Azərbaycanın ilk tibbi portalı

Ana südü haqqında
Səhiyyə
İdman
Maraqlı
Gözəllik
Sağlamlıq
Elmi kəşflər
Ana və Uşaq
Xalq təbabəti
Həkimə sual
Urologiya
Stomatologiya
Dermatologiya
Pulmonologiya
Otolorinqologiya
Qastroenterologiya
Qidalanma və Dieta
Cinsəl sağlamlıq
Doğuş tarixini tap
Med.Az haqqında
Apteklər
Dərman firmaları
Tibbi avadanlıq
Xəstəxanalar
Uşaq xəstəxanalari
Poliklinikalar
Uşaq poliklinikaları
Doğum evləri
Qadin məsləhətxanaları
Dispanserlər
Tibb mərkəzləri
Kosmetologiya
Sanatoriyalar
Stomatologiya
Təcili yardim
Hospitallar
İdarəetmə orqanları
Saytin xəritəsi
Başlanğic səhifə et
Xəbər göndər
RSS
Dostuna tövsiyyə et
Körpənizə neçə ay ana südü vermisiz?

2 aydan az
2-4 ay
4-6 ay
6-12 ay
12 aydan çox









loading...



Cinsəl sağlamlıq: Vaginal qaşınma
| 3 Dekabr 2009

Vaginal qaşınma Vaginal qaşınma (Pruritis vulvae) uşaqlıq yolunu əhatə edən dəridə sancma və zəif ağrı hissi ilə müşayət edilən bir narahatçılıqdır. Uşaqlıq yolu uşaqlığı xarici mühitlə əlaqələndirən borudur. Uşaqlıq yolunda təbii öz-özünü qorumaq və təmiz saxlama mexanizmi mövcuddur. Bu nahiyədə zərərsiz bakteriyaların fəaliyyəti nəticəsində şəkərin parçalanmasından yaranan süd turşusu formalaşır ki, bu da uşaqlıq yolunu patogen (zərərli) mikroorqanizmlərdən qoruyur. Amma bəzi faktorlar bu mexanizmi poza bilir.

Qaşınma cinsi yetkinlik dövrunə çatmayan qızlarda tez-tez qeyd edilir. Təssüf ki, bəzi azərbaycanlı analar öz gənc qızlarında bu şikayətləri görərlərsə həkimə müraciət etməkdən çəkinirlər. Bəzi valideyinlərdə gənc qızın ginekoloqa müraciət etməsinin pis göstərici olması haqqında səhv təsəvvür mövcuddur. Bu isə gələcəkdə adi qaşınmanın daha ciddi fəsadlara gətirib çıxarmasına səbəb olur.

Səbəblər:

- Kimyəvi qıcıqlandırıcılar - yuyucu vasitələr, alt paltarlarını yumşaltmaq üçün istifadə edilən maddələr, sabunlar, məlhəmlər, qadın ətirləri, kontraseptiv jelelər, qoruyucu vasitələr və s.
- Uşaqlıq yolunun maya göbələkləri ilə yoluxması zamanı qaşınma ilə yanaşı ağ və kəsmiyə bənzər gəlinti də qeyd olunur. Göbələyin artması antibiotik istifadəsi, kontraseptiv həblərin qəbulu, hamiləlik, aybaşı, qoruyucu vasitələrin istifadəsi, cinsi əlaqə, diabet, immun sistemin zəifləməsi kimi hallarla bağlı ola bilər.
- Digər vaginal infeksiyalar – bakterial vaginoz, genital herpes, trixomoniazis, bit kimi faktorlar da uşaqlıq yolunda qaşınma törədə bilər.
- Vaginit – uşaqlıq yolunun iltihabıdır. Vaginit zamanı qaşınmaqla yanaşı gəlim və iyin olması qeyd edilir. Vaginit yetkinlik yaşına çatmayan qızlarda daha tez-tez yaranır. Vaginitin yaranmasına fərqli infeksiyaların rolu vardır.
- Bij qurd – daha çox uşaqlarda qaşınmanın səbəbi ola bilir.
- Stres – uşaqlıq yolunda qaşınmanı artıra bilər. Bu səbəbdən qaşınma uşaqlıq yolunun ikincili infeksiyalaşmasına şərait yaradır.
- Menopausa – qanda esterogenin düşməsi uşaqlıq yolunun daxili örtüyünün nazilməsinə və infeksiyalaşmaya həssas olmasına səbəb olur.

