Azərbaycanın ilk tibbi portalı

Ana südü haqqında
Səhiyyə
İdman
Maraqlı
Gözəllik
Sağlamlıq
Elmi kəşflər
Ana və Uşaq
Xalq təbabəti
Həkimə sual
Urologiya
Kardiologiya
Oftalmologiya
Stomatologiya
Dermatologiya
Pulmonologiya
Otolorinqologiya
Qastroenterologiya
Qidalanma və Dieta
Cinsəl sağlamlıq
Doğuş tarixini tap
Med.Az haqqında
Apteklər
Dərman firmaları
Tibbi avadanlıq
Xəstəxanalar
Uşaq xəstəxanalari
Poliklinikalar
Uşaq poliklinikaları
Doğum evləri
Qadin məsləhətxanaları
Dispanserlər
Tibb mərkəzləri
Kosmetologiya
Sanatoriyalar
Stomatologiya
Təcili yardim
Hospitallar
İdarəetmə orqanları
Saytin xəritəsi
Başlanğic səhifə et
Xəbər göndər
RSS
Dostuna tövsiyyə et
Hansı diş məcunundan istifadə edirsiz?

Aquafresh
Colgate
Blend-a-med
Lacalut
R.O.C.S
OralB
Parodontax
Sensodyne
Pepsodent
Digər




Яндекс.Метрика



loading...


Səhiyyə: "Aptek təşkilatlarından dərman vasitələrinin buraxılması Qaydaları" təsdiqlənmişdir
| 23 Noyabr 2015

"Aptek təşkilatlarından dərman vasitələrinin buraxılması Qaydaları" təsdiqlənmişdir "Dərman vasitələri haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 fevral tarixli 528 nömrəli Fərmanın 2.2-ci bəndini rəhbər tutaraq Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 21 oktyabr 2015-ci il tarixində 57 nömrəli qərar imzalanmışdır. Qərarda "Aptek təşkilatlarından dərman vasitələrinin buraxılması Qaydaları" , "Resept blankı forması" və "Ödənişsiz resept blankı forması"-nın təsdiqi öz əksini tapmışdır.

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Kollegiyasının müvafiq qərarı ilə təsdiq edilmiş Qaydalar "Dərman vasitələri haqqında" Azərbaycan Respublikası Qanununun 13.5-ci maddəsinə əsasən hazırlanmışdır və resept əsasında buraxılan dərman vasitələrinə reseptlərin yazılmasına və aptek təşkilatlarından buraxılmasına dair tələbləri müəyyən edir.

Qaydalara əsasən həkim resepti əsasında buraxılan dərman vasitələrinin reseptsiz buraxılması qadağandır. Resept əsasında yalnız Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış dərman vasitələri buraxılır. Bu tələb dövlət qeydiyyatından keçmiş dərman vasitələri əsasında həkim resepti üzrə aptek təşkilatlarında hazırlanan dərman vasitələrinə şamil edilmir.

Dərman vasitələrinə reseptlər yalnız Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilmiş xüsusi blanklarda yazılır: "Resept blankı forması"nda, "Ödənişsiz resept blankı forması"nda, optik ləvazimatlara isə "Optik ləvazimatlara resept blankı forması"-nda.

Həmin qaydaların tələblərinə uyğun olmayan reseptlər etibarsız sayılır və onlar üzrə aptek təşkilatlarından dərman vasitələri buraxılmır.

Dövriyyəsinə nəzarət edilən narkotik tərkibli dərman preparatlarına və psixotrop maddələrə tələblər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli 57 nömrəli qərarı ilə müəyyən edilir.

Dərman vasitələrinə reseptlərin yazılması qaydasına əsasən reseptlər təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq bütün tibb müəssisələrində çalışan, həmçinin özəl tibbi praktika ilə məşğul olan resept yazmaq hüququna malik tibb işçiləri (həkim və tibb məntəqələrinin feldşerləri) tərəfindən tibbi göstərişlər əsasında yazılır.

Resept dərman vasitələrinin beynəlxalq patentləşdirilməmiş adı, buraxılış forması, dozası və istifadə qaydaları qeyd olunmaqla yazılır. Təyin edilmiş dərman vasitəsinin beynəlxalq patentləşdirilməmiş adının olmadığı hallarda (3 və daha artıq tərkibli, bioloji oxşar dərman vasitələri qrupuna aid olduqda) resept blankında onun ticarət adı yazılır. Resept blanklarında hər hansı düzəlişə yol verilmir.

Dərman vasitələrinin tərkib hissələri resept blankında latın və ya ingilis dillərində, dərman forması, hazırlanması və müvafiq buraxılış qaydaları latın dilində, reseptin siqnatura hissəsi (dərmanın istifadə edilmə qaydası) isə azərbaycan dilində yazılmalıdır.

Ambulator şəraitdə müalicə alan xəstələrə resept blankında yazılmış dərman vasitəsi haqqında məlumatlar ambulator xəstənin tibbi kartasında və elektron sağlamlıq kartında qeyd edilir.

Stasionar şəraitdə müalicə alan xəstələrə dərman vasitələri tibb müəssisəsinə ayrılan dərman vasitələrinin siyahısına uyğun olaraq resept yazmadan təyin edilir.

Tibb müəssisəsinə ayrılan dərman vasitələrinin siyahısında olmayan dərman vasitəsinin xəstəyə təyin olunmasına tibbi göstəriş olduqda müalicə həkiminə dərman təyinatını tibb müəssisəsinin rəhbəri və ya onun bu məqsədlə təyin etdiyi məsul şəxslə, təcili-təxirəsalınmaz hallar zamanı isə cavabdeh növbətçi həkim ilə razılaşdırmaqla reseptin yazılmasına icazə verilir.

