
Qədim tarixi olan bu su idman növündən insanlar bir əyləncə kimi istifadə edərkən özləri də bilmədən onun xeyrindən yararlanırlar. İnsan üzərkən vücudun bütün əzələlərini hərəkət etdirərək onları möhkəmlədir və bədəni yaxşı formada saxlayır.
Bununla yanaşı üzgüçülüyün immunitet sistemini gücləndirdiyi, metabalizmanın müntəzəm qaydada işləməsinə şərait yaratdığı qan dövranı sistemini, urəyin fəaliyyətini yaxşılaşdırdığı bildirilir.
Üzgüçülüyün ürəyin fəaliyyətinə aşağıdakı müsbət təsirləri var.
• Üzərkən ürək genişlənir və onun həcmi böyüyür bu zaman isə ürəyə gedən qanın miqdarı artır və nəticədə ürəyin dəqiqə həcmi artır.
• Üzərkən ürək əzələlərində hipertrofi adlanan möhkəmlənmə və güclənmə baş verir ki, bunun nəticəsində də ürək dəqiqədə 35-40 litir qan vurur.
Üzməyin əsas vəzifəsi qana oksigen verməklə qandakı karbonu xaric etməklə olan tənəffüs sisteminin fəaliyyətini də yaxşılaşdırır.
Üzgüçülüyün digər bir xeyri də sinir sisteminin fəaliyyətinə müsbət təsir etməsidir. Üzgüçülük sinir sisteminin fəaliyyətinə təsir edə bilən az idman növlərindən biridir.