
Qrip virusları soyuqda daha da fəallaşır. Havaların soyuması infeksion xəstəliklərin, o cümlədən qripə yoluxmaların sayını artırıb. Qrip yoluxduğu orqanizmə ağırlaşma verərək meningit, astma, bronxit, qaymarit kimi xəstəliklərə yol aça bilər. Bu xəstəliklər isə əksər hallarda müalicə edildikdə belə orqanizmdən tam sovrulmur. Odur ki, həkimlər qripə qarşı ehtiyatlı davranmağı məsləhət görür:
Həkim Mahizər Cəfərovan əhalinin çox vaxt soyuqdəymə ilə qripi qarışdırdığını deyir. “Qrip soyuqdəymənin ağırlaşmış formasıdır. Soyuqdəymə zamanı bədənin müəyyən hissəsi ağrıyırsa, qripə yoluxduqda bütün bədən əzginləşir. Qrip yuxarı tənəffüs yollarının selikli qişalarının zədələnməsi ilə xarakterizə olunan kəskin virus infeksiyasıdır. Aşağı temperaturda yaxşı inkişaf edən qrip virusları isti mühitə davam gətirmir. İnfeksiya mənbəyi isə xəstə insanlardır”.
Uşaqların bu xəstəliyə tutulması isə daha təhlükəlidir. Çünki immuniteti hələ zəif olan azyaşlılar lazımi dərman preparatlarını qəbul etmək istəmədiyindən, bu onların tez sağalmasına mane olur.
Həkimlər qripə yoluxma baş verdikdə dərhal ağırlaşmaya qarşı profilaktik tədbirlərdən və təbii müalicə üsullarından istifadə etməyi məsləhət görür:
Tərkibi C vitamini ilə zəngin qidalar, məsələn, limon, apelsin kimi meyvələrin qəbulu da qriplə mübarizədə əlverişli sayılır. Xəstəliyin ətrafa yayılmaması üçün qoruyucu maskalardan istifadə etmək və xəstə olan otağın havasının dəyişdirilməsi də vacibdir.
/ANS PRESS/