Bu qaydaların bəndlərinə uyğun olaraq xəstəyə təyin olunmuş dərman vasitələri barədə məlumat xəstəlik tarixinə və təyinat vərəqəsinə qeyd olunur.

Dərman vasitələrinin ödənişsiz alınması üçün nəzərdə tutulan reseptlər yalnız dövlət müalicə-profilaktika müəssisələrinin həkimləri tərəfindən, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq olunmuş siyahıya uyğun yazılır.

Dərman vasitələrinin apteklərdən buraxılması qaydasına əsasən dərman vasitələri yalnız aptek təşkilatları tərəfindən buraxılmalıdır. Ödənişsiz dərman vasitələrinin buraxılışı Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və ya onun yerli idarə və müəssisələri tərəfindən müəyyən olunmuş aptek təşkilatlarından həyata keçirilməlidir.

Dərman vasitələrinə yazılan reseptlərin etibarlılıq müddəti 90 (doxsan) gün, ödənişsiz dərman vasitələrinə isə 30 (otuz) gündür. Aptek təşkilatlarında ödənişsiz reseptin əsas hissəsi 3 il ərzində saxlanılmalıdır. Saxlanılma müddəti bitən reseptin əsas hissələri arxivləşdirilir.

/Sehiyye.gov.az/

Reytinq:
 (səs sayı: 0)
Çap et

Forumda müzakirə et

Dostuna tövsiyyə et

Oxunub: 1398 dəfə

15.01.2016
Türk alimlər süni qan istehsal etdi

15.01.2016
Görmə qüsuru olanlar qismən də olsa görə biləcəklər

13.01.2016
Soyuqdəmyə təsirli yarpaq

07.01.2016
ABŞ-da pasiyentə 3D burun köçürülüb

06.01.2016
Öskürəyə bu çay təsirlidir

30.12.2015
Bu içki beynin strukturuna təsir edir

23.12.2015
Dövrümüzün əkiz problemi: Stress və Yorğunluq

22.12.2015
D vitamini çatışmazlığı arıqlamağı çətinləşdirir

17.12.2015
Azərbaycanda yeni dərman zavodları açılacaq

17.12.2015
Yaşıl çay kalorini artırmağa təsirlidir

16.12.2015
Lisenziyasız özəl tibbi fəaliyyətə görə cərimələr artırılır

10.12.2015
Səhiyyə Nazirliyi: Apteklərdə vətəndaşlara dərman vasitələri barədə məlumat veriləcək

09.12.2015
Beyin anevrizmalarında əməliyyatsız müalicə

08.12.2015
Stressə qarşı bunlara əməl edin

07.12.2015
Həyatın məqsədi ölüm və ürək xəstəlikləri riskini azaldır

04.12.2015
Beyin və sinir xəstəliklərinin müalicəsində fərqli metod ilə müalicə

02.12.2015
Türkiyəli alim beyin xərçənginə səbəb olan mexanizmləri kəşf edib

02.12.2015
Arıqlamaq üçün yağ yandırıcı qəhvə

25.11.2015
Yuxu pozğunluğu xəstəliyinin həlli

23.11.2015
"Aptek təşkilatlarından dərman vasitələrinin buraxılması Qaydaları" təsdiqlənmişdir

20.11.2015
Alimlər: Barmaqdan qan analizi dəqiq olmur

19.11.2015
Lunatizmə qarşı ehtiyyatlı olmaq vacibdir

17.11.2015
Nəmləndirici məhsullar dərinin canlı və gözəl olmasına təsirlidir

17.11.2015
Uşaqların əqli inkişafı üçün balıq

13.11.2015
Çəki atmanın daha bir yolu

06.11.2015
Toxumalara bu qidalar xeyirlidir

05.11.2015
Göbǝk ciyəsindəki kök hüceyrǝlǝri ürǝyin sağaldılması üçün istifadə ediləcək

04.11.2015
İflicin müalicəsi üçün maraqlı texnologiya

02.11.2015
Antibiotikləri ehtiyatla istifadə edin

30.10.2015
Uzun ömürlüyün siyahısında olan ölkələr

28.10.2015
Elm adamları səs dalğaları ilə beynə nəzarət etməyi bacardı!

27.10.2015
Estetik əməliyyatdan sonra turş qidalardan az istifadə edin

27.10.2015
Metabolik sindrom və əsəb xəstəliyi üçün omega 3 xeyirlidir

21.10.2015
Depressiya iştaha problemlərinə, unutqanlıq, ya da diqqət çatışmazlığına səbəb olur

21.10.2015
Dişlərin yenidən bərpa olunması mümkündür

20.10.2015
Artıq evde QİÇS testi etmək mümkün olacaq

19.10.2015
Dişləri daha yaxşı necə ağarda bilərik?

16.10.2015
Artıq çəki probleminin daha bir həlli - üzgüçülük

16.10.2015
Nikahqabağı tibbi müayinə oktyabrdan ödənişli həyata keçirilir

14.10.2015
Yedikcə aclıq hissini artıran qidalar

Xəbərlərə abunə ol
Email:
«    Noyabr 2015    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
 
Copyright 2008-2010 © Med.Az
Azərbaycanin ilk tibbi portali
Reklam yerləşdirmək istəyirsinizsə bizə yazın
DİQQƏT!!! Saytda yerləşdirilən bütün materiallar yalnız tanıtım xarakteri daşıyır və özünümüalicə məqsədilə istifadə oluna bilməz!
Saytda yerləşdirilən xəbərlərə, şərhlərə və sağlamlığa dəyə biləcək mümkün zərərlərə görə
Med.Az administrasiyası heç bir məsuliyyət daşımır !
Powered by Azerimed
Məlumat internet səhifələrində istifadə edildikdə
müvafiq keçidin qoyulması mütləqdir.