
Körpənizi mümkün qədər sakit və səssiz yerdə yatızdırın. Gecəyarısı yemək verdikdə, yaxud altını dəyişdirdikdə onu çox oyatmayın. Çalışın, gündüz çox yatmasın. Əgər körpəniz əmziklə yatırsa, yatandan sonra əmziyi ağzından çıxarın.
Amerikalı pediatrlar uşaqların kürəyi üsdə yatırılmasını tövsiyə edirlər. Çünki müşahidələrə görə, uşağın kürəyi üsdə yatmasının heç bir ziyanı yoxdur. Əgər uşağınız yatmırsa, o dəqiqə ona yuxu dərmanı verməyin. Bəzi dərmanlar gecə yuxuda körpənin diksinməsinə gətirib çıxarır və ya yuxu pozulmalarına səbəb olur.