
Qadın xəstəlikləri xüsusilə qadının cinsiyyət xəstəlikləri arasında böyük əhəmiyyətə malikdir. Erroziya, ektopion, patoloji doğum və s kimi hallar uşaqlıq xərçənginin mənşəyi sayılır. Uşaqlıq boynunun ən çox vagina hissəsində nisbətən az kanalında müşahidə olunur. Uşaqlığın özündə yəni cismində xərçəng az təsadüf olunur. Vagina hissəsinin xərçəngi müxtəlif inkişafa malikdir. Başlanğıcı çox vaxt erroziyaya bənzəyir. Sonralar vaginal hissəni iki növ infiltrasiyaya uğradır; birində xərçəng diffuz şəkildə selikli qişanın altı ilə dərin hissələrə yayılır, və sonra uşaqlığın yoluna və parametriuma keçir, digərində isə proses erroziya dövründən sonra məməcikli ya gül kələminə bənzər şəkil alır. Uşaqlıq xərçəngi adətən çanaq və qasıq limfatik düyünlərinə metastaz verir. Bəzən xərçəng zamanı endometriozlarada təsadüf olunur. Bunlar bəzən xərçəngə də bənzəyir. Histopotoloq diaqnoz qoyduqda bunu yaddan çıxarmamalıdır. Metastaz ola bilər uzaq limfatik düyünlərdə məs retroperiton, düyünləri, yumurtalıqlarda, uşaqlıq yolunun divarında, parametritdə, hətta bəzən hemotogen üsul ilə ağciyər, qaraciyər, böyrəklər, sümüklər, qalxanabənzər vəzi və başqa üzvlərdə də əmələ gəlsin.