
Med.az-ın Suite101.com saytına əsasən verdiyi xəbərə görə Fransanin Rouen Universitetinin professoru Jean-Christophe Plantier rəhbərliyində aparılan və “Nature Medicine” jurnalının növbəti nömrəsində dərc olunan araşdırmaya əsasən Kamerunlu bir qadında rast gəlinən yeni HİV virusu bu gunə qədər məlum olan 3 HİV vurusundan fərqlənir.
Yeni virus bir müddət əvvəl vəhşi qorillalarda aşkarlanan simian virusuna çox bənzəyir. Bundan əvvəliki aşkarlanan 3 virus tipi şimpanzelərdə rast gəlinən simian virus növü ilə əlaqəliydi.
Dr Jean-Christophe Plantier virusun yayılma təhlükəsinin əsasən Afrikada yüksək olduğunu vurğulamışdır.