Azərbaycanın ilk tibbi portalı

Ana südü haqqında
Səhiyyə
İdman
Maraqlı
Gözəllik
Sağlamlıq
Elmi kəşflər
Ana və Uşaq
Xalq təbabəti
Həkimə sual
Urologiya
Kardiologiya
Oftalmologiya
Stomatologiya
Dermatologiya
Pulmonologiya
Otolorinqologiya
Qastroenterologiya
Qidalanma və Dieta
Cinsəl sağlamlıq
Doğuş tarixini tap
Med.Az haqqında
Apteklər
Dərman firmaları
Tibbi avadanlıq
Xəstəxanalar
Uşaq xəstəxanalari
Poliklinikalar
Uşaq poliklinikaları
Doğum evləri
Qadin məsləhətxanaları
Dispanserlər
Tibb mərkəzləri
Kosmetologiya
Sanatoriyalar
Stomatologiya
Təcili yardim
Hospitallar
İdarəetmə orqanları
Saytin xəritəsi
Başlanğic səhifə et
Xəbər göndər
RSS
Dostuna tövsiyyə et
Hansı diş məcunundan istifadə edirsiz?

Aquafresh
Colgate
Blend-a-med
Lacalut
R.O.C.S
OralB
Parodontax
Sensodyne
Pepsodent
Digər




Яндекс.Метрика



loading...


Səhiyyə: Azərbaycanlı hərbi həkimlər dünyada ilk dəfə nadir əməliyyat keçiriblər
| 4 Dekabr 2014

Azərbaycanlı hərbi həkimlər dünyada ilk dəfə nadir əməliyyat keçiriblər Bakıda Silahlı Qüvvələrin Baş Klinik Hospitalında həkimlər dünyada ilk nadir əməliyyat keçiriblər.

AzərTAc xəbər verir ki, bu barədə Baş Klinik Hospitalın Ürək-Damar Mərkəzinin rəisi, həkim-mütəxəssis Anar Əmrah dekabrın 4-də keçirdiyi mətbuat konfransında məlumat verib.

Anar Əmrah bildirib ki, kəskin miokard infarktı ilə bu il noyabrın 15-də müraciət etmiş 51 yaşlı Şahin Qurbanov təcili angioqrafiya nəticəsində ektazik - yəni genişlənmiş tac ana damarın tamamən trombla tutulması aşkar edilib. Xəstəyə ənənəvi metodlarla balon müdaxiləsi və trombolitik damarların tətbiqinə baxmayaraq nəticə əldə olunmadı. Xəstənin damarının genişliyi normadan 6 dəfə geniş idi. Böyük damarlardakı trombu əritmək üçün tətbiq edilən kateterlə gücləndirilmiş ultrasəs dalğaları ilə trombolizis bu xəstəyə uyğun olduğu üçün dünyada ilk dəfə tac arteriyasına tətbiq etdik və uğurlu nəticə əldə etdik. On iki saatlıq müalicədən sonra damarlara təkrar angioqrafiya ilə baxıldı və tromb ilə tutulmuş damarların tamamilə açılması görüldü. Klinik olaraq xəstədə sürətli yaxşılaşma müşahidə edildi və kafi vəziyyətdə evinə yazıldı. Çox sevindirici haldır ki, bu uğurlu nəticəyə dünyada ilk dəfə azərbaycanlı hərbi həkimlər nail olublar.

Anar Əmrah deyib ki, Azərbaycanda ilk dəfə Silahlı Qüvvələrin Baş Klinik Hospitalının Ürək-Damar Mərkəzində noyabrın 8-də həyata keçirilən digər bir əməliyyat 73 yaşlı xəstə üzərində aparılıb. Aorta qapağının darlığı ilə ürəyinin atım fraksiyası 25 faiz olan xəstədə anesteziya verilmədən bud arteriyasından girilərək kateter ilə döş qəfəsi açılmadan aorta qapağının yerləşdirilməsi həyata keçirildi. Aparılan uğurlu əməliyyatdan sonra xəstə kafi vəziyyətdə evə yazılıb.

Həkim-mütəxəssis deyib: "Bu gün əminliklə deyə bilərik ki, Silahlı Qüvvələrin Baş Klinik Hospitalı tibbi təminatı və kadrları ilə xəstələrə və yaralılara ən yüksək səviyyədə tibbi yardım göstərmək iqtidarındadır. Bizə bu imkanları yaratdığına görə Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevə və müdafiə nazirinə dərin minnətdarlığımızı bildiririk".

Əməliyyatdan sonra özünü yaxşı hiss etdiyini söyləyən xəstə Şahin Qurbanov Azərbaycanda səhiyyənin inkişafına göstərdiyi diqqət və qayğıya görə dövlətimizin başçısına təşəkkürünü bildirib.

