
ABŞ-ın Kaliforniya Universitetinin alimləri səhiyyə üçün inqilabi ixtiranın müəlliflərinə çevrilib. Belə ki, beyin funksiyalarını tədqiq edən qrup insanın fikirlərini sözlərə çevirən xüsusi texnologiyanın əsasını qoyub.
Funksional maqnit rezonans görüntüləmə sistemindən istifadə olunan sınaqlar 15 epilepsiyalı və xərçəngli xəstə üzərində aparılıb. Belə ki, cərrahiyyə əməliyyatında ikən həmin şəxslərin beyinlərinin yuxarı gicgah nahiyələrinə xüsusi elektrodlar qoşulub.