
Kökəlmək qadınların ilkin problemlərindən biri bəlkədə birincisidir. Bu səbəbdən də gününün yarıdan çoxunu idman salonlarında keçirən xanımlar idman etməklə artıq çəkidən xilas olmaq və ya kökəlmənin qarşısını almaq fikrindədirlər. Lakin son günlərdə aparılan bir araşdırma zamanı məlum olmuşdur ki, həddən artıq çox idmanla məşğul olan qadınlarda sonsuzluq risqi digər qadınlara nisbətən 3 dəfə çoxdur.
Norveçin Elm və Texnalogiya Universitetinin 3 min qadın üzərində apardığı araşdırmada idmanın hormonlar üzərində bəzi dəyişikliklərə səbəb olduğunu və bu dəyişikliklərin də qadınların doğum qabiliyyətinə mənfi təsir etdiyi müəyyən olunmuşdur.