var?

15.12.2011
Mikrodalğalı soba mikrobları məhv edir

15.12.2011
Respublikanın baş pediatrı anaları diqqətli olmağa çağırdı

14.12.2011
Beynin qocalmaması üçün nə etmək lazımdır?

12.12.2011
Pəhriz saxlayaraq cavanlaşın

«    Fevral 2012    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
 
» Ürəyi olmayan insan
» Qırmızı qabda yemək arıqlama&# ...
» Əsəbi insanlar tez kökəlir
» 2012 ci ilin ən faydalı tərəvə ...
» Dəm qazı ilə zəhərlənm ...
» İnsanı sərxoşluqdan xilas etmə ...
» Xına xərçəngin qarşıs ...
» 45-49 yaş arasında beyində yaddaş, ...
» Yerimək qaçmaqdan daha yorucudur
» Dikdabanlar xəstəliyinə çarə t ...
Copyright 2008-2010 © Med.Az
Azərbaycanin ilk tibbi portali
Reklam yerləşdirmək istəyirsinizsə bizə yazın
DİQQƏT!!! Saytda yerləşdirilən bütün materiallar yalnız tanıtım xarakteri daşıyır və özünümüalicə məqsədilə istifadə oluna bilməz!
Saytda yerləşdirilən xəbərlərə, şərhlərə və sağlamlığa dəyə biləcək mümkün zərərlərə görə
Med.Az administrasiyası heç bir məsuliyyət daşımır !
Powered by Azerimed
Məlumat internet səhifələrində istifadə edildikdə
müvafiq keçidin qoyulması mütləqdir.