
Amerikalı alimlər hesab edirlər ki, həddən ziyadə çox yemək insanın hafizə və yaddaşına pis təsir edir.
"Scientist" bildirir ki, ABŞ-ın Arizona ştatındakı Mayo Klinikasının alimləri yaşlı və qarınqulu insanlarda hafizə itkisi ilə huşsuzluq riskinin 2 dəfə artdığını vurğulayıblar.
Onların apardıqları tədqiqatlar nəticəsində məlum olub ki, hər gün 2100 kaloridən artıq yemək yemək beynin koqnitiv funksiyalarını normal qidalanan insanlarla müqayisədə pisləşdirir.