
"The New York Times" bildirir ki, "transplantasiya dominosu" 60 cərrahiyyə əməliyyatından ibarət olub. Əməliyyatda 11 ştatın 17 klinika və hospitalı iştirak edib.
Transplantasiya əməliyyatları zamanı domino prinsipindən donor böyrəyinin resipientin orqanizminə uyğun gəlmədiyi zaman istifadə olunur. Əməliyyatlar seriyasında iştirak üçün həkimlər uyğun cütlükləri seçirlər. Bu insanlar hər resipient üçün başqa cütlükdən uyğun böyrəyin olması prinsipi ilə keçirilir.
"Transplantasiya" dominosu zəncirindəki ilk donor böyrəklərini 2011-ci ilin avqustun 15-də itirib.