Həkimə nə zaman müraciət etməli?

Əgər vaginal qaşınma kəskindirsə, digər yanaşı narahatçılıqlar varsa (vaginal gəlim, ağrı, iyi və s.), üç gündən çox davam edirsə mütləq həkimə müraciət edin. Həkiminiz qaşınmanın əsl səbəbini üzə çıxarmaq üçün müəyyən müayinələr həyata keçirəcək. Yalnız bundan sonra sizə müalicə təyin edəcək.

Bəzən qaşınma öz-özünə və ya müəyyən tədbirlər nəticəsində itir. Vaginal qaşınmadan qaçmaq üçün bəzi tövsiyyələr:

- Ev şəraitində ilıq vanna qəbul edin. Suya duz, şalfey və ya çobanyastığı (romaşka) əlavə edilə bilər. Bəzən belə adi vanna ilə qaşınma aradan qalxır və həkimə müraciət etməyə ehtiyac qalmır.
- Cinsi əlaqəyə bir müddət ara vermək vacibdir. Qaşınma törədicisi yoldaşınızdan yenidən yoluxa bilər və görülən tədbirlərin əhəmiyyəti itə bilər. Müalicə zamanı həyat yoldaşınızda uyğun dərmanlar qəbul etməlidir.
- Qoruyucu vasitənin dəyişilməsi. Əgər cinsi əlaqə zamanı qoruyucu vasitələrdən istifadə edilirsə onun dəyişilməsi qaşınmanı aradan qaldıra bilər. Qoruyucu vasitə üzərində olan toz və ya məlhəm uşaqlıq yolunda allergik reaksiya törədə bilir.
- Qaşınan nahiyəni “cırmaqlamaqdan” çəkinin. Dırnaqlarınızla uşaqlıq yolu ətrafı dərini zədələməməyə çalışın.
- Şirin qidaları azaldın. Şəkər bəzi göbələklərin inkişafına təkan verir.
- Sərin, yumşaq və dar olmayan geyimə üstünlük verin.
- İsti və rütubətli havada çox qalmaqdan çəkinin.
- Qaşınma hissini unutduracaq məşğuliyyət tapın.
- Reseptsiz satılan anti-histamin dərmalardan istifadə edə bilərsiniz.
- Qaşınan nahiyəyə hidrokartizon məlhəmi sürtə bilərsiniz.

/Etibb.Org/

Reytinq:
 (səs sayı: 2)
Çap et

Forumda müzakirə et

Dostuna tövsiyyə et

Oxunub: 4119 dəfə
Müəllif: zvezdocka (406@box.az)
ALLAH UZAQ ELESIN

ULYA

31 May 2010 15:50
Müəllif: Elmas_el (almaz_66@inbox.ru)
[color=#000000][/color] Çox gözəl mövzudur. Təşəkkür edirem. Bunu hər qadın və qız bilməlidir.

