
Əgər hər gün yüksək əhval ruhiyyədə,enerjili və sağlam bir həyat yaşamaq istəyirsinizsə həkimlərin sizə ilk məsləhəti idmanla məşğul olmaq olacaq.
İdmanala məşğul olmağın bizə nə kimi xeyirləri var?
ABŞ-ın elm adamlarının uzun müddətli araşdırmalarından sonra idmanın insan orqanizminə olan təsirlərinin ancaq müsbət yöndə olduğu aşkarlanmışdır.
Beləliklə sizə idmanın insan orqanizmi üçün 7 əsas xeyirini təqdim edirik.
1. İdman əhvalı yüksəldir - bele ki,idmandan sonra insan özünü əvəlkindən daha yaxşı hiss edir. İdman narahatlığı və gərginliyi aradan qaldırır.2. İdman Xroniki xəstəliklərin qarşısını alır-müntəzəm idmanla məşğul olmaq yüksək qan təzyiqini və qanda xolesterinin miqdarını nizamlayır.3. İdman çəkinizi qorumağa kömək edir-müntəzəm idmanla məşğul olan zaman insan kalori itirir ki, bu da artıq çəkilərdən xilas olmağa kömək edir.4. İdman ürəyin və ağ ciyərin funksiyasını gücləndirir-müntəzəm idman vucudu oksigenlə tam təmin edir damarlarda qan dövranını artırır.5. İdman yuxusuzluğu aradan qaldırır.6. Müntəzəm idman intim həyatı aktivləşdirir.7. İdman təngnəfəsliyi aradan qaldırır.