
Yaşlanmanın qarşısını almaq üçün insanın diz qapağı, omba, ürək qapaqları və toxumaları ehtiyyat hissələrlə əvəz olunacaq. İnsan 50 yaşına çatdığı zaman onların yaşlanan hissələri yenisi ilə əvəz olunacaq.
İngiltərənin Leeds Universitetinin əməkdaşları 50 milyon sterlinq büdcəlik təcrübədə insanın öz DNT-sindən əmələ gətirdikləri toxuma və orqanları onlar yaşlanan zaman istifadə edə biləcəkləri qənaətinə gəlmişdilər.
Təcrübənin rəhbərlərindən olan professor Jhon Fisher ilkin olaraq heyvanlar və 30 Braziliya vətəndaşı üzərində aparılan təcrübənin üğurla nəticələndiyini bildirib. O, həmçinin yaxın 5 ildə daha 10 insan orqanının ehtiyyat hissələrini yaratmağın mümkün olduğunu vurğulayıb.