
Adından da göründüyü kimi qulaqdibi xəstəliyi qulağın ön və aşağı hissəsindəki ağız suyu vəzlərinin şişməsi nəticəsində yaranan bir virus xəstəliyidir. Bu xəstəliyin virusu orqanizmə daxil olduqdan 10-18 gün sonra xəstəlik ortaya çıxır. Xəstəliyə kişilərdə qadınlara nisbətən daha tez-tez rast gəlinir.
Qulaqdibinin ilkin əlamətləri:
• Halsızlıq və hərarət
• Udqunan zaman qulağın ön və aşağı hissəsindəki ağız suyu vəzlərində ağrı
• Qulaq ətrafı nahiyədə şişlik
Qulaqdibi xəstəliyi müəyyən olunduğu zaman nə etməli?
• Yaranan şişin üzərinə isti kompres qoyulmalı
• Xəstəni digər ailə üzvlərindən ayrı saxlamalı
• Xəstəliyin əlamətləri yox olana qədər yataq şəraitində olmalı
• Bir faktı da qeyd etmək vacibdir ki, xəstəliyin kişilərdə sonsuzluğa səbəb olan fəsadlar törətmə qabilliyəti olduğundan mütləq həkimə müraciət etmək vacibdir.