
Çoxalan sızanaqlar, pozulan əsəblər üçün super təsiri olan bir maska reseptini sizinlə paylaşmaq istəyirik. Bu maska həm sızanaqlarınızı yaxşılaşdırır, həm də quruduqca dəriyə yapışdığı üçün təmizləyərkən peelinq təsiri bağışlayaraq dərinizi yumşaldır. Bu qədər effektli və həmin an təsir edən bir maskanı pulla ala biləcəyinizi sanmıram.
Nə lazımdır?4 aspirin, 1 çay qaşığı bal, nəlbəki və barmaqlarınız!
Necə etmək lazımdır?4 ədəd aspirini kiçik bir çay nəlbəkisinə qoyun. Əlinizi isladın və barmağınızda qalan su damlalarını hər tabletkaya iki üç damla olmaqla aspirinlərin üzərinə vurun. Qısa müddət sonra aspirinlər çox islanmadan asanlıqla dağılacaqlar.
Dağıtmaq üçün barmağınızla islaq aspirinin üzərinə azca basmağınız kifayət edər. Aspirinlər dağıldıqda üzərinə bir çay qaşığı bal əlavə edin və yaxşıca qarışdırın. Bu qarışığı üzünüzə sürtün və 10 dəqiqə gözləyin. Əgər çox bal əlavə etsəniz, gözlədiyiniz müddətdə üzünüzdən ballar axar. Ona görə də, bir çay qaşığından artıq bal əlavə etməyin.
10 dəqiqə keçdikdən sonra üzünüzü isladıb, dairəvi hərəkətlərlə üzünüzü masaj edin. Bu maska peelinq effekti verəcək və üzünüzü ölü dərilərdən təmizləyəcək. Daha sonra, üzünüzü ilıq suyla yaxşıca yuyun. Aynaya baxın, əlinizlə üzünüzə toxunduqda gözlərinizə inana bilməyəcəksiniz.
/XəzərXəbər/