
Tanınmış Hollivud ulduzu Ancelina Coli yenə uşaq istəyir. Bu barədə “Life & Style” jurnalı yazıb. Jurnalın Ancelina Coli və Bred Pitt ailəsinə yaxın mənbəyə istinadən yazdığı məlumata görə, cütlük artıq hazırlıqlara başlayıb. Altı uşaqlı ailənin növbəti üzvü cütlüyün doğma övladı olacaq.
Xatırladaq ki, dünyanın ən gözəl qadınlarından biri hesab edilən Ancelina Coli və əri aktyor Bred Pittin 6 uşağı var. Onlardan üçü doğmadır. Cütlüyün sonuncu doğma uşaqları olan əkizlər ötən ilin yayında dünyaya gəlib.