Azərbaycanın ilk tibbi portalı

Ana südü haqqında
Səhiyyə
İdman
Maraqlı
Gözəllik
Sağlamlıq
Elmi kəşflər
Ana və Uşaq
Xalq təbabəti
Həkimə sual
Urologiya
Kardiologiya
Oftalmologiya
Stomatologiya
Dermatologiya
Pulmonologiya
Otolorinqologiya
Qastroenterologiya
Qidalanma və Dieta
Cinsəl sağlamlıq
Doğuş tarixini tap
Med.Az haqqında
Apteklər
Dərman firmaları
Tibbi avadanlıq
Xəstəxanalar
Uşaq xəstəxanalari
Poliklinikalar
Uşaq poliklinikaları
Doğum evləri
Qadin məsləhətxanaları
Dispanserlər
Tibb mərkəzləri
Kosmetologiya
Sanatoriyalar
Stomatologiya
Təcili yardim
Hospitallar
İdarəetmə orqanları
Saytin xəritəsi
Başlanğic səhifə et
Xəbər göndər
RSS
Dostuna tövsiyyə et
Hansı diş məcunundan istifadə edirsiz?

Aquafresh
Colgate
Blend-a-med
Lacalut
R.O.C.S
OralB
Parodontax
Sensodyne
Pepsodent
Digər




Яндекс.Метрика



loading...


Cinsəl sağlamlıq: Klimaks nədir?
| 9 İyun 2009

Klimaks nədir?Klimaks xəstəlik yox, sindromdur.
«Klimaks» aylıq tsiklin ömürlük olaraq kəsilməsi deməkdir. El arasında klimaksı bəzən xəstəlik adlandırırlar.
Klimakterik dövr 45 - 50 yaş arasında klimakterik simptomlarla müşahidə olunur. Bu simptomlar 3 qrupa bölünür. Birinci qrupa neyroveqetativ dəyişikliklər aiddir ki, bu zaman qadının bədəninin yuxarı ətraflarına istilik gəlir, dərisi quruyur, halsızlaşır, yuxusu pozulur, arterial təzyiqi tez-tez qalxır. Hətta bədənin bəzi yerləri keyiyir və qıcıqlanmalar hiss olunur. İkinci qrupa endokrin mübadilə proseslərinin pozulması daxildir. Bu vaxt qadında kökəlməyə meyl artır. Eyni zamanda qalxanvari vəzilərin funksiyası pozulur, oynaqlarda və əzələlərdə ağrılar olur. Üçüncü qrupa isə psixoemosional pozğunluqlar daxildir. Bu klimakterik dövrün ən ağır mərhələsidir. Bu zaman insan daim əsəbi olur. Ağlamağa meyillilik, yaddaşın zəifləməsi halları əmələ gəlir.

Klimakterik sindromun ilkin əlamətləri.
Klimakterik sindromun əsas və ilk əlamətindən biri bədənə tez-tez istilik gəlməsidir. Bu hal gün ərzində 5-10, bəzən 20 –yə çatmaqla, 30 dəqiqə davam edir. Çimnaz Atayevanın dediyinə görə, dünyada çox az sayda qadın klimaks dövrünü rahat keçirir: «Klimaks qadınların həyatında ən çətin dövrdür. Klimakterik dövrdə qadın bədəninin hər yerində dəhşətli ağrılar hiss edir. Ən çox isə qadınlar baş ağrısından, tərləmədən və üşütmədən şikayətlənirlər. Klimaks dövründə eyni zamanda qadında qorxu hissləri əmələ gəlir, güclü ürəkdöyünmə olur və tez-tez hirslənir. Bütün bunlar klimakterik dövrə girişin göstəriciləridir. Bəzən bu simptomlar özünü o dərəcədə qabariq şəkildə göstərir ki, qadın hərəkət etmək qabiliyyətini itirir. Belə olduqda xəstəni hospitalizə etmək məcburiyyəti yaranır». Klimakterik dövrdə endokrin sistemdə də çox böyük dəyişikliklər baş verir. Və esirogen çatışmamazlığı nəticəsində qadınlar sümüklərində ağrılar hiss edir, oynaqlarda deformasiyalar baş verir. Qeyd edək ki, klimakterik dövrdə sümük yumuşalır və bədəndə sınıqlar əmələ gəlir. Həkim – genekoloq bunun qarşısını almaq üçün qadınlara hormonal dərmanlarla müalicə olunmağı məsləhət görür: «Klimaks dövründə qadın eyni zamanda malemoqrafiya, histoloji müayinələrdən keçməlidir. Ümumiyyətlə, qadınlar klimakterik dövrdə tez-tez genekoloqa müraciət etməlidirlər. Çünki bu vaxt edilən hər hansı bir yanlışlıq qadını şikəst edə bilər. Qadının yaşlılıq dövrünü sağlam yaşaması, yataq xəstəsi olmaması üçün bu şərtlər vacibdir. Yaxşı olar ki, qadınlar klimakterik dövrdə genekoloqla bərabər psixoloqa da müraciət etsinlər. Elə etmək lazımdır ki, həyatın ən məsuliyyətli, qayğıya ən çox ehtiyacı olan klimakterik dövr qadına əzab-əziyyət yox, normal həyat tərzi, yaşamaq həvəsi versin».

