
Onların yeni metodu xəstənin beyninə sağlam əsəb hüceyrələrinin köçürülməsindən ibarətdir.
"Yomiuri" xəbər agentliyi bildirir ki, meymunlar üzərində aparılan laborator sınaqları uğurla başa çatdığından yaxın perspektivdə metoddan Parkinson xəstəsi olan insanların müalicəsində də istifadə etmək nəzərdə tutulub.
Kioto Universiteti nəzdindəki Reproduktiv Səhiyyə İnstitutunun dosenti Dzyun Takahasinin başçılıq etdiyi alimlər qrupu lülə hüceyrələrindən sağlam əsəb hüceyrələri yetişdiriblər. Həmin hüceyrələr dofamin maddəsi də ayırır. Bu maddənin miqdarının aşağı düşməsi Parkinson xəstəliyini yaradır.
Parkinson xəstəliyi əsasən yaşlı insanlarda olur. Onların əl və ayaqları titrəyir, hərəkətləri çətinləşir.
/Milli.Az/