
Körpələrinə ana südü vere bilməyən analar üzülməsin…
Mütəxəssislər ana südünün olmadığı zamanlarda həkim nəzarətində verilən bəhməzin də körpələrin ürək və beyinin inkişafı üçün çox faydalı olduğunu bildiriblər.
Türkiyənin Qida Muhəndisləri cəmiyyətinin Konya şöbə rəisi Ramazan Çələbi mineral maddələr və vitaminlərlə zəngin olan bəhməzin saglıqlı inkişaf üçün önəmli bir qida qaynağı olduğunu ifadə etmişdir.
Çələbi 100 q. bəhməzdə mövcud olan kalori miqdarının, 575 q südə, 150 q çörəyə, 195 q ətə bərabər olduğunu, bəhməzdəki şəkərin 80% i qlükoza və fruktoza halında olduğundan, uşaqların bəslənməsində çox önəmli bir rola sahib olduğunu vurğuladı.
Körpə vaxtında uşaqların daha çox sürətli inkişaf etdiyini, bu səbəblə enerjiyə daha çox ehtiyac olduğunu, uşaqlara yetərli qlükoza verilmədiyi təqdirdə isə beyinin inkişafında geriləmənin müşahidə olduğunu vurğulayan Çələbi, ” Ana südü olmadığında körpələrə həkim nəzarətində bəhməz verilə bilər ” deyə açıqlama vermişdir.