
Bakı Mir Qasımov adına respublika klinik xəstəxanasında 25 yaşlı qızın mədəsindən 17 sm uzunluğunda yad cism əməliyyat olunaraq çıxarılıb.
Cərrah-həkimin bildirməsinə görə 1985-ci il təvəllüdlü Saatlı rayon Nərimankənd sakini Behğutova Nüranə Teymur qızı son bir neçə gündə mədəsində kəskin ağrılar hiss edib. Yerli xəstəxanaya müraciət edən zaman valideynlərə qızlarının əməliyyat olunmasını bildiriblər. Valideynləri onu Bakıya gətiriblər.
Cərrah Fariz Cəfərov 2 saata yaxın davam edən əməliyyat sonunda gənc qızın mədəsindən 1 kq-a qədər ağırlığında tük topası çıxarıb.