Klimakterik dövrdə yaranan xəstəliklər.
Qadın aylıq tsikldən kəsildikdən, yəni klimaks dövrünə başladıqdan sonra həyatında baş verəcək bütün dəyişikliklərə hazır olmalıdır. Bu dövrdə yarana biləcək xəstəliklərin qarşısını almaq bəzən mümkün olmur. Klimaks dövründə bədəndə olan mikrobların sayı günü-gündən artır. Qadında insult, infaktkeçirmə, kor olma, şəkər xəstəliyinə tutulma risqi artır. Klimaks dövründə qadınlarda yaranan xəstəliklərdən biri də sümük əriməsidir. Bel sümüyünün əyilməsi də klimakterik dövrdə əmələ gələn fəsadlar sırasına daxildir. Bəzən də elə olur ki, klimakterik dövrdə qadınlar bədənlərində qızartıların, ləkələrin peyda olmasından şikayətlənirlər. Həkim-genekoloq bunun normal olduğunu bildirir: «Bu qızartılar əsasən, boyun nahiyələrində olur. Bu, qorxulu hal deyil. Qadınların 70 faizində bu qızartılar vaxt keçdicə yox olur. Ancaq onların 30 faizində sözügedən ləkələr ömürlük qalır». Ümumiyyətlə, klimakterik dövrdə dəri öz elastikliyini, təravətini itirir. Bunun üçün dəriyə daim qulluq etmək lazımdır.

Klimakterik dövrdə qidalanmaya diqqət edin.
Bəzən qadınlar klimaks dövrünü rahat keçirmək üçün özlərini bəzi tərəvəzlərlə, otlarla müalicə etmək niyyətinə düşürlər. Çimnaz Atayeva bunun çox təhlükəli olduğunu deyir. Qadınlar daha çox tərkibində kalsium olan tərəvəzlər yeməlidir. Ən əsası isə qan artıran tərəvəzlərdən, nar, albalı kimi meyvələrdən uzaq olmalıdırlar. Klimakterik dövrdə çox isti çay və kofe içməyin, günəş altında az gəzin. Tərkibində yağ olan yeyinti məhsullarından az istifadə edin.


Erkən klimaks.
Tibb elmində klimaks dövrünü erkən yaşlarda başlayan xanımlara da rast gəlinir. Çimnaz Atayeva erkən klimaksın normal olmadığını deyir: «Bəzən elə olur ki, bizə 30 yaşında klimaks dövrünə girən xəstələr müraciət edir. Bu insan ömrünü 10 il azaldır. Erkən klimaks dövrü ən çox 30 yaşına kimi ana olmayan qadınlarda müşahidə olunur». Siqaret çəkən qadınlarda da klimaks dövrü 3 il erkən başlayır. Çünki siqaret və spirtli içki yumurtalıqların kiçilməsinə səbəb olan amillərdəndir. Eyni zamanda vegeteryanlara da klimaks dövrü erkən başlayır və çox ağır keçir.

Kişilərdə də klimakterik dövr olur
El arasında çox yayılmasa da tibb elmində kişilərdə də klimakterik dövrün olduğu müəyyənləşdirilib. Belə olduqda yaşlı kişilərin qadınlarına olan istəkləri azalır. Klimaks dövründə olan kişilərdə gənc qızlara meyillilik artır. Ancaq bu hal uzun davam etmir. Kişilər klimaks dövrünü qadınlar qədər çətin keçirmir.
Dünyada 25 milyondan çox qadın klimaks dövrünü lap ağır keçirir. Onların 15 % isə bu dövrdə yaranan xəstəliyə tab gətirə bilmir və dünyasını dəyişir. Klimakterik dövrdə qadınların 30 % sümük əriməsindən, 12 % depresiyadan, 20 % isə amneziyadan əziyyət çəkir.

Reytinq:
 (səs sayı: 14)
Çap et

Forumda müzakirə et

Dostuna tövsiyyə et

Oxunub: 22911 dəfə
Müəllif: nermin taqiyeva (nene59@mail.ru)
51 yaşım var. Hər ay normal aybaşı oluram. Bu məqaləni oxuyandan sonra başa düşdüm ki, məndə 2-ci və 3-cü qrup simptomlar var. Gərək qinekoloqa müraciət edim.

nermin taqiyeva

20 May 2010 21:38
Müəllif: Semos (mamedovahulya@hotmail.com)
43 yaşım var. 40 yaşından aybaşıdan kəsilmişəm. Neçə ildir müalicə alıram İranda müalicə almışam 2-3 ay xəstələnmişəm sonra yenə kəsilmişəm. Dərmanlardan bezmişəm. Mən nə vaxta qədər dərman atmalıyam. Hekim ele hey yazır get at. Amma xeyri olmur. Bir müddətdən sonra yenə pozulur. Bilmirəm nə edim. Məndə də 2-3-cü qrup simptomlar var. Gərək bu dəfə də ayrı həkim tapım

