
Sən demə çoxlarının yeməkdən seçib ayıraraq yemədiyi soğanın insan sağlığına çox böyük xeyri varmış. ABŞ-ın Kaliforniya Universitetinin əməkdaşı Dr.M.Lepinsky öz araşdırmaları sonunda bu nəticəyə gəlmişdir ki, soğan istifadə olunması vacib olan qida məhsulları arasında mühüm yerlərdən birini tutur.
• Soğan qanda şəkərin miqdarını və təzyiqi aşağı salır
• Həzmi asanlaşdırır
• Bağırsağı təmizləyir
• Bədəndəki yaraların yaxşılaşmasını sürətləndirir
• Ürəyin funksiyasını gücləndirir
Bütün bunlarla yanaşı soğanın antibakteriyal təsirindən istifadə edərək epidemik xəstəliklərin qarşısını almaq mümkündür. Bu zaman 300 qram soğanı əzdikdən sonra üzərinə 600 qram şərab əlavə edərək 100 qram balla qarışdırın və hər gün bir qaşıq istifadə edin.