Maraqli: Alkoqol kişilərdə ürək-damar xəstəliyi riskini 42 % azaldır
Gündə iki dəfə spirtli içki içmək kişilərdə ürək-damar xəstəliyi riskini 42 % azaldır.
Alkoqolun istifadəsi və zərəri ətrafında mübahisələr davam edir. ABC NEWS xəbər verir ki, European Heart jurnalının tədqiqatlarına görə gündəlik 1-2 dəfə spirtli içki qəbulu ürək tutması olmuş kişilər üçün faydalıdır. Tədqiqatın müəllifləri doktor Cenifer Payın rəhbərliyi altında Briqam qadın xəstəxanasının əməkdaşlarıdır.
Onlar həyat tərzi barədə suallara cavab verməli olan 1800-dən artıq ürək xəstəsini müşahidə ediblər.
Gün ərzində 8 saatdan çox oturmaq erkən ölüm riskini artırır. Bunu Avstraliyanın Sidney Universitetinin alimləri apardıqları araşdırmanın nəticələrinə əsasən bildiriblər.
Araşdırma nəticəsinə məlum olub ki, insan kompüter arxasında və televizor qarşısında nə qədər çox oturursa, ümumiyyətlə nə qədər çox oturaq həyat sürürsə, səhhəti ilə bağlı bir o qədər çox problemlərlə qarşılaşır.
Yerkökü gözlərin sağlamlığı üçün çox faydalıdır. Bundan başqa, ürək xəstəliyi olanlar və damar sərtliyindən əziyyət çəkənlər də yerkökündən istifadə etməyi unutmamalıdırlar.
Həmçinin qanazlığı zamanı da səhər, günorta və axşam olmaqla 1 çay stəkanı təzə kök şirəsi içmək məsləhətdir. Mədə-bağırsaq qanaxmasının qarşısının alınmasında, yorğunluğun aradan qaldırılmasında, eyni zamanda bədəndə olan zəhərli maddələrin xaric edilməsində də yerkökü mühüm rola malikdir. Yerkökü dərini hamarlaşdırır, sızanaq və ləkələri aparır.
Maraqli: Britaniyada bu il dünyaya gələcək hər 3 uşaqdan biri 100 il yaşaya bilər
Türkiyənin Milliyet qəzeti xəbər verirki, Britaniyanın Milli Statistika İnstitutunun ekspertlərinin bu təxminləri hazırda əhali arasındakı ömür sürməyi və ölüm sayının təhlilinə əsaslanır.
Britaniyada bu il 65 yaşı tamam olacaq şəxslərin 95 min nəfəri 2047-ci ildə 100 yaşını qeyd edəcək.
Halbuki 1961-ci ildə ölkədə, sadəcə, 600 nəfər 100 yaşlı adam vardı.
Gözəllik: Saç tökulməsinin qarşısını almaq mümkün olacaq
Pensilvaniya universitetinin tədqiqatçıların keçəlləşmə problemi olan kişilər və laboratoriya siçanları üzərində apardığı təcrübələr nəticəsində keçəlləşməyə səbəb olan protein müəyyənləşdirilib. Xarici mətbuat xəbər verir ki, alimlər öyrəniblər ki, əksər kişilərdə keçəlləşmə orta yaş dövründə başlayır və 70 yaşa qədər təxminən 80%-də gözlə görünəcək dərəcədə keçəlləşmə hiss olunur.
Burada əsas rolu isə kişi hormonu olan testosteron və genetik quruluş ynayır. Onların təsiri ilə tük soğanaqları azalır, saçlar isə getdikcə nazikləşir və artıq gözlə görünmyəcək dərəcədə azalır.
Maraqli: İnsana çənə, diş, dodaq, burun və dil köçürüldü
ABŞ-ın Merilend ştatında indiyə qədər ən böyük üz köçürmə əməliyyatı keçirilib. Mignews.com saytının verdiyi məlumata görə, cərrahi əməliyyat 36 saat davam edib.
Əməliyyat zamanı 15 il odlu silahdan açılan atəş nəticəsində yaralanan və sifəti tanınmaz hala düşən 37 yaşlı Riçard Norrisə yeni çənə, diş, dodaq, burun və dil köçürülüb. Cərrahi əməliyyatı ABŞ Hərbi Dəniz Donanması maliyyələşdirib.
Elmi kəşflər: Ağrı hiss etdirməyən şpris icad edildi
İynə vurulan zaman ağrı hiss etdirməyən şpris icad edilib. Şprisi britaniyalı tibb fakültəsinin tələbəsi Oliver Blekuel ixtira edib. Rusiya mətbuatının verdiyi məlumata görə, mexanizmin sirri eyni anda iki iynədən istifadə edilməsindədir.
