
Xəritə şiş xəstəliklərinin daha effektiv müalicəsini təmin edəcək!
İngiltərədə bir qrup alim xərçəng xəstəliyinin tam gen xəritəsini çıxara biliblər. İlk olaraq onlar ağciyər və dəri xərçənginin xəritəsini hazırlayıblar.
Professor Mayk Strattonun rəhbərliyi altında hazırlanan xəritələr qan analizlərinin köməyi ilə şişlərin erkən mərhələdə aşkarlanmasına yardım edəcək. Bu da öz növbəsində xəstəliklə mübarizə aparmaq üçün daha geniş imkanlar yaradacaq. Bu xəritələr hər xəstə üçün fərdi müalicə sisteminin tətbiq edilməsinə yol açacaq.
Xəritələr sayəsində əldə ediləcək məlumatlar xərçəngi yaradan DNT-lərı hədəf alacaq.
Mütəxəssislər layihənin tamamilə başa çatması üçün 5 il vaxt və yüz mindən artıq vəsait tələb edildiyini bildiriblər.