
Demək olarki bütün mətbəxlərdə mövcud olan bir əşya var ki, bu günə qədər ona sadəcə bir mətbəx əşyaası kimi baxılıb lakin ABŞ-da aparılan bir təcrübə zamanı bunun heç də sadə bir əşya olmadığı əksinə insan sağlamlığı üçün olduqca təhlükəli bir mikrob yuvası olduğu ortaya çıxmışdır.
“The Reader’d Digest” jurnalında dərc olunan bir xəbərdə mətbəxlərdə geniş istifadə olunan əsasən üzərində göyərti, meyvə-tərəvəz, ət və s. məhsullar doğradığımız kiçik taxtanın təmizlənmədiyi zaman bir mikrob yuvası olduğu ortaya çıxmışdır.
Mütəxəssislər mətbəxdə istifadə olunan bu taxtanı hər istifadə etdikdən sonra limon, duz və ya sirkə ilə mütləq təmizlənməsinin vacib olduğunu bildirirlər.
Həmçinin mütəxəssislər taxtanın sadəcə su və kimyəvi yuyucu tozlarla yuyulmasının təhlükəli olduğunu da bildirirlər.