Almaz

7 Avqust 2010 09:38

21.05.2012
Britaniyalı alimlər kartofu ən vitaminli tərəvəz hesab edirlər

21.05.2012
Dar geyim insanlarda xərçəngə yol aça bilər

18.05.2012
Hansı rəngdə olan meyvə və ya tərəvəz daha xeyirlidir?

18.05.2012
Hər gün eşitdiyimiz sakit səslər eşitmə qabiliyyətimizi zəiflədir

16.05.2012
Siqaret nadir xəstəlik olan beyin şişi riskini azaldır

15.05.2012
Yumurta səhər yeməyi üçün ən yaxşı seçimdir

14.05.2012
Yaponlar süni ürək yaratdılar

12.05.2012
İstirahət günü dincəlməyənlər kökəlir

11.05.2012
Qidanı az çeynəmək diabetə səbəb olur

11.05.2012
ABŞ-da HİV əleyhinə ilk preparatın buraxılışı müzakirə olunur

08.05.2012
Körpənin otağı daha rahat olmalıdır

07.05.2012
Dünyanın ən kök adamı: belimin ölçüsü də 1,4 metrdir

07.05.2012
Az yağlı süd və süd məhsulları insultdan qoruyur

07.05.2012
340 qramlıq körpə doğulub

05.05.2012
Alimlər yaraları sağaldan cihaz hazırlayıblar

04.05.2012
Azərbaycanda 4 qolu, 4 ayağı olan uşaq doğuldu

04.05.2012
Energetik içkilər dişləri zədələyir?

02.05.2012
Ürəyi çöldə olan 3 yaşlı uşaq

02.05.2012
Azərbaycanda su çiçəyi ilə bağlı açıqlanan rəqəmlər həyəcan doğurur

01.05.2012
Döş xərçəngi diaqnozunda irəliləyiş

01.05.2012
İşıq ürək ağrılarını azaldır

30.04.2012
İnsanı mikroblar kökəldir?

27.04.2012
Arıqlamaq üçün unikal vasitə icad olunub (VIDEO)

26.04.2012
Analar körpələrə ilk 6 ayda ana südü verməlidir

25.04.2012
6 həftəyə bədən quruluşunu necə yaxşılaşdırmaq olar?

24.04.2012
Tərbiyəni genlər müəyyənləşdirir?

23.04.2012
İnsan beynində dindarlıq və Allah qorxusu hisslərini yaradan bölgə tapıldı

23.04.2012
Mədənin 6 əsas düşməni

20.04.2012
Xərçəng şişlərinin toxumalarından beyin xərçənginə qarşı peyvənd hazırlanıb

20.04.2012
Göy rəngli insan

19.04.2012
Kök və kök suyunun 10 faydası

18.04.2012
İnsanı ağıllı edən gen tapıldı

17.04.2012
Antibiotiklərdən müntəzəm istifadə piylənməyə səbəb ola bilər

17.04.2012
Pakistanda 6 ayaqlı körpə dünyaya gəlib

16.04.2012
Mentollu siqaret daha təhlükəlidir

13.04.2012
Bakıda musiqi və rəsmlə müalicə mərkəzi açılıb

12.04.2012
Növbəli iş diabet və piylənmə riskini artırır

12.04.2012
Azərbaycanda anadangəlmə əlil uşaqların sayı artıb

11.04.2012
Morqa atılmış körpəni ölümdən anası xilas edib

11.04.2012
Dişlərin rentgen şüasından keçirilməsi beyində şişə səbəb ola bilər

«    May 2012    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
» Döş xərçəngi diaqnozunda ir ...
» İşıq ürək ağrılar ...
» 340 qramlıq körpə doğulub
» İnsan beynində dindarlıq və Allah q ...
» 6 həftəyə bədən quruluşun ...
» Arıqlamaq üçün unikal vasitə i ...
» Mədənin 6 əsas düşməni
» Azərbaycanda 4 qolu, 4 ayağı olan uş ...
» Ürəyi çöldə olan 3 yaşl&# ...
» Tərbiyəni genlər müəyyənl ...
Copyright 2008-2010 © Med.Az
Azərbaycanin ilk tibbi portali
Reklam yerləşdirmək istəyirsinizsə bizə yazın
DİQQƏT!!! Saytda yerləşdirilən bütün materiallar yalnız tanıtım xarakteri daşıyır və özünümüalicə məqsədilə istifadə oluna bilməz!
Saytda yerləşdirilən xəbərlərə, şərhlərə və sağlamlığa dəyə biləcək mümkün zərərlərə görə
Med.Az administrasiyası heç bir məsuliyyət daşımır !
Powered by Azerimed
Məlumat internet səhifələrində istifadə edildikdə
müvafiq keçidin qoyulması mütləqdir.