
Süd vəzisi bir-biri ilə birləşdirici və piy toxuması ilə sərhədlənən 15-25 paydan ibarət olub, birləşdirici toxuma ilə döş əzələlərinə birləşərək, öz ağırlığı ilə sallanır. Süd vəzisinin forma və ölçüsü sırf genetik mənşəli olur.
Müasir dövrdə süd vəzisinin ölçü və formasını dəyişmək məqsədi ilə çox saylı krem, dərman, qida əlavəsi və digər vasitələr aktiv reklam olunur. Düzdür, bu vasitələr xarici görünüşü dəyişsə də genetik faktora təsir edə bilmir. Dərmanların tərkibində ya fitoesterogenlər, ya da hormonal preparatlar üstünlük təşkil edir ki, bu da hormonal balansı pozmuş olur. Belə vasitələrdən istifadə etdikdə qanda hormonların səviyyəsi mütləq nəzarətdə saxlanılmalıdır. Bu dərmanlar gələcək təhlükəsizliyə heç cür təminat vermir. Qida əlavələri isə təhlükəsiz olsalar da , az effektlidirlər. Süd vəzisinin ölçüsünü qısa müddətə və istənilən formaya gətirmənin ən asan yolu cərrahi müdaxilədir. Lakin nəzərə almalısınız ki, bu forma və ölçü ömürlük deyil, 5-7 il saxlanılacaq. Bəzi qızlar 18 yaşında belə əməliyyata üz tuturlar. Bu yalnış fikirdir, belə ki, süd vəzisinin ölçüsünün inkişafı 23 yaşa kimi davam edir.
Süd vəzisinin şux dayanması.Mane olan amillər. 1. İnfeksiya
2. Abortlar
3. Gecikmiş ilkin hamiləlik
4. Oral kontraseptivlərdən uzun müddət istifadə
5. Travma
6. Radiasiya
7. Uzunmüddətli günəş şüası
8. Kəskin arıqlama
Kömək edən amillər1. Seks
2. Hamiləlik
3. Uzunmüddət döşlə əmizdirmə
4. Fiksasiyasız idman hərəkətləri
5. Soyuq su
6. Süd vəzisinə gündəlik qulluq
7. Münasib büstqalter