/Azertag.Az/

Reytinq:
 (səs sayı: 0)
Çap et

Forumda müzakirə et

Dostuna tövsiyyə et

Oxunub: 1530 dəfə

15.01.2016
Türk alimlər süni qan istehsal etdi

15.01.2016
Görmə qüsuru olanlar qismən də olsa görə biləcəklər

13.01.2016
Soyuqdəmyə təsirli yarpaq

07.01.2016
ABŞ-da pasiyentə 3D burun köçürülüb

06.01.2016
Öskürəyə bu çay təsirlidir

30.12.2015
Bu içki beynin strukturuna təsir edir

23.12.2015
Dövrümüzün əkiz problemi: Stress və Yorğunluq

22.12.2015
D vitamini çatışmazlığı arıqlamağı çətinləşdirir

17.12.2015
Azərbaycanda yeni dərman zavodları açılacaq

17.12.2015
Yaşıl çay kalorini artırmağa təsirlidir

16.12.2015
Lisenziyasız özəl tibbi fəaliyyətə görə cərimələr artırılır

10.12.2015
Səhiyyə Nazirliyi: Apteklərdə vətəndaşlara dərman vasitələri barədə məlumat veriləcək

09.12.2015
Beyin anevrizmalarında əməliyyatsız müalicə

08.12.2015
Stressə qarşı bunlara əməl edin

07.12.2015
Həyatın məqsədi ölüm və ürək xəstəlikləri riskini azaldır

04.12.2015
Beyin və sinir xəstəliklərinin müalicəsində fərqli metod ilə müalicə

02.12.2015
Türkiyəli alim beyin xərçənginə səbəb olan mexanizmləri kəşf edib

02.12.2015
Arıqlamaq üçün yağ yandırıcı qəhvə

25.11.2015
Yuxu pozğunluğu xəstəliyinin həlli

23.11.2015
"Aptek təşkilatlarından dərman vasitələrinin buraxılması Qaydaları" təsdiqlənmişdir

20.11.2015
Alimlər: Barmaqdan qan analizi dəqiq olmur

19.11.2015
Lunatizmə qarşı ehtiyyatlı olmaq vacibdir

17.11.2015
Nəmləndirici məhsullar dərinin canlı və gözəl olmasına təsirlidir

17.11.2015
Uşaqların əqli inkişafı üçün balıq

13.11.2015
Çəki atmanın daha bir yolu

06.11.2015
Toxumalara bu qidalar xeyirlidir

05.11.2015
Göbǝk ciyəsindəki kök hüceyrǝlǝri ürǝyin sağaldılması üçün istifadə ediləcək

04.11.2015
İflicin müalicəsi üçün maraqlı texnologiya

02.11.2015
Antibiotikləri ehtiyatla istifadə edin

30.10.2015
Uzun ömürlüyün siyahısında olan ölkələr

28.10.2015
Elm adamları səs dalğaları ilə beynə nəzarət etməyi bacardı!

27.10.2015
Estetik əməliyyatdan sonra turş qidalardan az istifadə edin

27.10.2015
Metabolik sindrom və əsəb xəstəliyi üçün omega 3 xeyirlidir

21.10.2015
Depressiya iştaha problemlərinə, unutqanlıq, ya da diqqət çatışmazlığına səbəb olur

21.10.2015
Dişlərin yenidən bərpa olunması mümkündür

20.10.2015
Artıq evde QİÇS testi etmək mümkün olacaq

19.10.2015
Dişləri daha yaxşı necə ağarda bilərik?

16.10.2015
Artıq çəki probleminin daha bir həlli - üzgüçülük

16.10.2015
Nikahqabağı tibbi müayinə oktyabrdan ödənişli həyata keçirilir

14.10.2015
Yedikcə aclıq hissini artıran qidalar

Xəbərlərə abunə ol
Email:
«    Yanvar 2018    »
BeÇaÇCaCŞB
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
Copyright 2008-2010 © Med.Az
Azərbaycanin ilk tibbi portali
Reklam yerləşdirmək istəyirsinizsə bizə yazın
DİQQƏT!!! Saytda yerləşdirilən bütün materiallar yalnız tanıtım xarakteri daşıyır və özünümüalicə məqsədilə istifadə oluna bilməz!
Saytda yerləşdirilən xəbərlərə, şərhlərə və sağlamlığa dəyə biləcək mümkün zərərlərə görə
Med.Az administrasiyası heç bir məsuliyyət daşımır !
Powered by Azerimed
Məlumat internet səhifələrində istifadə edildikdə
müvafiq keçidin qoyulması mütləqdir.