--

23 Sentyabr 2010 11:44

29.05.2015
Baş ağrısından qurtulmaq üçün badam yeyin

27.05.2015
Böyük Britaniya alimləri: 3D-filmlər beyin fəaliyyətini yaxşılaşdırır

26.05.2015
Beyin yuxuda təmizlənir

26.05.2015
Enerjili olmaq üçün gündəlik su ehtiyacına diqqət etmək lazımdır

26.05.2015
Qaragilə göz xəstəliklərinə təsirlidir

25.05.2015
Sağlam olmağa təsirli meyvə

22.05.2015
Arıqlamaq üçün fitoterapiya

21.05.2015
Noxud depressiyaya da təsirlidir

20.05.2015
Yaşlılıq dövründə olan ağrıların daha bir səbəbi (B12 vitamin əksikiyi)

19.05.2015
Zeytunun daha bir faydası

18.05.2015
Görmə problemlərinin sadə müalicə formaları

18.05.2015
Alimlər beynin ağrı xəritəsini yaradıb

15.05.2015
İmtahandan əvvəl yaranan baş ağrısı və stressin dəf edilməsi

12.05.2015
Cinsi sağlamlığa təsirli qidalar

08.05.2015
Uşaqların saç sağlamlığını necə qoruyaq

07.05.2015
Qadın sağlamlığı üçün vacib addımlar

06.05.2015
Fitnessdən sonra üzgüçülük orqanizmə daha yaxşı təsir göstərir

06.05.2015
Saqqal saxlayan oğlanlar diqqətli olun

05.05.2015
Diş əyriliyinə səbəb olan daha bir amil

05.05.2015
20 dəqiqədən çox saqqız çeynəmək zərərlidir

04.05.2015
Cinsi sağlamlıq üçün mühüm amillər

01.05.2015
Britaniya alimləri diabetin ac qalmaqla müalicə edilməsi qənaətindədirlər

01.05.2015
Uşaqlarda yarana bilən diqqət əksikliyi probleminin sadə müalicəsi

29.04.2015
Həzmi asanlaşdıran daha bir bitki

28.04.2015
Keyfiyyətli protein yumurtadır

28.04.2015
Bahar fəslində hormonal dəyişikliklərə diqqət

27.04.2015
İnfarkt yaradan daha bir səbəb

24.04.2015
Göz qapağında yaranan xəstəliklərin müalicəsində yeni inkişaf!

23.04.2015
Daha gözəl cinsi həyat üçün balanslaşdırılmış idman məşqləri edin

23.04.2015
Probiotikli yoqurtlar depressiyadan qoruyur

22.04.2015
Bu meyvənin qabığı bir çox xəstəliklərə qarşı faydalıdır

22.04.2015
Yuxunun keyfiyyəti yaşadığın ölkədən asılıdır

22.04.2015
Stressin orqanizmə olan təsiri

20.04.2015
Alçanın daha bir faydası

17.04.2015
Qozdan hazırlanan pəhriz xstəliklərə təsirlidir

16.04.2015
Limon suyu həzmə yaxşı gəlir

15.04.2015
Birinci Avropa Oyunları zamanı ambulans helikopterlərdən istifadə olunacaq

15.04.2015
Artıq çəkili insanlarda ağlını itirmə riski daha azdır

13.04.2015
Bu meyvə yuxu keyfiyyətinə təsirlidir

07.04.2015
Yaz fəslində yaranan yorğunluq hallarına qarşı tədbirlər

Xəbərlərə abunə ol
Email:
«    May 2015    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
» Cinsi sağlamlıq üçün müh& ...
» Həzmi asanlaşdıran daha bir bitki
» Cinsi sağlamlığa təsirli qidalar
» Uşaqlarda yarana bilən diqqət əksik ...
» Saqqal saxlayan oğlanlar diqqətli olun
» Qadın sağlamlığı üç& ...
» Britaniya alimləri diabetin ac qalmaqla müali ...
» Diş əyriliyinə səbəb olan daha ...
» 20 dəqiqədən çox saqqız ç ...
» Uşaqların saç sağlamlığ&# ...
Copyright 2008-2010 © Med.Az
Azərbaycanin ilk tibbi portali
Reklam yerləşdirmək istəyirsinizsə bizə yazın
DİQQƏT!!! Saytda yerləşdirilən bütün materiallar yalnız tanıtım xarakteri daşıyır və özünümüalicə məqsədilə istifadə oluna bilməz!
Saytda yerləşdirilən xəbərlərə, şərhlərə və sağlamlığa dəyə biləcək mümkün zərərlərə görə
Med.Az administrasiyası heç bir məsuliyyət daşımır !
Powered by Azerimed
Məlumat internet səhifələrində istifadə edildikdə
müvafiq keçidin qoyulması mütləqdir.