Adi iynə ilə olan peyvənddən əvvəl, bədənə kiçik diametrə malik iynə ilə mikrodozada (0,2 ml) ani təsir edən keyləşdirici vurulur. Nəticədə pasient vurulan iynə zamanı heç bir ağrı hiss etmir.
Maraqli: Mövsümi allergiyadan xilas edən vasitələr açıqlanıb
Mövsümi allergiya immunitet sisteminin bəzi maddələrə qarşı sərt reaksiya göstərməsi ilə büruzə verir. "Milliyyət" qəzeti xəbər verir ki, alleriya bu maddələri qoxuladıqda ümumilikdə burunda qaşınma, yanma, axma, göz qapaqlarında şişmə, quru öskürək və baş ağrısı kimi simptomlarla müşahidə olunur. Orqanizmi allergiyaya qarşı qoruyarkən həkimin yazdığı dərmanlar istisna olmaqla, bəzi təbii məhsullardan da istifadə edə bilərsiniz.
Gözəllik: Mətbəxinizdəki məhsulları gözəlləşmək üçün istifadə edin
Gözəlliyin sirri təbiətdə gizlidir. Bitkilərlə həm uzunmüddətli, həm də asanlıqla gözəlləşmək olar. Türkiyə mətbuatı dəriyə şəffaf görünüş qazandırmaq, saçları parlaq etməyin yollarını təqdim edir.
Parlaq saçlar üçün - 250 qram adaçayı yaprağını 1 litr suda 15- 20 dəqiqə qaynadın və soyuyandan sonra süzün. Daha sonra 50 faizlik spirtlə qarışdırın. Gün aşırı saç diblərini isladıb darayın.
Sızanaq ləkələri üçün - 1 çay qaşığı aspirin tozu, eyni miqdarda limon suyu və limon yarpağını ağ gil ilə qarışdırıb sızanaqların üstünə sürtün. Maska üzdə 20 dəqiqə qalır.
Ana və Uşaq: Mobil telefonlar körpələrdə hiperaktivlik yaradır?
Hamilə qadınlar mobil telefonlardan ümumiyyətlə, imtina etsələr, yaxşı olar. Yel Universitetinin alimlərinin dediklərinə görə, mobil telefondan istifadə zamanı aparatın yaydığı şüalanma ananın doğacağı uşaqda sonradan davranış problemləri yarada bilər. "The Daily Mail" xəbər agentliyi bildirir ki, mobil telefonun elektromaqnit şüalanması beyinin iknişafına təsir edir, uşaqda hiperaktivlik, xoflanma və yaddaşın zəifləməsi problemləri yaradır.
Tərkibində kadmium metalı olan qidalar orqanizm üçün təhlükəlidir. Alimlər tərəvəz və çörəyin döş xərçəngi riskini artırdığı qənaətinə gəliblər. MEDdaily saytının verdiyi məlumata görə, bu qidaların tərkibində kadmium toksiki metalın olması xərçəng hüceyrələrinin oyanmasına səbəb olur.
Alimlər 12 il müddətində 55987 qadın üzərində apardıqları araşdırmalar nəticəsində kadmiumun qəbululundan sonra 2112 qadının döş xərçəncinə yoluxduğunu müəyyənləşdiriblər.
Maraqli: Körpə ana bətnində ciyərindən əməliyyat olundu
İspaniyada həkimlər qeyri-adi əməliyyat ediblər. Rusiya mətbuatının verdiyi məlumata görə, hələ dünyaya gəlməyən körpənin ana bətnində ağciyərlərində əməliyyat həyata keçirilib. Əməliyyat iki il öncə həyata keçirilsə də, 16 aylıq qız uşağı hələ indi mətbuatın qarşısına çıxarılıb.
Məlumata görə, həkimlər döldə nadir anomaliya müşahidə ediblər. Belə ki, onun ciyərləri ilə tənəfüss yolları arasında problem olub. Bundan sonra valideynlər körpənin məhv olmasının qarşısını almaq üçün əməliyyat olmağa razılıq veriblər.
DİQQƏT!!! Saytda yerləşdirilən bütün materiallar yalnız tanıtım xarakteri daşıyır və özünümüalicə məqsədilə istifadə oluna bilməz! Saytda yerləşdirilən xəbərlərə, şərhlərə və sağlamlığa dəyə biləcək mümkün zərərlərə görə Med.Az administrasiyası heç bir məsuliyyət daşımır !
Powered by Azerimed
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.